02 Oktyabr 2023 22:36
441
SİYASƏT
A- A+
Nazir Ceyhun Bayramov: Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

Nazir Ceyhun Bayramov: Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

 

Oktyabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov Anqlikan Kilsəsinin dini rəhbəri, Kentenberi Arxiyepiskopu Castin Velbi ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir Ceyhun Bayramov əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Nazir Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qlobal mərkəzlərindən birinə çevrildiyini və bu istiqamətdə ölkəmiz tərəfindən Azərbaycan Respublikasının Prezidentinin müəllifliyi ilə bir sıra qlobal əhəmiyyətli təşəbbüslərin irəli sürüldüyünü, Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Müxtəlif xalqların mədəni və dini irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycanın nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğu ölkələrdən biri olduğu, belə bir şəraitdə xristian həmvətənlərimizin öz adət-ənənələrini, dini inanclarını, mədəniyyətlərini sərbəst şəkildə yaşadaraq ölkəmizin sosial-mədəni həyatının bütün sahələrində fəal iştirak etdikləri müqabil tərəfin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin 30 ilə yaxın müddətdə regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində həyata keçirdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub. Genişmiqyaslı mina təhdidləri barədə məlumat verilib.

Görüşdə, habelə hazırda aparılan tərk-silah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan intensiv işlər barədə məlumat qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlı olduğunu bildirib.

Tərəflər görüş zamanı, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!