31 May 2025 13:34
1499
COP29
A- A+
Muxtar Babayev: COP29 Sədrliyi regional təlim mərkəzlərinin tərəfdaşlıq platformaları kimi yaradılması təklifini alqışlayır  

Muxtar Babayev: COP29 Sədrliyi regional təlim mərkəzlərinin tərəfdaşlıq platformaları kimi yaradılması təklifini alqışlayır  


Qlobal istiləşməni məhdudlaşdırmaq üçün atılan beynəlxalq addımlar artıq real nəticələr verməkdədir. Paris Sazişindən əvvəl dünya dörd dərəcəlik istiləşmə istiqamətində irəliləyirdi. Bu gün isə proqnozlar üç dərəcədən az istiləşməyə işarə edir. Mütəxəssislər bildirirlər ki, bu, beynəlxalq iqlim razılaşmaları və həyata keçirilən konkret tədbirlərin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev Tacikistanın paytaxtı Düşənbə şəhərində “Buzlaqların qorunması” üzrə birinci yüksəksəviyyəli beynəlxalq konfrans çərçivəsində keçirilən “Buzlaq proqnozları və emissiyalar – 1,5°C emissiya ssenariləri nə qədər qoruya bilər?” mövzusunda sessiyada çıxışında deyib.

“COP29 Konfransının Bakıda keçirilməsi zamanı müəyyən şübhələr olsa da, yekunda əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, yüksək dürüstlüyə malik karbon bazarları üçün yeni qaydalar təsdiq edilib, İtki və Zərərin Fondu fəaliyyətə başlayıb.

Bundan əlavə, BMT çərçivəsində tarixdə ilk dəfə olaraq bu miqyasda maliyyə öhdəliyi götürülüb – Bakı Maliyyə Məqsədi qəbul olunub. Bu məqsədə əsasən, 2035-ci ilədək hər il ən azı 300 milyard ABŞ dolları iqlim maliyyəsi səfərbər ediləcək. Mütəxəssislərin fikrincə, bu qərar ümumilikdə trilyonlarla dollar iqlim maliyyəsinin hərəkətə gətirilməsinə səbəb olacaq”, - deyə M.Babayev əlavə edib.

Prezidentin nümayəndəsi qeyd edib ki, qlobal istiləşməni sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfi Paris Sazişinin əsas məqsədidir. Bu, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin əsas tələbi idi.

“Paris Sazişindən sonrakı on il ərzində biz tarixdə qeydə alınmış ən isti onilliyi yaşadıq və artıq sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcə yüksək olan ilk ili də gördük. Azərbaycanda biz artıq təsirləri hiss edirik”, - deyən M.Babayev 7 il ərzində buzlaqların təxminən 20 faizinin itirildiyini bildirib. Deyib ki, onlar 2050-ci ilə qədər tamamilə yox ola bilərlər. Çaylarımızın səviyyəsi artıq düşür. İnsanlarımız və kənd təsərrüfatımız üçün daha az su var. Bu, insan sağlamlığı və iqtisadi inkişaf üçün real bir təhlükədir.

Emissiyaların azaldılmasının və istiləşən dünyaya uyğunlaşma üzrə milli iqlim planlarının regional əməkdaşlıq üçün də başlanğıc nöqtəsi ola biləcəyini diqqətə çatdıran Muxtar Babayev qeyd edib: “Onlar bir-birimizə necə dəstək verəcəyimizi və prioritetləri necə müəyyənləşdirəcəyimizi göstərə bilər. Buraya ortaq və regional buzlaqların monitorinqi və onların gələcək dəyişikliklərə necə reaksiya verəcəyini proqnozlaşdırmaq da daxildir. COP29 Sədrliyi regional təlim mərkəzlərinin tərəfdaşlıq platformaları kimi yaradılması təklifini alqışlayır”.

O deyib ki, uzunmüddətli aşmadan sonra temperaturu yenidən 1,5 dərəcənin altına endirmək texniki baxımdan mümkündür. Bunun üçün qısaömürlü, amma güclü çirkləndiricilərin qarşısı qətiyyətlə alınmalı və atmosferdən karbon qazı çıxarılmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!