22 May 2023 22:47
762
PARLAMENT
A- A+
Monteneqro parlamentinin sədri Qarabağda və Şərqi Zəngəzurda görülən işlər barədə məlumatlandırılıb

Monteneqro parlamentinin sədri Qarabağda və Şərqi Zəngəzurda görülən işlər barədə məlumatlandırılıb

 

Milli Məclisin sədri Sahibə Qafarova mayın 22-də ölkəmizdə səfərdə olan Monteneqro Parlamentinin sədri Daniyela Curoviç ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Sahibə Qafarova Milli Məclisin ATƏT Parlament Assambleyası ilə birgə mayın 22-də Bakıda təşkil etdiyi "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransın müasir dövrün çox aktual mövzularına həsr olunduğunu diqqətə çatdırıb. O, bu görüşün iki ölkə və parlamentlər arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycan və Monteneqronun dost ölkələr olduğunu qeyd edən Milli Məclisin sədri dövlətlərimiz, parlamentlərimiz arasında sıx əlaqələrin intensiv şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. O, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyini xüsusilə vurğulayıb. Azərbaycanla Monteneqronun siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq etdiklərini bildirən Sahibə Qafarova ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiklərini deyib.

Görüşdə qeyd olunub ki, ikitərəfli əlaqələrin mühüm bir istiqamətini də parlamentlər arasında münasibətlər təşkil edir. Dostluq qrupları arasında qarşılıqlı təmaslar, parlamentarilərin qarşılıqlı səfərləri bu münasibətlərin inkişafına töhfə verir.

Milli Məclisin sədri qonağa regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə geniş məlumat verib. Xatırladıb ki, 30 il ərzində Ermənistanın işğalı altında olan bütün şəhər və rayonlarımız, kənd və qəsəbələrimiz tamamilə dağıdılıb, talan olunub.

Hazırda Azərbaycan dövlətinin öz gücü hesabına Qarabağda və Şərqi Zəngəzurda "ağıllı şəhərlər və kəndlər", "yaşıl enerji" konsepsiyalarına uyğun olan modern şəhər və kəndlər saldığını diqqətə çatdıran Milli Məclisin sədri bu yanaşmanın ilk uğurlu nümunəsi kimi məcburi köçkünlərin artıq geri qayıtdığı Ağalı kəndini qeyd edib. Bildirib ki, konfrans iştirakçılarının Zəngilana nəzərdə tutulan səfəri zamanı onlar həm Ermənistan tərəfindən törədilən dağıntıları, vəhşilikləri, həm də Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işlərini öz gözləri ilə görə biləcəklər.

Monteneqro Parlamentinin sədri Daniyela Curoviç qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Milli Məclisin ATƏT Parlament Assambleyası ilə birgə təşkil etdiyi və "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransın yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. O, bu səfərin Azərbaycanın və Monteneqronun Müstəqillik günləri ərəfəsində baş tutduğunu qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb.

Daniyela Curoviç Azərbaycanın Monteneqro üçün dost ölkə olduğunu bildirərək, ölkələrimizin bir çox sahələrdə əməkdaşlığını qeyd edib. Qonaq parlamentlərimiz arasında da münasibətlərin uğurla inkişaf etdiyini bildirərək, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində müsbət əlaqələrin qurulduğunu söyləyib. Parlamentari bu istiqamətdə qarşılıqlı fəaliyyətin davam etdirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!