29 Sentyabr 2023 10:20
9093
Oxucu məktubları
A- A+

Minilliyin xalq sənəti - həsirçilik 

 

Həsirçilik minilliklər əvvəl Azərbaycanda təşəkkül tapmış xalq sənəti növüdür. Cənub bölgəsi sayılan Masallı, Lənkəran və Astara rayonlarında indinin özündə də bu qədim xalq sənətini yaşadanlar var. 
Həsir toxumaq üçün yaz-yay aylarında qamış toplanılır və 2 həftə ərzində qurudulur. Bir həsir naxışından, çeşnisindən, uzunluq və enindən asılı olaraq 3-5 günə hazırlanır. Özü də bu sənətlə il boyu məşğul olurlar.
Astara rayonu Kakalos kənd sakini, fəxri mədəniyyət işçisi Fərbiyyə Şabanova həsirçilik haqqında deyir: "Cənub bölgəsinin iqlimi rütubətlidir. Həsir isə qədimdən rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biridir. Döşəməyə həsir sərilən evdə rütubət olmaz. Məhz buna görə də cənub bölgəsində həsirə tələbat böyükdür. Üstəlik, dədə-babalarımız həsirdən sərinkeş, soyuducu kimi, çəltik qurutmaq üçün də istifadə ediblər. Onu da deyim ki, kənd sakini Minarə Əliyevanın toxuduğu həsirlər 1987-ci ildə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş olunaraq diploma layiq görülüb".
Kakalos kənd mədəniyyət evi nəzdində yaradılmış xalq tətbiqi sənəti klubunda yeni nəsil gənclər bu sənəti böyük həvəslə öyrənirlər. Klubun rəhbəri Rüfət Rzayev isə həsirçilik haqqında öz fikirlərini belə bildirir: "Həsir toxunan zaman daha çox həndəsi fiqurlardan istifadə edilir. Qamışdan təkcə həsir deyil,  müxtəlif növ zənbillər, tərəzilər, çantalar, papaqlar və digər əşyalar da hazırlanır. Həmçinin həsirdən meyvələrin təravətli qalmasında, ipəkçilikdə, taxılın saxlanmasında istifadə olunur. Azərbaycan Elmlər Akademiyasının arxeoloqları bu ərazidə e.ə. IV minilliyə aid həsir izləri aşkar ediblər".
Onu da bildirək ki, "Şərikli çörək", "Bizim Cəbiş müəllim" və s. filmlərdə istifadə olunan həsir zənbillər cənub bölgəsində toxunmuşdur.

Z.ƏLİYEV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video