14 İyul 2024 08:55
671
SİYASƏT
A- A+
Milli-mənəvi dəyərləri yaşadan lider

Milli-mənəvi dəyərləri yaşadan lider

 

Ulu Öndər Heydər Əliyev bir zamanlar dediyi məşhur "Vətənə, xalqıma,  millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur" kəlamı ilə əbədiyaşar portretini cızmışdır.
Ümummilli Lider istər Azərbaycana rəhbərlik etdiyi illərdə, istərsə də SSRİ adlı bir imperiyada ən yüksək vəzifələrdə çalışanda da azərbaycanlı olması ilə fəxr etdiyini qürurla ifadə etmişdir.
Görkəmli dövlət xadimi, müdrik şəxsiyyət Heydər Əliyev yaxşı bilirdi ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın yolgöstərəni və bələdçisidir. Azərbaycançılığı milli ideologiya kimi irəli sürən və formalaşdıran, mədəniyyətimizi, mənəvi dəyərləri  təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu işinin mühüm atributu kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbətlə yanaşan Ümummilli Lider həm də bu dəyərlərin qoruyucusu idi. 
Azərbaycana rəhbərlik etdiyi dövrlərdə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərən Ulu Öndər  milli düşüncənin düzgün məcrada inkişafına nail olaraq xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Çağdaş tariximizə öz möhürünü vurmuş Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə ölkənin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də Ümummilli Liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaratmışdır.
Xalqların tarixinin yaranmasında ona rəhbərlik etmiş şəxsiyyətlərin rolu inkaredilməzdir. Müasir Azərbaycan dövlətçiliyinin tarixinə öz adını əbədi həkk etmiş  nadir tarixi şəxsiyyət, fenomenal siyasi xadim Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər birmənalı olaraq intibah, tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi tarixiləşib.
 Ölkəmizdə ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayan müstəqil dövlət ideyası əsrin sonlarında əzəmətli bir reallıqla tamamlandı. Heydər Əliyev Azərbaycan tarixində qurub yaratdığı bu dövlətin sarsılmazlığını, yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin edən tarixi şəxsiyyətdir. 
Ötən əsrin sonlarında sosializm sistemi uğursuz sonluğuna yetişdi və sovetlər birliyinin süqutu ilə nəticələndi. Müstəqilliyini elan edən Azərbaycanda isə vəziyyət daha ciddi və təhlükəli idi. Ölkə sanki yağışdan çıxıb yağmura düşmüşdü. Ermənistanın ərazi iddiaları, torpaqlarımızın işğalı, təcrübəsiz və naşı adamların bacarıqsızlığı ucbatından yaranan hakimiyyət böhranı ciddi vətəndaş qarşıdurması ilə nəticələnmişdi. Ölkənin belə ağır vəziyyətində xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər xalqı vətəndaş müharibəsindən, yenicə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Bu ağır günlərdə məsuliyyəti öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyev deyirdi: "Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərkən məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm".
Həmin dövrdə Azərbaycanda digər sahələrdə olduğu kimi, xarici siyasətdə də qarışıqlıq mövcud idi. Dövlətin xarici siyasət konsepsiyası demək olar ki, yox idi. Heydər Əliyevin hakimiyyətə tarixi dönüşü xarici siyasətdə yeni mərhələnin başlanğıcı oldu. Məhz Heydər Əliyevin ciddi səyləri nəticəsində bölgədə, ümumilikdə isə dünyada Azərbaycana münasibəti müsbətə doğru dəyişmək mümkün oldu. 
Ardıcıl olaraq xarici ölkələrə səfərlər edən Ümummilli Lider görüşdüyü dövlət rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlərdə Ermənistanın Azərbaycana təcavüzü, ölkəmizin sosial-iqtisadi vəziyyəti və potensialı haqqında məlumatlar verir, Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmaq üçün gərgin əmək sərf edirdi. Respublikamızın konkret xarici siyasətinin əsas prinsiplərini və istiqamətlərini müəyyən edən Ulu Öndər Heydər Əliyev qısa zamanda ölkəmizin qarşısında duran problemlərin həllinə nail olaraq dövləti böhranlı durumdan çıxarmağı bacarmışdır. Təbii ki, bu dahi şəxsiyyətin o  zaman zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi və həyata keçirdiyi düzgün  xarici siyasət nəticəsində mümkün olmuşdur.
Ulu Öndər müdrikliklə bəyan etmişdir ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır. 
Ümummilli Lider həyatda olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saymışdır. Ulu Öndər cəmiyyətin vahidliyini təmin edərək onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları bunu təsdiqləmişdir. Müstəqil müasir Azərbaycanın qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının milli lideri, zəmanəsinin böyük siyasi xadimidir. 

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!