Milli Kulinariya Komandamız beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca şəhərində “Emirates Salon Culinarie” adı altında “Alen Thong Golden Coffee Pot Challenge” beynəlxalq kulinariya çempionatı və bir sıra fərdi kateqoriyalar üzrə yarışlar keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Kulinariya Cəmiyyətləri Assosiasiyası (Wordlchefs) və Əmirliklər Kulinariya Gildiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda ölkəmizi 9 nəfərlik heyət təmsil edib.
Azərbaycan Milli Kulinariya Komandasının tərkibində “Wordlchefs”in assosiativ üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) üzvləri, CASA Kulinariya Məktəbinin gənc məzunları olan Leyla Vəliyeva, Cəlal Məmmədov, Altay Qəribov, Rüfət Mirzəmmədli, Elsevər Ömərov və Kənan Balaşov, eləcə də məşqçi Araz Əhmədov, kapitan Sərxan Məmmədov və beynəlxalq hakim Orxan Muxtarov yer alıblar.
Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının üzvləri həm fərdi, həm də komanda yarışlarında gümüş və bürünc medallar qazanıblar.
Yarışın ən ali kateqoriyası sayılan “Bufet menyusu” üzrə yarışlarda Azərbaycan Milli Kulinariya Komandası salat, dəniz məhsulları, ət məhsulları, qəlyanaltı, duru yemək, çörək və əsas yeməkdən ibarət menyunu təqdim edib.
Beynəlxalq hakimlər heyətinin qərarına əsasən, Azərbaycan Milli Kulinariya Komandası “Bufet menyusu” kateqoriyası üzrə Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika regionlarının ən güclü komandaları arasında 2-ci yeri tutaraq gümüş trofey əldə edib. Qeyd edək ki, yarışmada bu ali mükafata cəmi iki ölkə layiq görülüb.
Çempionatın digər kateqoriyaları üzrə fərdi qruplarda isə azərbaycanlı kulinarlar Leyla Vəliyeva, Cəlal Məmmədov və Kənan Balaşov bürünc medal qazanıblar. Bundan əlavə, çempionat çərçivəsində beynəlxalq hakim qismində çıxış edən Orxan Muxtarov kulinariya sahəsinin ən ali rütbələrindən birinə - “Chaîne des Rôtisseura” layiq görülüb.
Qeyd edək ki, ölkəmizin əsas turizm bazarlarından olan BƏƏ-də keçirilən çempionat çərçivəsində təşkil olunan sərgidə Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın qastronomiya destinasiyasını tanıdan stendi qurulub. Stenddə Azərbaycanın əlverişli iqliminin nəticəsində əldə olunan biomüxtəliflik nümunələri təqdim edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın Belçikadakı səfiri XİN-ə və polisə təşəkkür edib
02 Oktyabr
Hitlerin evində Avstriya polisi yerləşəcək
02 Oktyabr
“Sabah” FİBA Avropa Kubokuna qələbə ilə başlayıb
02 Oktyabr
Yeni dəniz canlısı kəşf edilib
02 Oktyabr
Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik...
02 Oktyabr
Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
02 Oktyabr
Tornikr Rijvadze: Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə ç...
02 Oktyabr
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinl...
02 Oktyabr
MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb...
02 Oktyabr
TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən m...
02 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!