09 Dekabr 2023 10:50
619
Mədəniyyət
A- A+

Milli Kitabxanada "Məhmət Akif Ərsoy. Seçmə şeirlər" kitabının təqdimatı olub

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə dekabrın 8-də türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhmət Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan dilinə uyğunlaşdırılan "Məhmət Akif Ərsoy. Seçmə şeirlər" kitabının təqdimatı olub. 
AZƏRTAC xəbər verir ki, Milli Kitabxanada keçirilən təqdimat mərasimində TÜRKSOY-un Baş katibi Sultan Raev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, həmçinin ölkənin bir sıra tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov  TÜRKSOY-un türk dünyasının mədəni irsinin təbliğinə, incəsənət sahəsinə verdiyi dəyərlərdən söz açıb. O, Milli Kitabxana ilə TÜRKSOY təşkilatının 15 il qarşılıqlı şəkildə əməkdaşlıq etdiyini, görkəmli şəxslərin yaradıcılığı ilə bağlı tədbirlər həyata keçirdiyini qeyd edib. 
Milli Kitabxananın direktoru Məhmət Akif Ərsoyun kitabının Azərbaycan dilinə ilk dəfə tərcümə olunduğunu, kitabın şairin yaradıcılığının daha çox tanınmasına zəmin yaradacağını bildirib.
TÜRKSOY-un Baş katibi Sultan Raev Məhmət Akif Ərsoyun yaradıcılığından danışıb, onun türk dünyasının ədəbiyyatına bəxş etdiyi bənzərsiz ədəbiyyat nümunələrindən söhbət açıb. O, Akif Ərsoyun millətin ruhunda dərin izlər buraxan şairlərdən biri olduğunu, türk dünyasının milli şairləri arasında yer aldığını vurğulayıb. Həmçinin natiq şairin anadan olmasının 150 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY Daimi Şurasının qəbul etdiyi qərarla 2023-cü ilin "Türk dünyasında Məhmət Akif Ərsoy İli" elan edildiyini diqqətə çatdırıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında TÜRKSOY-un 30 illik yubileyini əlamətdar hadisə kimi dəyərləndirib. O, TÜRKSOY-un fərqli coğrafiyalarda yaşayan, lakin eyni soy-kökündən gələn türk xalqları üçün önəmli işlər gördüyünü vurğulayıb. Həmçinin nazir müavini Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi və ilk dəfə keçirilən Türk Dünyası Mədəniyyət Forumu haqqında danışıb.
Mədəniyyət nazirinin müavini deyib ki, ilk dəfədir Məhmət Akif Ərsoyun şeirləri Azərbaycan dilində kitab şəklində çap olunur. Buna baxmayaraq, o, Azərbaycan oxucusuna çoxdan tanışdır. 
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar TÜRKSOY vasitəsilə türk dünyasının daha da yaxınlaşdığını bildirib. "Akif Ərsoy az-az şairlərdəndir ki, onun şeiri oxunanda hamı ayaq üstə qalxır. Söhbət Türkiyə himnindən gedir",- deyə Xalq yazıçısı bildirib.
Kitabın hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirən Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan oxucusunun Məhmət Akif yaradıcılığına sonsuz sevgisindən danışıb. 
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxışlarında təqdimatı keçirilən kitabın şairin zəngin dilini, dərin düşüncəsini, duyğu dərinliyini ehtiva edən, türk millətinin tarixini, mədəniyyətini, ruhunu əks etdirən mühüm sənəd olduğunu, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin sürətlə inkişaf etdiyini, Məhmət Akif Ərsoyun islam şairi, vətən şairi olduğunu bildiriblər.
Sonda TÜRKSOY-un 30 illik yubileyi ilə əlaqədar Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə TÜRKSOY-un "Şərəf" və "TÜRKSOY-un 30 illiyi" medalları təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video