22 Aprel 2026 16:03
380
SİYASƏT
A- A+
Mikroneziya və Marşal Adalarının nümayəndələri Bakı Mərkəzi ilə əməkdaşlıq etmək məqsədilə müraciət ünvanlayıblar

Mikroneziya və Marşal Adalarının nümayəndələri Bakı Mərkəzi ilə əməkdaşlıq etmək məqsədilə müraciət ünvanlayıblar


Aprelin 22-də Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə sülh və iqlim dayanıqlılığı mövzusunda yüksəksəviyyəli tədbir keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, “Heç kəsi arxada qoymamaq” şüarı ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və UNESCAP Katibliyinin dəstəyi ilə keçirilən tədbirdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin nazirləri, yüksəksəviyyəli dövlət nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmiz tərəfindən kiçik ada dövlətlərinə xüsusi diqqət və qayğının göstərildiyini vurğulayıb.

Səfir Azərbaycanın liderliyi ilə COP29-da iqlim maliyyəsi sahəsində qəbul edilmiş tarixi qərarların, ilk növbədə, məhz iqlim dəyişmələrinə həssas olan bu ölkələr üçün xüsusi əhəmiyyətini qeyd edib.

Ölkəmizin kiçik ada dövlətlərinə beynəlxalq texniki yardım, iqlim dayanıqlılığı və bacarıqların artırılması sahələrində dəstək göstərdiyini bildirən natiq bu səpkidə COP29 Azərbaycan sədrliyinin uğurlu təşəbbüslərindən biri olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) cari ildə kiçik ada ölkələri ilə əməkdaşlıq planlarından danışıb.

Tədbirdə çıxış edən Tonqanın daxili işlər naziri, həmçinin Maldiv, Tuvalu, Marşal Adaları, Fici, Mikroneziya və Samoanın hökumət nümayəndələri ölkəmizin qlobal çağırışların həlli sahəsindəki liderliyini yüksək qiymətləndirib, eyni zamanda, ölkələrinə göstərilən dəstək və diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Eyni zamanda, qeyd edilib ki, COP29-un vacib təşəbbüslərindən olan Bakı Mərkəzi platforması çərçivəsində irəli sürülən və sülhə töhfə verən uğurlu iqlim təşəbbüsləri iqlim risklərinə həssas ölkələr üçün beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və dayanıqlı maliyyələşmə mexanizmlərinin səfərbər olunması baxımından əhəmiyyətli imkanlar yaradır. Bu çərçivədə Mikroneziya və Marşal Adalarının nümayəndələri Bakı Mərkəzi ilə əməkdaşlıq etmək məqsədilə müraciət ünvanlayıblar.

Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın 82-ci sessiyası çərçivəsində Azərbaycan sədrliyinin ilk yüksəksəviyyəli dialoqu olan bu tədbirin əhəmiyyətini vurğulayan UNESCAP-in icraçı katibinin müavini Li Yanq və BMqT-nin nümayəndəsi çıxışlarında təmsil etdikləri təşkilatların Azərbaycanın liderliyi ilə kiçik ada dövlətlərinə iqlim dayanıqlılığı və davamlı inkişaf sahələrində həyata keçirilən konkret təşəbbüslərə dəstək ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ rəsmisindən enerji təhlükəsizliyi ilə bağlı xəbərdarlıq  

18:18
29 Aprel

ABŞ-də Trampın şəkli olan xüsusi pasportlar hazırlanacaq  

18:01
29 Aprel

Nigeriyada qızılca epidemiyası 15 uşağın həyatına son qoyub

17:41
29 Aprel

Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

17:31
29 Aprel

Monteneqro ombudsmanı: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

17:23
29 Aprel

III Çarlzın ABŞ-yə səfəri: Ağ Evdə qəbul və Kralın Konqresdəki tarixi çıxışı

17:12
29 Aprel

Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində  

17:10
29 Aprel

“Yüksəliş” müsabiqəsinin qaliblərinə həssas qruplara göstərilən sosial xidmətlər barədə məlumat verilib  

16:39
29 Aprel

LNG qiymətləri artmağa davam edir

16:39
29 Aprel

Moskvada baş verən yanğınla bağlı beş nəfər saxlanılıb

16:38
29 Aprel

Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağlanılıb

16:36
29 Aprel

Prezident Ərdoğan: Türkiyə regionda yeni təhlükəsizlik paradiqmasına can atır

16:34
29 Aprel

Yaz allergiyası astmaya çevrilə bilər?

16:33
29 Aprel

Azərbaycanda zərgərlik sənayesi sahəsində yeni dövlət standartı qəbul edilib

16:32
29 Aprel

Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir  

16:03
29 Aprel

Zelenski: Ukrayna Rusiyaya zərbələrin məsafəsini artıracaq

15:59
29 Aprel

Azərbaycan avarçəkmə üzrə "Prezident Kuboku"nda ilk medalını qazanıb

15:58
29 Aprel

Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub  

15:57
29 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

15:51
29 Aprel

“Neftçi” və “Qarabağ” azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib

15:46
29 Aprel

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

15:42
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!