20 May 2025 09:07
845
Mədəniyyət
A- A+
MƏN TORPAĞAM

MƏN TORPAĞAM



Mən torpağam, məni atəş yandırmaz;

tərkibimdə kömürüm var,

külüm var.

Mən baharam çəmən-çəmən

Çiçəyim var, gülüm var.

Mən küləyəm, əsməsəm,

kim bilər ki, mən varam.

Mən buludam, səhraları susuz görüb,

ağlaram.

Mən ürəyəm, döyünməsəm

ölərəm.

Mən insanam,

sadə insan əlinin

yaratdığı nemətlərlə öyünməsəm,

ölərəm.

Mən işığam - qaranlığın qənimi.

Mən insanam,

daşıyıram qəlbimdə

dünyaların sevincini, qəmini.

Maraq dolu gözəm mən,

baxmaya bilmərəm.

Qarlı dağdan süzülən çayam mən,

axmaya bilmərəm.

Mən insanam,

vətənim var, elim var.

Ən böyük həqiqəti,

azadlığı, məhəbbəti, 

nifrəti söyləməyə qadir olan

dilim var.

Mən bir qranitəm ki,

hər parçamda duyulur

bərkliyim,

döyüşdə möhkəmliyim,

ülfətdə kövrəkliyim.

Mən insanam, ülfətsiz -

Ölərəm.

Məhəbbətsiz, nifrətsiz -

Ölərəm.

Mən bulağam,

tapşırıqla axmıram.

Mən həyatam,

Həmişə yoldayam;

nəfəsdəyəm, arzudayam,

baxışdayam, ürəkdəyəm, qoldayam.

Mən torpağam, nemətimi, varımı

zəhmət sevən insanlarla bölərəm.

Mən ürəyəm, doyünməsəm

ölərəm.


ŞUŞA


Burda nəğmə yaz çiçəyi kimidir:

tez yaranır, tez gül açır, boy atır.

Burda səhər yuxusundan adamı

Bülbüllərin cəh-cəh səsi oyadır.


Burda hava körpə uşaq kimidir,

gah tutulur, gah ağlayır, gah gülür.

Burda səhər buludların döşündən

qayalara qızılgüllər tökülür.


Göylərində at oynadır şimşəklər,

Bir an olur gur yağışı, dolusu...

Əlvan çiçək xalıları yamacda.

Baş qaldırır nərgiz, gözü dolu su.


Qayalarda tərlanları qıy vurur.

Dan atanda maral gəlir çeşməyə.

Qız-gəlinlər gün doğmamış oyanır;

dəstə-dəstə bulaq üstən keçməyə.


Qızlarının saçı qara, gözü göy,

Hər yanaqda qızılgülün rəngi var.

Hansı igid ürəyinə ox olub

sancılmayıb bu qəmzəli baxışlar?


Mən könüldən xumar gözə vurğunam,

min giley var bu sinəmdə o yardan.

Gəncliyimin bahar çağı yel

kimi gəlib keçib bu səfalı diyarda.


O qayğısız gözəl günlər, o xoş dəm

görən ola bir də geri dönərmi?

İlk məhəbbət alovundan alışan

ürək odu illər keçsə sönərmi?


Mən torpağın qüdrətinə heyranam,

yüz ziynəti, yüz rəngi var hər ildə.

İnsan vaxtsız nə qocalar, nə ölər

torpaq kimi gücü olsa könüldə.


ARZU


Xəritəyə baxdım.

Qanadlarını gərib,

dalğalı Xəzərə qonmaq istəyən,

nəhəng bir quş kimi görünür

Azərbaycan.

Bir şahindir

dimdiyi göy sularda.

Qanadları göylərdə.

Bu əzəmətli şəkli

yarada biləydim,

bir yeni əsərdə;

ahəngi dəniz dalğalı.

adı "Poeziya qartalı".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!