09 May 2026 15:54
622
İQTİSADİYYAT
A- A+
Məhəmməd Əl-Casir: Azərbaycanda yeni layihələrin icrasını səbirsizliklə gözləyirik

Məhəmməd Əl-Casir: Azərbaycanda yeni layihələrin icrasını səbirsizliklə gözləyirik


Dünən azad edilmiş əraziləri ziyarət etmək fürsəti əldə etdiyim üçün özümü çox xoşbəxt hiss etdim. Füzulidə oldum, Xankəndini ziyarət etdim, həmçinin çox gözəl bir məkan olan Şuşada oldum. İki il əvvəl də orada olmuşdum, amma indi şəhər tamamilə fərqli görünür.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Əl-Casir deyib.

O bildirib ki, həqiqətən də inkişaf səviyyəsi, infrastrukturun bərpası, məscidlər kimi mühüm tikililərin yenidən qurulması və Şuşada inşa edilən yeni məscid çox təsiredicidir və o məscid tamamlandıqda əsl simvola çevriləcək. “Bütün bu inkişafları görmək məni çox sevindirdi. Daha sonra biz universiteti və sənaye zonasını da ziyarət etdik. Biz iş adamları ilə də görüşdük. Onlar ölkənin inkişaf və böyümə potensialı barədə çox həvəsli və nikbin görünürdülər. Biz bura həm də, İslam İnkişaf Bankının Azərbaycana sadiqliyini bir daha təsdiqləmək üçün gəlmişik. Azərbaycanda yeni layihələrin icrasını səbirsizliklə gözləyirik. Çünki bu ölkə böyük perspektivlərə malikdir. Bu ölkənin inkişafını sürətli şəkildə irəli aparan rəhbərliyi var və eyni zamanda ölkəsini sevən, onun gələcəyinə inanan, çox yaxşı təhsil almış və ambisiyalı gəncləri var. Beləliklə, Ciddəyə bu səfərlə bağlı çox gözəl xatirələrlə qayıdıram. Şuşa yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilir.

Mən Azərbaycana, onun prezidentinə, xalqına və hökumətinə ən xoş arzularımı bildirirəm və gələn ilin iyun ayında İslam İnkişaf Bankının illik toplantılarının yenidən Bakıda keçiriləcəyi vaxt sizinlə görüşməyi səbirsizliklə gözləyirəm", - deyə Məhəmməd Əl-Casir qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesueladakı zəlzələlərdə ölənlərin sayı 1400-ü ötüb

23:21
27 İyun

Almaniyada yeni temperatur rekordu qeydə alınıb

22:49
27 İyun

Aleksandar Vuçiç: Serbiya Prezidenti kimi son günlərimdir

22:29
27 İyun

Pakistanda terrorçuların hücumu nəticəsində azı 3 əsgər həlak olub

22:17
27 İyun

Vuçiç Serbiyanın enerji müstəqilliyindən danışıb

22:03
27 İyun

İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb

21:58
27 İyun

Rusiya və Çin Hərbi Hava Qüvvələri birgə patrul həyata keçirib

20:41
27 İyun

Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub

19:09
27 İyun

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası elan edilib

18:59
27 İyun

Azərbaycan–Peru dostluğunun 30 ili: Limada yubiley sərgisi və xüsusi poçt buraxılışı təqdim olunub

17:19
27 İyun

Britaniyada istilik rekordları qırılıb, hökumət “sarı” səviyyədə xəbərdarlığın müddətini uzadıb

16:26
27 İyun

İran və BƏƏ arasında ticarət əməliyyatları bərpa edilir

16:07
27 İyun

Özbəkistan Prezidenti kölgə iqtisadiyyatının azaldılması barədə prokurorluq orqanlarına göstəriş verib  

15:41
27 İyun

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb

15:27
27 İyun

Hörmüz boğazında neft tankeri zədələnib

15:09
27 İyun

Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib

14:27
27 İyun

Dünya çempionatı: İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

13:37
27 İyun

Sabah yağıntılı və küləkli hava şəraiti davam edəcək

13:16
27 İyun

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub  

12:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər  

11:56
27 İyun

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

11:37
27 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!