01 Noyabr 2023 10:50
4331
Təhsil
A- A+
MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb

MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb

 

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin (KEU) fəxri professoru adına layiq görülüb. 
KEU Elmi Şurasının bununla bağlı müvafiq qərarı MDU rektorunun universitetlərarası əməkdaşlığın inkişafına verdiyi töhfələrə, eləcə də onun elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərə əsasən qəbul edilib.
Bu barədə AZƏRTAC-a Mingəçevir Dövlət Universitetinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin sentyabrında Bişkekdə Dünya Rektorlar Forumunda Ş.Bayramovun iştirakı ilə MDU və KEU arasında anlaşma memorandumu imzalanıb. MDU rektoru KEU-nun geniş tərkibdə rəhbər heyəti ilə görüşlər keçirib və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə bağlı müzakirələrdə fəal iştirak edib. Bununla yanaşı, Ş.Bayramov KEU kollektivi qarşısında "Yeni dövrün universitetinin qurulması" mövzusunda keçirilən seminarda rəhbərlik etdiyi ali təhsil müəssisəsinin təcrübəsini bölüşüb. Bundan əlavə, 2022-ci ilin dekabrında MDU-da keçirilən "Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar" mövzusunda, eləcə də 2023-cü ilin dekabrında keçiriləcək "Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər" mövzusunda beynəlxalq elmi konfranslara KEU-nun tərəfdaşlıq etməsində MDU rektorunun rolu müsbət dəyərləndirilib. Eyni zamanda MDU rektoru və onun rəhbərlik etdiyi professor-müəllim heyəti üzvlərinin 2023-cü ilin oktyabrında KEU-da keçirilən "İqtisadi reallıqların yeni çağırışları" mövzusunda beynəlxalq elmi konfransın plenar və bölmə iclaslarında çıxış edərək bu elmi tədbirin işinə əhəmiyyətli töhfə verdikləri diqqətə çatdırılıb.
Qeyd edək ki, MDU rektoru Ş.Bayramova fəxri professor diplomu oktyabrın 25-də Qırğız İqtisad Universitetinin 70 illiyinə həsr olunan təntənəli yubiley mərasimində iştirakı zamanı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!