08 Oktyabr 2026 12:07
592
İQTİSADİYYAT
A- A+
MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır  

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır  


Müstəqil Dövlətlər Birliyi (MDB) postsovet məkanında siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlıq üçün formalaşdırılmış regional platformalardan biridir. Azərbaycan 24 sentyabr 1993-cü ildə MDB-yə üzv qəbul olunub və hazırda birliyin müxtəlif qurumlarının fəaliyyətində iştirak edir. Ölkəmiz MDB çərçivəsində əməkdaşlıqda öz milli maraqlarını rəhbər tutur və dövlət başçıları, hökumət başçıları, xarici işlər nazirləri və digər şuraların iclaslarında fəal iştirak edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın MDB tədbirlərində iştirakı yalnız diplomatik xarakter daşımır. Bu tədbirlər ölkəyə regional əməkdaşlıq imkanlarından istifadə etmək, iqtisadi və nəqliyyat əlaqələrini inkişaf etdirmək, humanitar münasibətləri genişləndirmək və öz mövqeyini çoxtərəfli dialoq müstəvisində ifadə etmək imkanı verir.

MDB tədbirləri Azərbaycanın regional məsələlər üzrə mövqeyini birbaşa ifadə edə bildiyi platformalardır. Dövlət və hökumət başçıları səviyyəsində keçirilən görüşlər müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafına da şərait yaradır. Misal üçün 2022-ci ildə Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək regional vəziyyətlə bağlı Azərbaycanın mövqeyini digər dövlətlərin rəhbərlərinə çatdırıb.

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından da imkanlar yaradır. Üzv və iştirakçı dövlətlərin nümayəndələri arasında iqtisadi məsələlərin müzakirəsi ticarət, investisiya, sənaye və sahibkarlıq sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə kömək edir. 2023-cü ildə Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında ölkə başçısı Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin əvvəlki ildə təxminən 30 faiz, həmin ilin əvvəlində isə 20 faizdən çox artdığını bildirmişdi. Bu göstəricilər MDB ölkələri ilə iqtisadi əlaqələrin Azərbaycan üçün praktik əhəmiyyət daşıdığını göstərən nümunələrdən biridir.

Azərbaycanın MDB tədbirlərində iştirakının mühüm istiqamətlərindən biri nəqliyyat və tranzit əməkdaşlığıdır. Azərbaycanın coğrafi mövqeyi onu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən mühüm ölkələrdən birinə çevirir. Rusiya və Belarus ilə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Mərkəzi Asiya respublikaları ilə isə Orta Dəhliz istiqamətində sıx əməkdaşlıq edir. Belə tədbirlərdə iştirak Azərbaycan üçün nəqliyyat layihələrini təqdim etmək, tərəfdaş ölkələrlə əlaqələndirmə aparmaq və tranzit potensialının regional əhəmiyyətini müzakirə etmək baxımından faydalıdır.

Müxtəlif dövlət qurumlarının nümayəndələri arasında əlaqələr təcrübə mübadiləsinə və transsərhəd cinayətkarlıqla mübarizə kimi məsələlərdə əməkdaşlığa şərait yaradır. 2023-cü ildə Bakıda MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasının keçirilməsi buna nümunədir. Həmin tədbirdə qanunun aliliyi, hüquq qaydasının möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə məsələləri diqqət mərkəzində olub.

MDB tədbirlərinin başqa mühüm nəticəsi xalqlar arasında humanitar əlaqələrin inkişafıdır. Azərbaycan MDB çərçivəsində mədəniyyət, humanitar əməkdaşlıq, elm və digər sahələrdə müxtəlif ölkələrlə əlaqələr saxlayır. Bu istiqamətdə əməkdaşlıq tələbə və mütəxəssis mübadiləsi, mədəni tədbirlər, elmi əlaqələr və ortaq layihələr üçün imkan yarada bilər. Belə münasibətlər xalqlar arasında qarşılıqlı tanıma və əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı da Azərbaycan üçün faydalıdır. Müasir zamanda dünyada böyük geosiyasi transformasiyalar baş verib. Əlbəttə, bu proses MDB regionuna da təsirsiz ötüşmür. Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub və bu inkişafda region ölkələri ilə əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Türkmənistanda keçirilən görüşlərdə Azərbaycanın regionda baş verən hadisə və proseslərə dair mövqeyi ortaya qoyulacaq və siyasi konsensus əldə ediləcək.

Ümumilikdə, Azərbaycanın MDB tədbirlərində iştirakı ölkəyə müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarından istifadə etmək imkanı verir. Bu iştirakın əsas faydalarını siyasi dialoqun inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi, tranzit və nəqliyyat əməkdaşlığı, təhlükəsizlik məsələləri üzrə təcrübə mübadiləsi, humanitar və mədəni əlaqələrin gücləndirilməsi kimi qruplaşdırmaq olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis və Özbəkistan Ali Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib  

21:51
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub  

21:36
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib  

21:17
25 Noyabr

Bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:39
25 Noyabr

Xalq artisti Elmira Şabanova vəfat edib

19:16
25 Noyabr

Nazir Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb  

19:03
25 Noyabr

ABŞ iqtisadiyyatı 4,3 faiz böyüyüb  

18:48
25 Noyabr

Azərbaycan-Özbəkistan parlamentlərarası komissiyasının fəaliyyəti strateji tərəfdaşlığı gücləndirəcək 

18:34
25 Noyabr

Nazir: Sosial ödənişlərdə artım dinamikası gələn il də davam edəcək  

18:16
25 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:09
25 Noyabr

Bakı Bəyannaməsi qəbul edilib

18:02
25 Noyabr

“Gazprom” Çinə qaz nəqli üçün obyektlərin tikintisini yekunlaşdırır

17:59
25 Noyabr

Uşaqlıqda az şəkər yeyənlər daha gec qocalır

17:42
25 Noyabr

UEFA “Sabah” – “Barselona” oyunu ilə bağlı paylaşım edib

17:39
25 Noyabr

Yaponiya bir neçə ehtiyat paytaxt yaratmağı planlaşdırır

17:33
25 Noyabr

Altsgeymer xəstəliyinin inkişafını ləngidən preparat  

17:21
25 Noyabr

Hörmüz boğazında iki neft tankeri minaya çırpılaraq yanıb  

17:14
25 Noyabr

ABŞ Yaponiyadan Amerika qoşunlarının saxlanılması xərclərini üç dəfə artırmağı istəyib  

17:06
25 Noyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:03
25 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb

16:52
25 Noyabr

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılışı olub YENİLƏNİB  

16:44
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!