14 İyun 2012 01:06
413
CƏMİYYƏT
A- A+
Maliyyə Nazirliyi səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir

Maliyyə Nazirliyi səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir

 

İnformasiya texnologiyalarının və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqində dövlət qurumlarının sırasında aparıcı yerlərdən birini tutan Azərbaycan Respublikası Maliyyə Nazirliyi (MN) səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, MN-də elektron hökumət xidmətləri dövlət büdcəsinin layihəsinin tərtibatı, dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması, bələdiyyələr tərəfindən təqdim edilən məlumatlar və göstəricilər, sığorta fəaliyyəti, qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyət, ciddi hesabat blanklarının hazırlanması, o cümlədən maliyyə və statistik hesabatların qəbulu üzrə formalaşmaqdadır. Elektron xidmətlər bölməsi nazirliyin www.maliyye.gov.az rəsmi internet səhifəsində fəaliyyət göstərir.

Maliyyə Nazirliyinin göstərdiyi elektron xidmətlərə "Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması", "Bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatları və göstəriciləri", "Sığorta fəaliyyətlərinə lisenziya almaq üçün müraciət", "Hüquqi və fiziki şəxslərə qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyət üçün xüsusi razılığın (lisenziya) verilməsi", "Hüquqi və fiziki şəxslərə ciddi hesabat blanklarının hazırlanması üçün xüsusi razılığın (lisenziya) verilməsi", "Qeyri-hökumət, büdcə və kommersiya təşkilatların maliyyə hesabatlarının qəbulu", "Qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyətin statistika hesabatı" və "Ciddi hesabat blanklarının hazırlanması ilə bağlı fəaliyyətin statistika hesabatı" kimi bloklar daxildir.

Bundan başqa, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması da elektron qaydada aparılır. Həmin hesabatların rəsmi internet sayt vasitəsilə qəbul olunması məqsədilə tətbiq olunan proqram təminatında təşkilatlara elektron sənəd mübadiləsi üçün istifadəçi kodunun, birdəfəlik giriş üçün şifrənin verilməsi, hesabat formalarının yüklənməsi, doldurulması və göndərilməsi, göndərilmiş hesabatların baxılması və qəbulu mərhələlərinin izlənilməsi, hesabatların qəbulu ilə bağlı yaranan suallar üzrə yazışmaların aparılması, elektron sənədlərin beynəlxalq standartlara uyğun təhlükəsizlik sertifikatı ilə şifrələnməsi və s. nəzərdə tutulmuşdur. Təşkilatlar hesabat göstəricilərini www.maliyye.gov.az rəsmi internet səhifəsinin "Dövlət Xəzinədarlığı Agentliyi" sahəsində yerləşdirilmiş iş yerindən göndərməlidirlər.

MN həmçinin xəzinədarlığın idarəedilməsinin avtomatlaşdırılmış informasiya sistemini respublika miqyasında geniş tətbiq edir. Belə ki, bütün rayon, şəhər xəzinədarlıq idarələri Baş Dövlət Xəzinədarlığı ilə birbaşa fiberoptik kabel və peyk sistemi ilə əlaqələndirilmiş, bütün növ xəzinə əməliyyatlarının icrasının və uçotunun real vaxt rejimində həyata keçirilməsi təmin olunmuşdur. Nəticədə respublika ərazisində büdcə əməliyyatlarının icrasının sürəti və keyfiyyəti yüksəlmişdir.

Hazırda büdcənin icrası ilə yanaşı, onun formalaşdırılması prosesi və əlaqədar olan bütün növ əməliyyatların da tam avtomatlaşdırılması istiqamətində işlər aparılır. Artıq büdcə təşkilatlarının əsas vəsaitlərinin uçotu, büdcənin proqnozlaşdırılması, əməkhaqlarının hesablanması, kadr uçotunu və sair istiqamətləri tənzimləyən müvafiq proqram təminatı hazırlanmışdır.

"Elektron Azərbaycan" layihəsinin ən vacib sahələrindən olan dövlət orqanlarında elektron sənəd dövriyəsi və elektron imza artıq Maliyyə Nazirliyində tətbiq olunur.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!