29 İyun 2026 10:39
240
CƏMİYYƏT
A- A+
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə həsr olunmuş Xeyirxahlıq Festivalı keçirilib.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “ThinkIn” təşkilatının əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə ölkənin 290 ümumtəhsil müəssisəsindən 1000-ə yaxın müəllim iştirak edib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Nəbatat Bağında açıq hava formatında təşkil olunmuş festivalda Leyla Əliyeva və Alona Əliyeva da iştirak ediblər.

Leyla Əliyeva və Alona Əliyeva festival ərazisində yaradılmış müxtəlif fəaliyyət zonaları ilə tanış olub, milli zona, sənət emalatxanaları, yoqa və meditasiya sessiyaları, əl işləri yarmarkası və digər interaktiv məkanlarda iştirakçılarla səmimi söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib və məktəblilərin hazırladığı yaradıcı çıxışları izləyiblər. Onlara müxtəlif əl işlərindən ibarət hədiyyələr təqdim olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva festivalın hər kəsə gözəl və müsbət hisslər bəxş edəcəyinə inandığını bildirib. Leyla Əliyeva vurğulayıb ki, hər bir uşaq bir möcüzə, bir xəzinədir. Biz bunu nə qədər tez aşkar etsək, onların istedadları bir o qədər tez üzə çıxacaq. Müəllimlərin, valideynlərin və ümumilikdə böyüklərin uşaqları daha yaxşı anlamasının əhəmiyyətini qeyd edən Leyla Əliyeva mehribanlığın ən böyük xoşbəxtlik olduğunu bildirib.

Sonra Leyla Əliyeva müəllimlərə gördükləri məsuliyyətli işə görə minnətdarlığını ifadə edib.

Tədbir çərçivəsində keçirilən panel müzakirəsində ümumtəhsil müəssisələrində xeyirxahlıq, mərhəmət, qarşılıqlı hörmət və empatiya kimi dəyərlərin təşviqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova və ADA Universitetinin prorektoru Vəfa Kazdal bu xüsusda müəllimlərin gələcək nəsillərin və bütövlükdə cəmiyyətin inkişafında oynadığı mühüm rolu xüsusi olaraq vurğulayıblar.

Daha sonra festival çərçivəsində keçirilən “Xeyirxahlıq Marafonu”nun qaliblərinin mükafatlandırma mərasimi olub. Məktəblər arasında xeyirxahlıq mövzusunda hazırlanmış ən yaradıcı sosial media məzmunları müxtəlif nominasiyalar üzrə qiymətləndirilib, 55, 244, 83, 156, 185, 45, 277, 144, 211, 300 və 165 nömrəli məktəblər “Ən səmimi təşəkkür”, “Xeyirxah əməllər mükafatı”, “Ən yaxşı ekoloji təşəbbüs” və digər nominasiyalar üzrə qalib elan olunublar. Marafon məktəblərdə xeyirxahlıq, minnətdarlıq, yaradıcılıq və həmrəyliyin gündəlik davranış mədəniyyətinə çevrilməsini təşviq etmək məqsədilə keçirilib.

Yüksək əhvali-ruhiyyə şəraitində keçən festival geniş konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, Xeyirxahlıq Festivalının əsas məqsədi cəmiyyətin müəllimlərə olan dərin hörmət və minnətdarlığını ifadə etmək, məktəblərdə xeyirxahlıq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan sağlam təhsil mühitini təşviq etmək, empatiya və mənəvi dəyərlər üzərində qurulan təhsil mədəniyyətinin inkişafına töhfə vermək, eləcə də xeyirxahlığın təhsil sistemində və cəmiyyətin inkişafındakı mühüm rolunu nümayiş etdirməkdən ibarət olub.

Tədbir çərçivəsində keçirilən əl işləri yarmarkasında 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, “Birgə və Sağlam” Autizm Mərkəzi, Zəka Yolu İnkişaf Mərkəzi, “İZ Community”, “Kashalata” və digər təşkilatların nümayəndələrinin hazırladıqları məhsullar tədbir iştirakçılarına təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tovuzda kartof yığımı uğurla davam edir  

12:12
29 İyun

Şavkat Mirziyoyev və Qurbanqulu Berdiməhəmmədov Mərkəzi Asiya və Azərbaycanın dövlət başçılarının Səkkizinci Məşvərət Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər  

12:11
29 İyun

Rafael Hüseynov: Türk dünyası nümayəndələrinin bir araya gəlməsi bu çağırışın nə qədər güclü olduğunu göstərir

12:10
29 İyun

İsti hava Fransada can alır

12:09
29 İyun

Goranboyda taxıl biçinində yüksək məhsuldarlıq əldə olunur  

12:05
29 İyun

Vaşinqton və Tehran Qətərdə Hörmüz boğazında nizamlanmanı müzakirə edəcəklər  

11:57
29 İyun

TDT-nin Baş katibi: Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir

11:55
29 İyun

Nazir: “Türk Dünyası Həftəsi”nin tədbirləri Şuşa, Xankəndi və Ağdamda davam edəcək  

11:54
29 İyun

Adil Kərimli: Yubileyin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın ortaq Türk irsinə verdiyi dəyərin bariz nümunəsidir  

11:53
29 İyun

Şavkat Mirziyoyev: Birinci Türkoloji Qurultay türk xalqlarının inkişafında yeni bir dövrün başlanğıcını qoyan tarixi hadisədir

11:52
29 İyun

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir  

11:52
29 İyun

Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib

11:50
29 İyun

TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər

11:44
29 İyun

İsrail ordusu Livanın cənubunda Hizbullahın komandanlıq məntəqələrinə zərbələr endirib

11:43
29 İyun

Qırğızıstan Prezidenti: Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

11:32
29 İyun

Qazaxıstan Prezidenti: Birinci Türkoloji Qurultay bütün Türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi

11:13
29 İyun

Son iki gündə 63 cinayətin açılması təmin olunub

11:06
29 İyun

“Psixologiya Zirvəsi – 4” beynəlxalq elmi-praktik konfransı keçirilib

11:05
29 İyun

Dünya çempionatı: Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçilib

11:03
29 İyun

Prezident: TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır  

11:03
29 İyun

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı keçirilir YENİLƏNİB

11:01
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!