29 İyun 2026 11:32
133
SİYASƏT
A- A+
Qırğızıstan Prezidenti: Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Qırğızıstan Prezidenti: Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur


Qırğızıstan Prezidenti Sadır Japarov Birinci Türkoloji Qurultayın 1926-cı ildə Bakıda keçirilməsinin türk xalqlarının intellektual, mədəni və siyasi birliyinin formalaşmasında tarixi dönüş nöqtəsi olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Prezident Sadır Japarovun Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində səsləndirilən müraciətində, həmçinin qeyd olunub: “100 il əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay “Dildə, fikirdə, işdə birlik” şüarı altında türk xalqlarının gələcəyini müəyyənləşdirən, türk dünyasının intellektual dirçəlişinin əsasını qoyan mühüm tarixi hadisə olub. Qurultayın 100 illiyi türk dünyasının intellektual, mədəni və siyasi inteqrasiyasının əsrlik yolunun mühüm mərhələsi kimi dəyərləndirilə bilər”.

Müraciətdə, eyni zamanda, vurğulanıb ki, mürəkkəb siyasi şəraitə baxmayaraq, Qurultayda türk dilləri, terminologiya, orfoqrafiya, eləcə də ərəb qrafikasından latın əlifbasına keçid məsələləri ətrafında geniş müzakirələr aparılıb. Qeyd edilib ki, həmin forum təkcə alimlərin toplantısı deyil, müxtəlif siyasi və coğrafi səbəblərlə bir-birindən ayrı düşmüş türk xalqlarının qarşılıqlı anlaşmaya, həmrəyliyə və qardaşlığa doğru atdığı tarixi addım olub.

Müraciətdə bildirilib ki, Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur və türk xalqları arasında elmi, mədəni, humanitar və strateji əməkdaşlığın inkişafı üçün mühüm istiqamət rolunu oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah bəzi yerlərdə yağış yağacaq

12:53
29 İyun

Ötən həftə 73 mina və 329 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

12:52
29 İyun

Dünya Kubokunun qrup mərhələsinin oyunlarında 999 futbolçu iştirak edib

12:52
29 İyun

Kamboca “ASAN xidmət” təcrübəsindən yararlanacaq

12:51
29 İyun

Hörmüz boğazında yeni dövr: İran və Omandan birgə addım

12:39
29 İyun

Alfonso Devis 2026-cı il Dünya Kubokunda oynayan 1000-ci futbolçudur  

12:37
29 İyun

“Aybın-2026” gənclərin hərbi vətənpərvərlik toplanışı başa çatıb

12:36
29 İyun

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub YENİLƏNİB 2

12:32
29 İyun

Azərbaycan və Latviya arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

12:30
29 İyun

Seneqallı Pap Geye Dünya Kuboku tarixində rekorda imza atıb

12:24
29 İyun

Sentyabrda Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək

12:21
29 İyun

Gəncə Dövlət Milli Dram Teatrında “Zəhri-Mar” tamaşasının premyerası olub  

12:19
29 İyun

Tovuzda kartof yığımı davam edir  

12:12
29 İyun

Şavkat Mirziyoyev və Qurbanqulu Berdiməhəmmədov Mərkəzi Asiya və Azərbaycanın dövlət başçılarının Səkkizinci Məşvərət Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər  

12:11
29 İyun

Rafael Hüseynov: Türk dünyası nümayəndələrinin bir araya gəlməsi bu çağırışın nə qədər güclü olduğunu göstərir

12:10
29 İyun

İsti hava Fransada can alır

12:09
29 İyun

Goranboyda taxıl biçinində yüksək məhsuldarlıq əldə olunur  

12:05
29 İyun

Vaşinqton və Tehran Qətərdə Hörmüz boğazında nizamlanmanı müzakirə edəcəklər  

11:57
29 İyun

TDT-nin Baş katibi: Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir

11:55
29 İyun

Nazir: “Türk Dünyası Həftəsi”nin tədbirləri Şuşa, Xankəndi və Ağdamda davam edəcək  

11:54
29 İyun

Adil Kərimli: Yubileyin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın ortaq Türk irsinə verdiyi dəyərin bariz nümunəsidir  

11:53
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!