Laçından ən son görüntülər FOTOLENT
Azərbaycanın dilbər guşələrindən olan Laçın, sözün əsl mənasında, laçın çağlarına geri dönür. Ərazidə aparılan geniş tikinti-bərpa işləri nəticəsində Laçın gündən-günə abadlaşır. Yazın gözəlliyi ilə həmahəng olan şəhər, gecələr isə çil-çıraqlı mənzərəsi ilə göz oxşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, erməni işğalından öncə Laçın şəhərində inzibati binalardan başqa 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. Təəssüflər olsun ki, işğal zamanı erməni vandalizmi nəticəsində 1500-dən artıq ev tamamilə dağıdılıb, təbiət isə ekoloji terrora məruz qalıb, bir çox abidə məhv edilib. 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusuna məğlub olan düşmən Laçından da çıxdı. Laçın əsl sahiblərinin nəzarətinə keçdikdən sonra isə artıq burada geniş tikinti-bərpa işlərinə başlanılıb.
“Bakı Abadlıq Xidmətinin” memarı Elnur Abdullayev bildirib ki, hazırda Laçın şəhərində yeraltı magistral kommunikasiya xətləri çəkilib başa çatıb, ev birləşmələri işləri aparılır: “Yeraltı xətlər - içməli su, yağış suları, kanalizasiya, elektrik, rabitə, qaz və küçə işıqlandırılması xətlərindən ibarətdir. Laçın şəhərində 9 ədəd içməli su anbarı, 3 ədəd yağış sularının toplanması anbarı, 1 ədəd çirkab suların təmizlənmə qurğusunun tikintisi davam edir. Həmçinin bərpası mümkün olan evlər əsaslı təmir olunur, işlər bitmək üzrədir. Müasir memarlıq üslubuna uyğun olaraq, xalq memarlığı da qorunmaqla müxtəlif dizaynlı dekorasiya işləri aparılır. Evlərin əsaslı təmiri ilə yanaşı, həyətyanı sahələrin abadlığı, landşaft işləri paralel yerinə yetirilir”.
İşğal zamanı ekoloji terrora məruz qalan Laçın şəhərinin yaşıllıq zolaqları da bərpa edilir. Şəhər ərazisində yeni parklar salınır, iqlimə uyğun yeni ağac və bitkilər əkilir. Həyətyanı sahələrdə damcısuvarma sistemi quraşdırılır.
Yol infrastrukturunun qurulması üçün birinci üz asfalt örtüyünün salınması işləri davam edir.
İş yerlərinin yaradılması məqsədilə istehsal müəssisələrinin tikintisi, o cümlədən əhalinin məşğulluğu üçün müxtəlif müəssisələrin açılması da nəzərdə tutulur.
Sürətlə həyata keçirilən işlər Laçının doğma sakinlərinə tezliklə yenidən qucaq açacağından xəbər verir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ...
26 Aprel
"Türk çələngi" pedaqoji fikir tariximizin aynasıdır
26 Aprel
Qərbi Azərbaycan İcması bəyanat yayıb
26 Aprel
Uğur qazanmağın sirrini istedadla zəhmətin vəhdətində görən aktyor
26 Aprel
Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar
26 Aprel
Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur
26 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
26 Aprel
Azərbaycan ədəbiyyatına böyük töhfələr verən alim
26 Aprel
“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib
26 Aprel
Bayraq aşiqi
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!