21 Aprel 2025 15:46
664
İQTİSADİYYAT
A- A+
Laçında 100 ildən çox davamlılığı olan dam örtükləri istehsal edilir

Laçında 100 ildən çox davamlılığı olan dam örtükləri istehsal edilir


Laçının “Zerti” Aqrosənaye Parkında yüksəkkeyfiyyətli dam örtükləri istehsal edilir. Müasir texnologiyalar əsasında fəaliyyət göstərən müəssisədə hazırlanan dam örtükləri ağırlığa davamlılığı, uzunömürlüyü, istənilən iqlim şəraitinə uyğun olması ilə fərqlənir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Zerti” Aqrosənaye parkında fəaliyyət göstərən müəssisələrdən biri də dam örtükləri istehsalı sahəsidir. 100 ildən çox davamlılığa malik olan dam örtüklərinin istehsalı zamanı həm yerli, həm də xarici xammaldan istifadə edilir. Bu dam örtükləri Laçın rayonunda inşa edilən bir çox evdə uğurla tətbiq olunub və artıq özünü doğruldub.

İstehsalat rəhbəri Şahin Səmədzadənin sözlərinə görə hazırda istehsal müəssisəsində 14 nəfər çalışır və sifariş tələbata uyğun olaraq gələcəkdə işçi sayının artırılması da nəzərdə tutulur. Dam örtükləri müəssisəsinin gündəlik istehsal gücü 190 kvadratmetrə bərabərdir. Sifariş və satışdan asılı olaraq, müəssisədə orta hesabla illik 50 min kvadratmetrdən çox dam örtüyü istehsal edilə bilər. Bir ildən artıqdır fəaliyyət göstərən müəssisədə bu günə kimi 30 min kvadratmetrdən artıq dam örtüyü istehsal edilib. Bunun 21-22 min kvadratmetri əsasən Laçın şəhərinin və Xocalının bərpasında istifadə olunub. Məhsullar həm fərdi yaşayış evləri, həm də ofis və iş yerləri üçün ideal həll təklif edir. Müəssisədə istehsal olunan dam örtüklərinin Şərqi Zəngəzur, Qarabağ və Azərbaycanın digər bölgələrinə çatdırılma imkanı var.

Qeyd edək ki, hazırda “Zerti” Aqrosənaye parkında fəaliyyət göstərən müəssisələrdə 200-ə yaxın işçi çalışır, parkda yaxın vaxtlarda tikiş fabriki və ayaqqabı istehsalı müəssisəsinin də açılması nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

20:13
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!