21 Sentyabr 2023 09:50
4603
Səhiyyə
A- A+
Koronavirusun yeni dalğası da təhlükəlidir

Koronavirusun yeni dalğası da təhlükəlidir

 

2023-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının sona çatdığını elan etsə də, avqustda yoluxma halları yenidən artmağa başladı. 
Dünya əhalisinin immunitetinin formalaşmasına baxmayaraq, koronavirus dövr etməkdə davam edir.  O, mutasiyaya uğrayaraq, yeni ştamların yaranmasına səbəb olur.
Tendensiya onu göstərir ki, yeni yaranmış hər ştamın yoluxduruculuq qabiliyyəti öncəkilərdən daha yüksəkdir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur.

 

Yoluxanların sayı 38 faiz artıb

ÜST-nin məlumatına görə, son zamanlar dünya üzrə COVID-19-a yoluxanların sayı 38 faiz artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Yoluxma sayının artmasına səbəb isə yeni ştamlardır.
Bir neçə gün bundan öncə qardaş ölkə Türkiyədə də "Eris" ("EG.5") virusu aşkarlanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, yoluxanların xarici ölkələrlə təmasları olub və onların hamısı eyni əyalətdəndir. F.Kocanın sözlərinə görə, bununla belə, yeni ştamın aşkarlanması ilə bağlı narahatlığa səbəb yoxdur: "Bu vəziyyət başqa ölkələrdə adi haldır. Bizdə də ola bilərdi. Yaşlılarımızı və xroniki xəstələrimizi qoruyacağıq".
ABŞ-də bu virusla bağlı vəziyyət daha ağırdır. Belə ki, ölkədə COVID-19-a yoluxma halları 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-də hər gün 650 mindən çox sakində virus aşkarlanır. Yaxın aylarda isə ölkə əhalisinin təxminən 10 faizinin bu virusa yoluxacağı gözlənilir. Son həftə ərzində ABŞ-də koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7 faiz, ölüm halları isə 4,5 faiz artıb.

 

57 ölkədə yoluxma müəyyən edilib

2023-cü ildə COVID-19-un "Eris" və "Pirola" ("BA.2.86") ştamları ortaya çıxıb. Yüksək yoluxduruculuğa malik "Eris" sentyabrda 57 ölkədə müəyyən edilib. Ştamın yayılma tezliyində davamlı artım müşahidə edilir. Bu onun peyvənd və ya xəstəlikdən sonra yaranan anticisimlərdən yayınma qabiliyyəti ilə izah olunur. Ona görə də ÜST bütün dünyada sürətlə yayılmasına görə onu "narahatlıq doğuran variantlar" siyahısına daxil edib.
Mütəxəssislər hazırda "Eris"in yayılma tezliyində davamlı artım müşahidə edirlər. Bu onun peyvənd və ya xəstəlikdən sonra yaranan anticisimlərdən yayınma qabiliyyəti ilə izah olunur.
"Eris"i kəskin respirator viruslardan və allergiyadan fərqləndirmək çətindir. Ekspertlər düşünürlər ki, bu xəstəliklərin oxşarlıqları çox olduğuna görə,  yoluxmanı öyrənməyin yeganə vasitəsi test verməkdir.
Yeni ştamlardan qorunmağın yolları isə dəyişməz olaraq qalır. İnsanların sıx olduğu yerlərdə tibb maska taxmaq, şəxsi gigiyenaya diqqət yetirmək və immuniteti güclü saxlamaq mütləqdir.

 

"Pirola" peyvənddən sonrakı immuniteti aşmağa qadirdir

Əvvəlki viruslardan daha yoluxucu olan "Pirola" ştamı Danimarka, Fransa, Kanada, Böyük Britaniya, İsveç və ABŞ də daxil olmaqla, 10-dan çox ölkədə aşkar edilib.  İlk dəfə bu il Hindistanda peyda olan yeni ştam digər subvariantlardan qısa müddət ərzində baş verən zülallardakı yüksək mutasiyaya görə fərqlənir. Bu isə "Pirola"nı hazırda dövriyyədə olan bütün ştamlar arasında ən yoluxucu edir. Əsas əlamətləri qızdırma, öskürək, başağrısı, boğaz ağrısı, ümumi halsızlıq, əzələ ağrıları və nəfəs almaqda çətinlikdir.
"Pirola" peyvənddən və ya əvvəlki xəstəlikdən sonrakı immuniteti aşmağa da qadirdir. Eyni zamanda tədqiqat məlumatlarının olmaması səbəbindən bu ştama qarşı peyvəndlərin effektivliyinin nə qədər azalacağını dəqiq söyləmək mümkün deyil. "Omikron" variantı üçün yenilənmiş peyvəndlər xəstəliyin ağır formalarını və xəstəxanaya yerləşdirilmələrin sayını azaltmaqda effektivdir. Hazırda ÜST "Pirola"dan ölüm halı qeydə almayıb.
"Pirola" variantı üçün yeni peyvəndlərin sentyabr-oktyabr aylarında buraxılacağı və insanlara tətbiq ediləcəyi barədə məlumatlar olsa da, hələlik bu barədə rəsmi açıqlama verilməyib.

 

Ölkədə COVID-19-la bağlı son vəziyyət

Azərbaycan COVID-19-un yayıldığı ilk dövrdən etibarən virusla ən effektiv mübarizə aparan ölkələrdən olub. Həyata keçirilən mübarizə tədbirlərinin səmərəliliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma enmiş, görülən qabaqlayıcı tədbirlər öz bəhrəsini vermişdi.
Azərbaycanın pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə aparması beynəlxalq miqyasda böyük rəğbət doğurub. Ölkəmiz pandemiya istiqamətində bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış etmiş, həmçinin dünyanın bütün təşkilatlarını, aparıcı dövlətlərini həmrəyliyə çağırmışdı. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə bağlı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının uğurla keçirilməsi, təşkilatın vaksinasiya ilə əlaqədar qətnamə qəbul etməsi koronavirusla mübarizəyə böyük töhfə olmuşdur. Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə yekdilliklə qəbul olunub. Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST tərəfindən dəyərləndirilib, digər ölkələrə nümunə göstərilib.
Hazırda ölkəmizdə COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinməyib. Azərbaycanda peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədə olub. 
İnsanların əksəriyyəti pandemiyanın arxada qaldığını düşünsə də, əslində, vəziyyət o qədər də ürəkaçan deyil. COVID-in dünyada müşahidə olunan artım tendensiyası Azərbaycandan da yan keçməyib. Son bir ayın statistikasına nəzərə saldıqda məlum olur ki, 7-13 avqustda Azərbaycanda COVID-ə 8 yoluxma qeydə alınıbsa, növbəti həftələrdə yoluxmada ciddi artım baş verib. Nəticədə son həftədə - 11-17 sentyabrda ölkə üzrə 142 yoluxma qeydə alınıb. Bu isə 17,75 dəfə artım deməkdir. Xüsusi vurğulamaq lazımdır ki, bu, rəsmi statistikadır, qeydiyyata düşməyən yoluxma sayı isə daha çoxdur. Belə ki, vətəndaşlar pandemiyanın bitdiyini düşünür, bu səbəbdən də özlərində narahatlıq hiss etdikdə test verməyi lazım bilmirlər.
Hər zaman olduğu kimi, COVID-19-un bütün ştamlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir. Bildirilib ki, yaxın gələcəkdə statistikada ciddi artım müşahidə oluna bilər. Buna səbəb kimi məktəblərin açılması, yay tətilinin başa çatması və havaların soyuması göstərilir.
Vətəndaşların yaranmış vəziyyətin təhlükəli həddə çata biləcəyini nəzərə almaqla, test verilməsi, eləcə də COVID-ə yoluxmanın yüksək həddə olduğu vaxtlardakı kimi tələb olunan qaydalara ciddi riayət etmələri vacibdir. Əks halda, koronavirusun yeni dalğasının ciddi fəsadları ilə üzləşə bilərik.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub  

22:25
01 Dekabr

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib  

22:22
01 Dekabr

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər  

22:20
01 Dekabr

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  

19:41
01 Dekabr

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

16:19
01 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

16:07
01 Dekabr

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

16:03
01 Dekabr

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

15:52
01 Dekabr

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

15:29
01 Dekabr

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib  

14:47
01 Dekabr

Bakı Təşəbbüs Qrupu BMT-də Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq  

14:09
01 Dekabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:59
01 Dekabr

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb  

13:37
01 Dekabr

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə  

11:47
01 Dekabr

Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO  

11:39
01 Dekabr

Alimlər inanılmaz həcmdə məlumatların almazda saxlamağın yolunu tapıblar

10:49
01 Dekabr

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

10:08
01 Dekabr

Dünyanı bürüyən mərəz 

08:50
01 Dekabr

Dənizkənarı Milli Park - milli mədəniyyətimizin ən qiymətli parçasından biri

08:45
01 Dekabr

SES ən sərfəli alternativ enerji mənbəyidir

08:40
01 Dekabr

Gəncədə keçirilən əmək yarmarkasında 300-ə yaxın vakansiya təqdim olunub

08:35
01 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!