17 İyun 2017 06:06
82
CƏMİYYƏT
A- A+
Kolumbiyanın xarici işlər naziri Şəki və Zaqataladan zəngin təəssüratlarla ayrılıb

Kolumbiyanın xarici işlər naziri Şəki və Zaqataladan zəngin təəssüratlarla ayrılıb

Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Azərbaycana səfəri çərçivəsində iyunun 17-də respublikamızın şimal-qərb bölgəsində olub.

AZƏRTAC xəbər verir ki, kolumbiyalı qonaq və onu müşayiət edən şəxslər günün birinci yarısında qədim Şəkinin görməli yerlərini gəzib, tarixi məkanları ilə tanış olublar. Xanım Mariya Anxela Olqinin Şəki ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlayıb. Qonağın diqqətinə çatdırılıb ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən abidə erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir.

Sonra qonaqlar “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı bildirilib ki, ən qədim yaşayış və mədəniyyət məskənlərimizdən olan Şəkinin 2700 ildən çox yaşı var. Bu qədim diyar həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və memarlıq abidəsi var. Festivallar şəhəri kimi tanınan Şəkidə hər il beynəlxalq səviyyəli bir neçə festival keçirilir. 2016-cı ildə Şəki şəhəri TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Məlumat verilib ki, Şərq memarlığının nadir incisi hesab olunan, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarix-memarlıq abidəsi olan Şəki xanlarının sarayı xalqımıza xas olan yüksək mədəniyyətin, böyük inkişaf yolu keçmiş xalq tətbiqi sənətinin nümunəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.

Qonaqlar sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr ediblər.

Qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda abidə mehmanxana kimi fəaliyyət göstərir.

Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra xanım Mariya Anxela Olqin Zaqatala rayonuna yola düşüb.

Zaqatala rayonunun Əliabad qəsəbəsinin ərazisində yerləşən fındıq emalı zavodu ilə tanışlıq zamanı qonağın diqqətinə çatdırılıb ki, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikada ildə təqribən 35 min ton fındıq istehsal olunur. Azərbaycan, həm də dünyada dördüncü fındıq ixracatçısıdır. Ümumilikdə, ötən il Azərbaycandan 25-ə yaxın xarici ölkəyə 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Hazırda Azərbaycanda fındıqçılıq sahəsində yüz minə yaxın insanı birləşdirən 30 minə yaxın ailə-fermer təsərrüfatı çalışır. Dövlət tərəfindən bu gəlirli sahənin inkişafına çox böyük dəstək göstərilir.

Qəsəbənin ərazisində yerləşən fındıq bağları ilə tanışlıq zamanı bildirilib ki, fındıqçılıq Zaqatala rayonunun iqtisadiyyatında mühüm rol oynayır və kənd əhalisinin əsas gəlir mənbələrindən biridir. Rayonda fındıqçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son bir neçə ildə rayon ərazisində 6,8 min hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda Zaqatala rayonunda fındıq bağlarının ümumi sahəsi 16,4 min hektar təşkil edir. 2016-cı ildə fındıq bağlarından 9 min tona yaxın məhsul tədarük olunub. Ötən il fındıq ləpəsinin ixracından 91,1 milyon manat gəlir əldə edilib.

Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Şəki və Zaqatalaya səfərindən məmnun qaldığını, bölgədən zəngin təəssüratlarla ayrıldığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!