Kimlərə oruc tutmaq tövsiyə olunmur?
Ramazan ayında oruc tutmağın orqanizm, xüsusilə də həzm sistemi üçün çox böyük faydaları var. Dünyanın ən aparıcı elmi araşdırmaları da bunu təsdiq edir. Oruc tutan zaman bədəndə bərpa prosesi gedir. İnsan orqanizminin hüceyrələri yenilənir, orqanizm daha uzunömürlü olur.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin instaqram səhifəsində “Bayram günlərində düzgün qidalanma” mövzusunda canlı yayımda deyib.
Qastroenteroloq bildirib ki, oruc tutmağın faydaları olsa da burada müəyyən nüanslar da nəzərə alınmalıdır. Belə ki, əgər pasiyent hansısa kəskin xəstəlikdən faktiki müalicə alırsa, mədə-onikibarmaq bağırsaq xorası, qaraciyərin hepatit xəstəliyi, öd daşı xəstəliyi, pankreatit kimi xəstəliklərdən əziyyət çəkirsə, oruc tutmaq xəstəliklərinin daha da kəskinləşməsinə gətirəcək. Bəzi qrup insanlar var ki, onlara oruc tutmaq qətiyyən tövsiyə olunmur. Onlar hamilə qadınlar, südverən analar, onkoloji pasiyentlər, diabetli xəstələr, ürək damar xəstəliyindən əziyyət çəkənlər, aşağı təzyiqi olan insanlardır.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən martın 23-ü Ramazan ayının ilk günüdür.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulmasına 17 milyon mana...
04 Dekabr
Bu ilin on ayında Rusiyadan Türkiyəyə turist axını 26 faiz artıb
04 Dekabr
ÜST: İqlim dəyişmələri ilə bağlı səbəblər ucbatından hər il 250 min nəfər dünyasını dəyişəcək...
04 Dekabr
Nazir: Qızılca ilə bağlı hazırkı rəqəmlər pandemiya təhlükəsinin olmadığını göstərir...
04 Dekabr
Zəlzələ ilə bağlı Türkiyənin bütün əlaqədar qurumları səfərbər edilib
04 Dekabr
Mərmərə dənizində zəlzələ olub
04 Dekabr
Bakıda Cənubi Qafqazda mina probleminə həsr olunmuş dəyirmi masa keçirilir
04 Dekabr
Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib...
04 Dekabr
Rəsədxana: Geomaqnit qasırğası gözlənilir
04 Dekabr
Monitorinq Mərkəzinin rəsmisi: Saytlarda 1371 orfoqrafik səhv qeydə alınıb
04 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!