25 Aprel 2025 08:45
678
Mədəniyyət
A- A+
Keşməkeşlər içində keçən ömür...

Keşməkeşlər içində keçən ömür...


Görkəmli alim, şair Mikayıl Rəfilinin 120 illik yubileyi tamam olur


Ömrünün qışını - qocalığını görmədən, əlli üç yaşında vəfat etmişdi yazıçı, şair, tənqidçi, ədəbiyyat nəzəriyyəçisi, tərcüməçi Mikayıl Rəfili. Dünyadan gedişi ilə yaşıdlarına ölümün çox da uzaqda olmadığını xatırlatmışdı. Onun vaxtsız ölüm xəbərindən duyduğu kədəri dostu, türkiyəli şair Nazim Hikmət bu misralarla ifadə etmişdi:

Nəslimin yarpaq tökümü başlandı.

Çoxumuz qışa qalmayacayıq...

Dəliyə döndüm, Rəfili

Ölüm xəbərini alanda.

...Düşünürəm, məndən çox sonra öləcək,

dalımca bir məqalə də yazacaq,

Ya da bir şeir:

"Nazimlə Moskvada 24-də tanış olduq".

Mikayıl Rəfili 1905-ci il aprelin 25-də keçmiş Gəncə (o zamanlar Yelizavetpol adlandırılırdı) quberniyasının Goranboy nahiyəsinin Borsunlu kəndində varlı ailədə dünyaya gəldi. İbtidai təhsilini Borsunlu kəndində aldı. Sonra Yelizavetpol Klassik Gimnaziyasında oxudu. Bədii yaradıcılığa da həmin illərdə başladı. "Mikayıl Rəfizadə" imzası ilə 1919-cu ildə "Əfkari-Mütəəllimin" jurnalında "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi işıq üzü gördü.

1920-ci ildə sovet hökuməti Azərbaycanda hakimiyyəti ələ keçirdi. Yeni hökumətin ilk vaxtlarında Mikayıl Rəfili Borsunlu kəndində müəllim və məktəb müdiri işlədi. Kəndin mədəni həyatında fəallıq göstərən gənc komsomol sıralarına qəbul edildi. Müxtəlif mövzulu yazılarla "Rosta" qəzetində çıxış etdi.

Bir müddət sonra Bakıya gəldi, həm ali təhsil aldı, həm də əmək fəaliyyətini davam etdirdi. Azərbaycan Politexnik İnstitutunda (hazırda Azərbaycan Texniki Universiteti) oxudu. O həm də Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi oldu. 1926-1927-ci illərdə "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işlədi. Ədəbiyyat vurğunu, bədii yaradıcılıqla məşğul olan gənc böyük həvəslə əsərlər yazdı.

Təhsilini davam etdirmək istəyi onu 1927-ci ildə SSRİ-nin paytaxtına apardı. Moskva Dövlət Universitetinə qəbul oldu. Universitetdə təhsil alarkən Kremldə qanunların Azərbaycan mətnlərinin redaktorluğunu etdi. 

Mikayıl Rəfili Bakıda Azərbaycan Dövlət Nəşriyyatında bədii şöbənin müdiri vəzifəsində işlədiyi vaxtlarda Azərbaycan Proletar Yazıçıları Birliyində də (indiki Azərbaycan Yazıçılar Birliyi) fəal çalışdı. O, 1929-cu ildə Moskvaya I Ümumittifaq Proletar Yazıçılarının Qurultayına nümayəndə seçildi. 

Əmək fəaliyyətinə müəllimliklə başlamışdı. Pedaqoji fəaliyyətini sonrakı illərdə də davam etdirdi. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda 1930-1935-ci illərdə Rus ədəbiyyatı kafedrasında müəllim, sonra dosent işləməklə yanaşı, "Bakinskiy raboçi" qəzeti redaksiyasında Mədəniyyət şöbəsinin müdir müavini işlədi. SSRİ yazıçılarının təşkilat komitəsinin, eyni zamanda "Hücum" və "Qabaqcıl" ("Udarnik") jurnalları redaksiya heyətinin üzvü oldu. Maksim Qorki, Vladimir Mayakovski və Aleksandr Serafimoviç haqqında monoqrafiyalar, "Sevastopol" və "Leninqrad" poemalarını qələmə aldı. 

Yaradıcılığa şeirlə başlayan Mikayıl Rəfili əvvəlcə daha çox şair kimi tanındı. 1929-cu ildən 1939-cu ilədək işıq üzü görən "Pəncərə", "Lirik şeirlər", "Yeni tarix", "Durna", "Şəhərlərin mahnısı" şeir topluları maraqla qarşılandı, sevilə-sevilə oxundu. Filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli Mikayıl Rəfilinin 1936-cı ilədək həm şair, həm də tənqidçi-ədəbiyyatşünas kimi yaradıcılıq sahələrinin hər ikisində fəallıq göstərdiyini, sərbəst şeirin alovlu bir təbliğatçısı kimi həm özünün bu səpkidə şeirlər yazdığını, həm də bu tipli şeirin nəzəriyyəsini anladan məqalələrlə mətbuat səhifələrində çıxış etdiyini bildirir.

1920-1930-cu illərdə Azərbaycan ədəbiyyatı da mövcud olduğu ictimai-siyasi dövrün özü kimi mürəkkəb, ziddiyyətli idi. V.Yusifli xatırladır: "Rəfili o illərdə "beynəlmiləl bir ədəbiyyat yolunda mücadiləyə başlamışıq" deyir və yazırdı: "Biz üzümüzü Füzulilərə, Nəsimilərə, Axundovlara, Vaqiflərə, Hüseyn Cavidlərə deyil, Verxarnlara, Uitmenlərə, Cül Romenlərə, Mayakovskilərə doğru çevirməliyik". Əlbəttə, belə bir "mücadilə" yanlış addım idi və o dövrün hakim ideologiyasının təsirindən doğurdu.  Rəfilinin sərbəst şeirlərində də proletar inqilabının doğurduğu sevinc ifadə olunurdu".

1930-cu illərin ikinci yarısından Mikayıl Rəfilinin yaradıcılığında elmi fəaliyyət əsas yer tutdu. O, 1934-1935-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında elmi işçi oldu. "Puşkinin həyat və yaradıcılığı", "Puşkin və Azərbaycan", "M.F.Axundov" əsərlərini 1935-1937-ci illərdə yazdı. Nizami yubiley komitəsi tərkibində məsul katib kimi fəaliyyət göstərdi.

Mikayıl Rəfili 1935-1936-cı illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil aldı. "Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında" mövzusunda dissertasiya işini də orada müdafiə etdi. 

Böyük maraq, sevgi və inamla çalışan Mikayıl Rəfilini işlərinin çoxluğu heç vaxt yormadı. Çətin, təzadlı bir zəmanədə yaşayırdı. Heç nəyi unutmayan sovet hökuməti onun mülkədar oğlu olduğunu da yaddan çıxarmadı. 1930-cu illərin siyasi burulğanları Mikayıl Rəfilidən də yan keçmədi.  

1937-ci il aprelin 19-da keçirilən Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin iclasının gündəliyinə "Azərbaycan Yazıçılar İttifaqının üzvü Mikayıl Həsən oğlu Rəfilinin xuliqanlıq hərəkətləri barədə" məsələ çıxarıldı. Daşnak Levon Arustamovun məlumatı əsasında Mikayıl Rəfili Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən, Nizami adına Ədəbiyyat İnstitutundan və dərs dediyi Azərbaycan Pedaqoji İnstitutundan xaric edildi. Ünvanına amansız tənqidlər yağdırıldı, "Ədəbiyyat qəzeti"ndə onun barəsində uydurma, qərəzli ittihamlarla dolu yazılar verildi, "Kirpi" jurnalında Mikayıl Rəfili haqqında karikatura dərc edildi. Repressiyaların ölkənin kabusuna çevrildiyi bir vaxtda  şər-böhtanların hədəfində olan Mikayıl Rəfili bundan xilas oldu. Amma qardaşı Rəfi həbs edildi. Digər yaxın qohumları təqiblərə, təzyiqlərə məruz qaldılar.

Həbs olunmasa da, təhdidlər davam edirdi. Mikayıl Rəfili 1937-ci ilin payızında respublikanın ozamankı rəhbəri Mircəfər Bağırova müraciət etmək məcburiyyətində qaldı. O, rəhbərə ünvanladığı məktubunda haqsızlıqlarla üzləşdiyindən bəhs etdi. Mircəfər Bağırov məktubla tanış olduqdan sonra baxılması üçün onu Azərbaycan Yazıçılar İttifaqına göndərdi. İttifaqın cavabı Mikayıl Rəfilinin xeyrinə olmadı.

Çıxılmaz vəziyyətdə qalan Mikayıl Rəfili 1937-ci ilin dekabrında Mərkəzi Komitənin rəhbərinə ikinci məktub yazmalı oldu. Mircəfər Bağırov onu "mülkədar oğlu", "sovet yazıçıları sırasına soxulan bir cani", "əks-inqilabi təşkilatın üzvü" kimi daşqalaq olunmaqdan xilas etdi. Mikayıl Rəfili 1938-ci ilin yayında işinə bərpa olundu.

O, fəaliyyətini daha da böyük yaradıcılıq həvəsi ilə davam etdirdi. 1938-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində professor kimi çalışdı. Azərbaycan ədəbiyyatı tarixi kursunu apardı. 1944-cü ildə isə doktorluq dissertasiyası müdafiə etdi. Azərbaycanın görkəmli ədəbiyyat tarixçilərindən biri kimi tanındı. Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Abbasqulu Ağa Bakıxanov, Nəcəf bəy Vəzirov və başqa klassiklərimizin əsərlərinin tədqiqi Mikayıl Rəfilinin elmi fəaliyyətində mühüm yer tutdu. Onun XX əsr Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlər də hər zaman təqdirlə anılır.

Ancaq alimliyi şairliyini unutdurmadı. Hələ Moskvada oxuduğu illərdə tanış olduğu, dostlaşdığı şair Nazim Hikmət Mikayıl Rəfiliyə həsr etdiyi şeirində yazırdı:

Şair ola bilərdin,

Professor oldun.

Mikayıl Rəfilinin şeirləri bu gün də onun şairlik istedadını etiraf etdirir. 

Onun tərcüməçilik fəaliyyəti də uğurlu oldu. Mikayıl Rəfili Balzakın "Qorio ata", "Qobsek", "Novellalar",  Viktor Hüqonun "Gülən adam", "Paris Notrdam kilsəsi", "Səfillər", Puşkinin "Baxçasaray fontanı", "Tunc atlı", "Ərzuruma səyahət", Tolstoyun "Dirilmə" kimi ölməz əsərlərini dilimizə çevirdi. 1939-cu ildə rusca nəşr olunan "Azərbaycan poeziyası antologiyası"nın hazırlanmasında da Mikayıl Rəfilinin əməyi böyük oldu.

İkinci Dünya müharibəsi illərində radioda, Qızıl ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar etdi, "Səbuhi"nin ssenarisini, "Şirvanşah İbrahim" pyesini qələmə aldı. Xidmətlərinə görə "Şərəf nişanı" ordeni və medallarla təltif olundu.

Aprelin 25-i onun dünyaya göz açdığı gün idi. Mikayıl Rəfili 1958-ci ilin həmin günü dünyadan köçdü.

Əlli üç il bir insan ömrü üçün uzun hesab edilməsə də, o, bu zaman ərzində böyük işlər görə bildi. Çoxşaxəli yaradıcılığı ilə Azərbaycan elminə, ədəbiyyatına göstərdiyi xidmətlərlə unudulmaz oldu...


Zöhrə FƏRƏCOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!