26 Yanvar 2023 00:38
975
Oxucu məktubları
A- A+

Kəndimizin müharibə zamanı dağılmış su anbarı yenidən qurulur

 

Erməni silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində yaşadığımız sərhəd kəndi olan Hacıalılıda su sistemi sıradan çıxmış, əkin yerlərimiz susuz qalmışdı. 
Bu dəfə də dövlət köməyimizə gəlmişdi. Prezidentin sərəncamı ilə rayonumuzun Ağdam, Vahidli, Dondar Quşçu, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndləri ilə yanaşı, Hacıalılı kəndinin də su sisteminin yenidən qurulmasına başlanılmışdır. Bu günlər rayon rəhbərliyi də tikinti işlərinin gedişi ilə tanış olmaq üçün kəndimizə gəlmişdi. O, inşaat işləri ilə yaxından tanış olduqdan sonra burada quraşdırılacaq su qurğularının gücü, əhatə dairələri ilə maraqlanmışdır. İşlər bu sürətlə getsə, yeni anbar tezliklə istifadəyə veriləcək,  əkin sahələrimiz cana gələcək.
Hörmətli redaksiya! Xahiş edirik, qəzetiniz vasitəsilə bu işdə əməyi olan hər kəsə minnətdarlığımızı çatdırasınız.

Tovuz rayonunun Hacıalılı kəndinin sakinləri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video