07 Iyun 2024 09:55
2698
Oxucu məktubları
A- A+

Kəndimizdəki məktəbin təmirə ehtiyacı var 

 

Son illər yaşadığımız kənddə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, eləcə də infrastrukturun yenilənməsi sakinlərin həyat şəraitinə müsbət təsir göstərmişdir. İndi demək olar ki, kənddə elə bir problem qalmamışdır. 
Bircə kənd məktəbinin təmirindən başqa. Məktəb 48 ildir ki, fəaliyyət  göstərir. Bu müddət ərzində bir dəfə də olsun təmir edilməyən təhsil ocağı tamamilə qəzalı vəziyyətə düşmüşdür.  Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, nəticəsi olmayıb. Elə bir vəziyyət yaranmışdır ki, artıq uşaqlarımızı məktəbə aparmaqdan çəkinirik. 
Hörmətli redaksiya! Bəlkə siz bizə köməklik edəsiniz. Əlaqədar təşkilatların nəzərinə çatdırasınız ki, gələcəyin qurucuları olan  məktəblilər qorxu içərisində deyil, müasir tələblərə cavab verən məktəbdə təhsil alsınlar.

Elnarə MƏMMƏDOVA,
Tovuz rayonunun Bayramlı kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video