Kəndimiz infrastrukturuna görə şəhərdən geri qalmır
Əmək veteranıyam. 40 ildən artıq Tərtər poçt şöbəsində işləmişəm. Ailəmizin təsərrüfatla da həmişə əlaqəsi olub. Sovetlər vaxtı bizim Seydimli kəndində Nəriman Nərimanov adına kolxoz fəaliyyət göstərirdi. Rayonda ən qabaqcıl təsərrüfatlardan biri idi. Pambıqçılıqda yarış cədvəlində adımız həmişə birinci olurdu.
İndi həyatımız dəyişib, nə kolxoz var, nə də sovxoz. Kəndimizin torpaqları camaat arasında bölünüb. Ailəmiz hər il pay torpağından yaxşı qazanc əldə edir. Kəndimizin infrastrukturu da yaxşılaşıb. Elektrik enerjisi, qaz və su sarıdan korluğumuz yoxdur, yollarımız abad və rahatdır. Kənddə müasir məktəb binası var. Bir neçə il əvvəl isə Seydimli kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. Hicran Hüseynovanın rəhbərliyi altında burada mehriban və qayğıkeş kollektiv çalışır. Hətta qonşu kəndlərdən də bura övladlarını gətirən valideynlər var. Nəvəm Hüseyn də bu bağçada tərbiyə alır.
Əmək veteranı kimi hər il dövlət tərəfindən verilən göndəriş əsasında Azərbaycanın səfalı yerlərində istirahət edirəm. Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm: 30 ildən artıq bir müddətdə Seydimli cəbhəyanı kənd kimi daim təhlükə altında yaşayırdı. Qələbəmizdən sonra insanlar rahat nəfəs alırlar. Mən bu yaşımda bundan böyük xoşbəxtlik bilmirəm.
Zaməddin İMANOV,
Tərtər rayonunun Seydimli kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətlən...
26 Aprel
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
26 Aprel
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq...
26 Aprel
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
26 Aprel
Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töh...
26 Aprel
Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb
26 Aprel
Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib...
26 Aprel
Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü b...
26 Aprel
Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir
26 Aprel
Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır...
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!