13 İyun 2024 08:55
909
İQTİSADİYYAT
A- A+
Kəhrizlər həm təmiz və etibarlı su mənbəyi, həm də tariximizdir

Kəhrizlər həm təmiz və etibarlı su mənbəyi, həm də tariximizdir

 

Alimlər sübut ediblər ki, kəhriz suyu ilə suvarılan torpağın məhsuldarlığı daha yüksək olur

 

Azərbaycanda kəhrizqazma mədəniyyəti xeyli qədimdir. Tarixi məxəzlərdə Assuri padşahı II Sarqonun əsgərlərinin miladdan 795 il öncə Urmiya ətrafında kəhrizləri dağıtması haqqında söhbət açılır. 
1938-ci ildə Gəncə şəhərindən cənubda Şəmkir çayı vadisində işləmiş arxeoloq Yakob Hümmel kəhriz qalıqları aşkarlamışdı ki, onların da eradan əvvəl birinci əsrə aid olduğu sübuta yetirilib. Eramızın başlanğıcında inşa edilmiş kəhrizlərə Qəbələdə də rast gəlinir.  
Statistikaya görə, 1938-ci ildə respublikamızda 885 kəhriz (ümumi sayı 1500-dən çox) rəsmi qeydiyyata alınıb. Onların su sərfi saniyədə 13,354 kubmetr olub. Bu isə il ərzində 419,42 milyon kubmetr su demək idi. Maraqlı fakt odur ki, ildə təxminən bir milyard kubmetrə qədər su verən kəhrizlər Kür və Arazdan sonra üçüncü hövzə sayılır. Lakin indi istifadə edilən kəhriz suyunun həcmi o dövrdəkinin 20-25 faizini təşkil edir. 2002-ci ilin avqust ayında Vayxır su anbarının tikintisi ilə əlaqədar Naxçıvanda keçirilən müşavirədə Heydər Əliyev kəhrizlərin qorunmasının vacibliyini bildirmişdi. Onun tövsiyəsi ilə muxtar respublikada Kəhrizlər idarəsi yaradılmış, 300-dən çox su quyusu bərpa edilmişdir. 
Ölkəmizin demək olar hər guşəsində rastlaşdığımız bu sistemlər həm həvəskarlar, həm də peşəkarlar tərəfindən iki formada - quyu və tunel şəklində ərsəyə gətirilir. Zaqatalanın Muğanlı kəndində yaşayan Loğman kişi öz bağında sadə bir quyu qazmışdı və uzun illər bostan və ağaclarını bu quyunun suyu ilə sulayırdı. Üstünü üç-dörd köhnə taxta ilə bağlayırdı ki, içinə zir-zibil, adam, heyvan düşməsin. Gəncədə, Naxçıvanda, Qarabağdakı kəhrizlərdə isə bu sahə üzrə mütəxəssislərin - kankanların əl işi və əmək alətlərinin izləri var. Tunel kəhrizlər quyulardan fərqli olaraq üfüqi istiqamətdə qazılır. Bu üsulda yeraltı axınlar tapılmasa belə, səthin tərləməsi ilə su ehtiyatı toplanır. Məsələn, Güllü dağın cənub ətəyindəki Şəki yaylaqlarında, rayon mərkəzindən 42 km məsafədə yerləşən Şirinbulaq kəndində bunun iki nümunəsi var - biri içmək, digəri kənd təsərrüfatında istifadə üçündür. Təxminən 50 metr uzunluğunda tunellər üzərində 5 yerdən göz qoyulub. Divarların rütubətlənməsi nəticəsində süzülən damcılar çökəkdə göllənir. Sakinlərin sözlərinə görə, əcdadları 150 il həmin mənbələrdən bəhrələniblər. Sonra subartezianlar qazılıb. 
Şimal-qərb bölgəsinin digər rayonları - Balakən, Qax, Oğuz, Ağsu, İsmayıllıda da müxtəlif ölçülü və formalı kəhrizlər var. 1830-cu ildə tikilmiş Zaqatala qalasının aşağı hissəsində hərbi qarnizonun su təminatı üçün düzəldilmiş böyük yeraltı otağı yəqin ki, turistlər görüblər. Elə indinin özündə belə, yayın bürküsündə həmin zirzəmiyə enən şəxs kondensasiya zəminində divarboyu süzülən damlalardan islana və aşağı temperaturdan üşüyə bilər.
XI-XII əsrlərdə Bakı əhalisini təmin edən kəhriz sistemi və su kəməri mövcud idi. Çəmbərəkənddə qazılan kəhrizlərin suyu şimal-qərbdən cənub-şərqə doğru həmin kəmərlə İçərişəhərə gəlirdi. Bununla yanaşı, Bakının yuxarı ərazisində - indiki Niyazi küçəsi ərazisində ovdan yaradılmışdı. Şahkəmər adlanan xətt indiki Bakı Şəhər İcra Hakimiyyətinin binası yaxınlığından qalaya daxil olur və Şirvanşahlar sarayı yerləşən məntəqədə əhalini su ilə təmin edirdi. 
Balakənli Məmməd kişi 70 illik ömrünün xeyli hissəsini kankanlıqla məşğul olub. Deyir ki, bu sənət ona böyüklərindən qalıb. Babası Sədrəddin kişi keçən əsrin əvvəllərində Nardaranda, Maştağada, Bilgəhdə ovdan qazan iranlılarla tanış olub və təbrizli, ərdəbilli ustaların yanında şəyirdliklə, fəhləliklə peşənin sirlərini öyrənib, sonra övladlarına, nəvələrinə öyrədib. Son 20-30 ildə kəhriz inşasına meylin azalmasından şikayətlənən ağsaqqal deyir ki, əvvəl torpağa 10-12 metrlik dəmir boru ilə "kaçka" bulaqlar vuruldu, sonra ona elektrik nasosları qoyuldu, daha sonra subartezian quyuları qazıldı: "Amma gəlin unutmayaq ki, əvvəla, hər yerdə elektrik energisi yoxdur, ikincisi, yüksək təzyiqlə çıxarılan sularda vitaminlər tamamilə ölür, üçüncüsü, hasilat xərci çox olur və s. Kəhizlər isə həm orqanizmə faydalı, həm cibə ziyansız, ən əsası da etibarlı su mənbələridir".   
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı" layihəsi əhəmiyyətli tədbirlər sırasındadır. Layihə çərçivəsində Ağdam rayonunda istifadəyə verilən ilk kəhriz 24 saat fasiləsiz çalışır, su sərfi saniyədə 27 litrə bərabərdir. Bu da 214 ailənin içməli su, 75 ailə və 90 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı deməkdir. Dördillik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su verəcək. 2023-cü ildə Cəbrayılın Horovlu kəndində də tikinti-quruculuq işləri başlayıb. İşğaldan öncə rayondakı 100-dən çox kəhriz erməni vandalları tərəfndən dağıdılıb. Bərdə, Goranboy, Samux, Şəmkir, Tərtər, Tovuz və başqa rayonlarda əhalinin su resurslarına çıxış imkanını yaxşılaşdırmaq üçün 20-dən artıq kəhrizin bərpası planlaşdırılır.
Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev deyir ki, son dövrlərdəki araşdırmalar kəhriz suyu ilə suvarılan torpaqların məhsuldarlığının daha artıq olduğunu göstərir. Həmin sularda qida elementləri xeyli çoxdur. Kəhrizlər ekoloji cəhətdən təmiz, etibarlı su mənbələri olmaqla yanaşı, həm də tarixi abidələrdir: "Kəhriz sistemlərinin strateji əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatına alınması və mühafizəsinin təşkili zəruridir. Kəhrizlər və üzərində inşa olunmuş abidələr qədim memarlıq nümunələri kimi qorunmalıdır. Onların bərpasında yeni texnologiyaların tətbiqinin mümkünlüyü də istisna deyil. Bu sahədə kadr hazırlığına da diqqət yetirilməli, kankanların peşəkarlıq səviyyəsi artırılmalıdır".

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərkosmos” Dubayda keçirilən sərgidə Heydər Əliyev Mərkəzi üslubunda stendlə təmsil olunur

17:06
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:04
13 May

Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər

17:02
13 May

“Almaniya Krallığı” təşkilatı qadağan edilib

16:58
13 May

Baş prokuror Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib

16:41
13 May

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir YENİLƏNİB

16:38
13 May

“Türkiye” qəzeti: Fransa Şərqi Aralıq dənizində Türkiyənin mövcudluğunu təhdid edir

16:27
13 May

DİN: Bank əməkdaşı zəng edib, vətəndaşdan kartın məxfi şifrələrini istəmir

15:51
13 May

“AzerGold” tərəfindən Azərbaycanda ilk dəfə geoloji kəşfiyyat informasiya sistemi yaradılıb

15:40
13 May

Qazaxıstan Xəzərin dayazlaşması ilə bağlı Rusiya və Azərbaycanla danışıqlar aparır

15:36
13 May

Gürcüstanın Baş naziri ABŞ Prezidentinə açıq məktubla müraciət edib

15:04
13 May

Bakıda mozaikaların bərpası davam edir

14:57
13 May

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

14:55
13 May

Ukrayna Putinlə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilər

14:53
13 May

Çin “Boeing” təyyarələrinin alınmasına qoyulan qadağanı aradan qaldırıb

14:51
13 May

Türkiyəli ekspert: Ermənistan regionda etimad mühiti yaradılması addımından uzaqdır

14:47
13 May

Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

14:45
13 May

Cari ildə əsas kapitala 5 milyarddan çox vəsait yönəldilib

13:45
13 May

Altmış nəfərə qarşı dələduzluq edən turizm şirkətinin qadın rəhbəri həbs olunub

13:43
13 May

Sabahın hava proqnozu açıqlanıb

13:41
13 May

AÇG və “Şahdəniz” yatağından hasil edilən neftin mütləq əksəriyyəti ixrac edilib

13:26
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!