13 İyun 2014 08:06
496
DÜNYA
A- A+
İran xüsusi təyinatlılarını qonşu İraqa göndərdi

İran xüsusi təyinatlılarını qonşu İraqa göndərdi

İran İnqilabi Qvardiyasının tərkibinə daxil olan “əl-Qüds” elit xüsusi təyinatlı dəstəsinin 3 taboru “İraq və Şam İslam Dövləti” (İŞİD) sünni qruplaşmasının yaraqlılarına qarşı döyüşlərdə iştirak etmək üçün İraqa göndərilmişdir. Məlumata görə, taborlardan biri İraq ordusu ilə birlikdə  Tikrit şəhərini terrorçulardan qismən azad etmişdir. Digər iki tabor isə paytaxt Bağdadın, habelə müqəddəs Kərbəla və Nəcəf şəhərlərinin müdafiəsi üçün vuruşacaq. Bu barədə “The Wall Street Journal Europe” qəzeti xəbər verir.

“Əl-Qüds”ün komandanı briqada generalı Qasım Süleymaninin də İraqda olduğu bildirilir.

İran Prezidenti Həsən Ruhani milli televiziya ilə müraciətində İŞİD-i “xüsusi qəddarlıqla seçilən terrorçu qruplaşma” kimi qələmə vermişdir. O bildirmişdir ki, İran hökuməti həm regionda, həm də bütün dünyada ekstremizmə qarşı mübarizə aparacaq.

Bu arada BBC-nin verdiyi xəbərə əsasən, İŞİD dəstələri  Bağdaddan 120 kilometr şimaldadırlar. Onlar ABŞ-ın İraq ordusuna verdiyi  və geri çəkilən hökumət qoşunlarının atdığı xeyli sayda silah-sursat və texnikanı ələ keçirmişlər. Dünən yaraqlılar Diyala əyalətinə hücum edərək 3 şəhəri, o cümlədən Cələvləni zəbt etmişlər. Həftənin əvvəlində isə ölkənin şimalında yerləşən ən böyük şəhər, 2 milyon əhalisi olan Mosul qruplaşmanın nəzarətinə keçirmişdir. Son məlumata görə, İŞİD yaraqlıları Bağdadın 50 kilometrliyində yerləşən Bəkubə şəhərinə çatıblar.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!