21 Iyun 2024 12:35
289
SİYASƏT
A- A+

İqor Maslov: Azərbaycan və Rusiyanın maraqlar dairəsi regional və qlobal problematikaya qədər genişlənib

 

2021-ci ildə bu ekspert platformasının yaradılması haqqında qərar çox düzgün və məhsuldar oldu. Əvvəlcədən nəzərdə tutulurdu ki, ölkələrimizin ekspertləri ikitərəfli münasibətlərin aktual məsələlərini həll edəcəklər və zənnimcə, biz bu vəzifənin öhdəsindən uğurla gəlmişik.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəhbəri İqor Maslov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının “Rusiya və Azərbaycanın regional layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlığı” mövzusunda beşinci iclasında bildirib.

İqor Maslov diqqətə çatdırıb ki, 2022-ci ildə iki ölkə arasında münasibətlər yeni səviyyəyə yüksəlib və bu səbəbdən hazırda maraqlar dairəsi regional və qlobal problematikaya qədər genişlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video