04 Fevral 2023 01:28
1892
SİYASƏT
A- A+
İlham Əliyevin enerji komandası

İlham Əliyevin enerji komandası

 

Avropa rəsmən Azərbaycanı enerji təhlükəsizliyinin əsas təminatçılarından biri elan etdi

 

Dünən Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bir daha onu göstərdi ki, Avropa Azərbaycanı öz enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olaraq qəbul edir. 
Ən əsası Avropa etiraf edir ki, "Cənub qaz dəhlizi"nin reallaşması və hazırda "yaşıl enerji" sahəsində əməkdaşlıqla bağlı atılan addımlar Prezident İlham Əliyevin müdrikliyinin, uzaqgörənliyinin, qətiyyətinin, enerji layihələrində iştirak edənləri vahid komanda şəklində birləşdirməsinin və qarşıya qoyulan vəzifələri düzgün koordinasiya etməsinin nəticəsidir.
İki ildən artıqdır ki, Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran "Cənub qaz dəhlizi"nin ərsəyə gətirilməsi ilk gündən Prezident İlham Əliyevin siyasi qətiyyətinə söykəndi. Azərbaycan Prezidenti Avropa İttifaqını, ayrı-ayrı dövlətləri, beynəlxalq maliyyə qurumlarını bu möhtəşəm layihənin ətrafında sıx səfərbər etdi, birləşdirdi. Bəzilərinə illər öncə bu layihənin reallaşması qeyri-mümkün görünürdü. Lakin İlham Əliyevin müdrikliyi və iradəsi, layihənin iştirakçılarını vahid amal ətrafında düzgün səfərbər etməsi "Cənub qaz dəhlizi"nin bütün seqmentlərinin vaxtında reallaşdırılmasını və bütövlüklə layihənin müvəffəqiyyətlə həyata vəsiqə almasını təmin etdi. Beləliklə, 3500 kilometr uzunluğu olan "Cənub qaz dəhlizi" Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan enerji infrastrukturudur.
Bu gün dərin enerji böhranı ilə üzləşmiş Avropa, əvvəldə qeyd etdiyimiz kimi, öz enerji təhlükəsizliyinin təmin olunmasında Prezident İlham Əliyevin təşəbbüslərini yüksək qiymətləndirir. 2022-ci ildə görünməmiş enerji çağırışları ilə üzləşdiklərini deyən Rumıniya Prezidenti Klaus Yohannisin "Avropa bazarına Xəzər qazının çatdırılması barədə Azərbaycan adından Prezident Əliyev tərəfindən şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin edə bildi" deməsi həm də onu göstərir ki, Avropa öz enerji təhlükəsizliyinin təmin olunmasında Prezident İlham Əliyevin rolunu etiraf edir.
Onu da qeyd edək ki, 2021-ci ildən başlayaraq "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin Məşvərət Şurasının gündəliyi dəyişib. Belə ki, o vaxta qədər əsas müzakirə olunan məsələlər "Cənub qaz dəhlizi"nin seqmentlərinin inşası ətrafında olurdusa, artıq müzakirələr əsas etibarilə təbii qaz təchizatının artırılması və enerji dəhlizlərinin şaxələndirilməsi ətrafında aparılır. Dünən Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Prezident İlham Əliyev "Cənub qaz dəhlizi" barədə danışarkən bildirdi ki, bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard, ötən il 22,6 milyard kubmetr olub. Bu il isə 24,5 milyard kubmetr olması gözlənilir. 
Qeyd edək ki, "Cənub qaz dəhlizi" çərçivəsində yaradılan Yunanıstanla Bolqarıstan arasındakı interkonnektor da bu layihənin genişləndirilməsindən xəbər verir. Bu interkonnektorun açılması Bolqarıstana təbii qazın tədarükünə başlamağa imkan verir, eyni zamanda qonşu ölkələrə qaz təchizatının genişləndirilməsini nəzərdən keçirməyə şərait yaradır.
"Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun coğrafiyasını genişləndiririk. Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik" - deyə Prezident İlham Əliyev bildirib.
Neft-qaz sektorundakı layihələri qətiyyətlə reallaşdıran Azərbaycan yaşıl və bərpaolunan enerji istehsalı istiqamətində də qarşıya konkret hədəflər qoyub və yaxın vaxtlarda ölkəmiz Avropaya həm də elektrik enerjisi ixrac edəcək.  Ötən il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Prezident İlham Əliyev qeyd edib ki, bu, bizim səylərimizin ümumu sinergiyasıdır: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq". 
Azərbaycanın quruda külək və günəş enerjisi potensialının həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ötən il 240 meqavat gücündə Külək-Elektrik Stansiyasının və 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasının təməli qoyulub. BP şirkəti ilə əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradılacaq. Dünən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair də danışıqlar aparılır.
Prezident İlham Əliyev ölkəmizin enerji potensialını düzgün realizə etməklə, qlobal səyləri birləşdirməklə beynəlxalq enerji gündəliyində Azərbaycanın mövqelərini sürətlə möhkəmləndirir, rolunu artırır. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları və bu iclaslarda söylənən fikirlər bunu bir daha təsdiqlədi.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!