28 Noyabr 2023 21:28
404
SİYASƏT
A- A+

İcma: Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını hələ də ört-basdır etməyə çalışır

 

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycan tərəfindən Ermənistanın 31 kəndinin tamamilə və ya qismən işğal edilməsi barədə absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyib.

AZƏRTAC xəbər verir ki, İcmanın bununla bağlı yaydığı açıqlamada deyilir: "İcma hesab edir ki, Ermənistan belə bir əsassız iddia ortaya atmaqla bir daha Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirmişdir. Ermənistan bununla həm də hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır.

Ermənistan rəsmiləri qayıdışla bağlı gəlişigözəl sözlər demək əvəzinə, real addım ataraq bu istiqamətdə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video