18 May 2023 15:32
625
Təhsil
A- A+
“Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə”

“Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə”

 

Bakı Slavyan Universitetində (BSU)  "Heydər Əliyev İli" çərçivəsində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı Beynəlxalq elmi konfransın “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə” adlı 15-ci bölmə iclası Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti (LDU) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə LDU-da keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
BSU-nun rektoru Anar Nağıyev, LDU-nun rektoru Natiq İbrahimov və Lənkaran-Astara Regional Təhsil İdarəsinin (LARTİ) müdiri Elxan Nəcəfovun  rəhbərliyi ilə keçirilən bölmə iclasında hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, eləcə də regional təhsil idarəsinin müəllim və əməkdaşlarının məruzə və çıxışları dinlənilib.
BSU-nun rektoru Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin zəngin irsi, dövlətçilik fəaliyyəti barədə geniş çıxış edib. XX əsrin 70-ci illərinin başlanğıcında, Sovet İttifaqının sürətlə inkişaf etdiyi dövrlərdə müdrik rəhbər Heydər Əliyevin Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmasının təkcə öz xalqına olan sevgisi deyil, həm də böyük uzaqgörənlik missiyası olduğunu xüsusi qeyd edib. Rektor LDU-da keçirilən regional konfransın əsas hədəfinin Ümummilli Liderin Azərbaycan təhsili və xüsusilə də, regionlarda bu sahənin inkişafındakı misilsiz rolunu vurğulayıb. 
BSU-nun Tədris işləri üzrə prorektoru, dosent Ənvər Abbasov, Pedaqogika və psixologiya kafedrasının müdiri,  professor Piralı Əliyev, LDU-nun “Azərbaycan dili və ədəbiyyat” kafedrasının əməkdaşı, professor Yədullla Ağazadə, Beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru, dosent Zaur Məmmədov, “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının baş  müəllimi Nahidə Cəfərova, Lənkəran-Astara Regional İdarəsinin əməkdaşları İlham Əhmədov və  İlhamə Muradova çıxış ediblər.
Elmi konfransın sonunda regional fənn olimpiadasının qalibləri, həmçinin, beynəlxalq konfransda fəal iştirak edən çıxışçılar mükafatlandırılıb.

İ.ƏLİYEVA,
“Azərbaycan” 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!