Hayastan şərtləri yerinə yetirməyə məcbur edilir
Xarici havadarlarına güvənərək ölkəmizə qarşı yenə də ərazi iddiaları qaldırmaları haylara baha başa gələ bilər
"Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıblar. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır".
Martın 18-də Tərtər rayonunun Talış kəndindən Azərbaycan xalqının Novruz bayramını təbrik edən Prezident İlham Əliyev həm də Qarabağ torpağından Hayastana və onun xarici himayədarlarına çirkin əməllərindən çəkinmələri üçün xəbərdarlıq etdi. Müzəffər Ali Baş Komandan işğalçıları məğlubiyyətə uğradaraq azad etdiyimiz Talış kəndindən bir daha qətiyyətlə bəyan etdi ki, Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.
Azərbaycan sülhün tərəfdarıdır
Azərbaycan Vətən müharibəsində Hayastanı məğlub edərək torpaqlarının az qala 30 illik işğalına son qoyaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni özü icra edib.
Vətən müharibəsinə qədər ötən otuz il ərzində Azərbaycan işğalla bağlı reallıqları bütün beynəlxalq təşkilatlara çatdırmış, eyni zamanda məsələnin sülh yolu ilə həllinə çalışmışdı. Amma heç bir beynəlxalq qurum Hayastana Azərbaycan torpaqlarının işğalından əl çəkməsi ilə bağlı hansısa təzyiq göstərmədi. Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər də üç onillik ərzində yalnız məsələni dondurmaq üçün səy göstəriblər. Buna görə də Azərbaycan Qarabağ münaqişəsini hərb meydanında həll edərək ədaləti güc yolu ilə təmin etdi.
Eyni zamanda ölkəmiz döyüş meydanında qalib tərəf olmasına baxmayaraq, yüksək humanizm nümayiş etdirərək qarşı tərəfə təkmil sülh modeli təklif edib. Azərbaycanın sülh razılaşması üçün irəli sürdüyü ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi isə həm də Hayastanın özünü sürüklədiyi uçurumdan, fəlakətdən xilas olması kimi dəyərləndirilə bilər.
Bakı bölgədə davamlı sülhə nail olunması üçün konstruktivlik göstərərək 10 noyabr üçtərəfli Bəyanatı ilə üzərinə götürdüyü bütün öhdəliklərini layiqincə və vaxtından əvvəl yerinə yetirib. Laçın yolunun deyiləndən daha qısa müddət ərzində tikilib istifadəyə verilməsi buna bariz nümunədir.
Lakin 44 günlük müharibənin üzərindən keçən iki il yarımlıq vaxt ərzində Hayastanın heç də sülh bağlamaq niyyətində olmadığını, əksinə, torpaqlarımıza qarşı yenidən işğal siyasəti yürütmək kimi çirkin iştahaya düşdüyünü müşahidə edirik. Müharibədəki biabırçı məğlubiyyətindən dərs çıxarmayan Hayastanın ölkəmizə qarşı davamlı təcavüz aktları və təxribatlar törətməsinin şahidi oluruq.
Xüsusilə də Fransa və İran kimi riyakar himayədarlarına olan güvən, eləcə də ölkəmizin icazəsi olmadan Avropa İttifaqının məramı sülh olmayan missiyasının sərhədimizə gəlişi Hayastanı sülhə xələl gətirəcək təxribatlara, revanşa cürətləndirir.
Elə bu ay ərzində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Hayastanın törətdiyi növbəti təxribatları da bunun əyani göstəricisidir.
Belə ki, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu yolunda, ayın 20-də isə Zəngilan rayonu istiqamətində Hayastanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması rəsmi İrəvanın sülhə qəsdən əngəl olmaq üçün təxribatlar törətdiyini təsdiqləyir.
Ümumiyyətlə, Hayastan iki ildən çox zaman ötməsinə baxmayaraq, hələ də 10 noyabr üçtərəfli Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.
Erməni silahlı qüvvələrinin qalıqları hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədilib. Hayastan Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə edib.
Lakin ötən il dekabrın 12-dən azərbaycanlı ekofəalların Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda sərvətlərimizin qeyri-qanuni istismarına qarşı Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiya Hayastanın təxribat əməllərinin də yolunu kəsib.
Qeyri-qanuni fəaliyyətin qarşısı alınıb
"Qozbeli qəbir düzəldər" deyiblər, erməni xislətini də dəyişdirmək mümkün deyil və onlar necə olur-olsun öz çirkin əməllərini hansısa bir yol tapıb törətməyə çalışırlar. Belə ki, bölgəyə gəlmiş Avropa İttifaqının "sülhməramlı" missiyasının varlığından daha da cuşa gələn haylar son dövrlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Hayastan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdiriblər. Son bir neçə gündə isə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, martın 25-də Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçiriblər.
Hayastanın törətdiyi bu hərbi cinayət əməlləri Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin vacibliyini bir daha sübut edir.
Hayların ölkəmizə qarşı həyata keçirdiyi bütün bu təxribat əməlləri Rusiya sülhməramlılarının gözləri qarşısında həyata keçirilib və onlar tərəfindən bu təxribatların qarşısının alınması üçün heç bir addım atılmayıb...
Görünən odur ki, Hayastan Azərbaycana qarşı işğalçılıq siyasətini hələ də davam etdirir və heç bir vəchlə sülh bağlamaq niyyətində deyil. Həmçinin də təcavüzkar Hayastana havadarlıq edən qüvvələr Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı deyillər.
Amma Azərbaycan necə ki Vətən müharibəsində öz torpaqlarını güc yolu ilə cəmi 44 günə işğaldan azad etdi, postmüharibə dövründə də öz milli maraqlarını qətiyyətlə təmin edir. İstər sülh, istərsə də yenidən güc yolu ilə.
Qarabağda, Talış kəndində bayram tonqalı alovlandıraraq bu torpaqların əbədi sahiblərinin qayıtdığı mesajını dünyaya çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev deyir: "İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!"
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Azərişıq" ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini ye...
31 May
Hökumə Billuri (Həkimə İbrahim qızı Billuri) "Xalq Əmanəti" layihəsinin 23-cü nəşrində
31 May
Azercell abunəçilərinin nəzərinə
31 May
Azərbaycan Respublikası 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib
30 May
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
30 May
İyunun 3-ü gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək
30 May
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Mədəniyyət Nazirliyində olub...
30 May
Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib...
30 May
Avropa İttifaqı Şurasının nümayəndə heyəti Milli Məclisdə olub
30 May
Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihdən
30 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!