24 Sentyabr 2023 02:25
668
DÜNYA
A- A+
Hayastan polisi aksiyaçılarla qeyri-insani davranır

Hayastan polisi aksiyaçılarla qeyri-insani davranır

 

Paşinyan güc strukturlarını mükafatlandıracaq

 

Hayastanda narazılıq və qarşıdurmanın artması, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin daha da kəskinləşməsi müşahidə olunur. Keçmiş hərbi xunta təmsilçilərinin İrəvanda keçirdiyi etiraz aksiyaları bir neçə gündür ki, davam edir. Hər ötən gün isə aksiyalar istər iştirakçıların sayı, istərsə də miqyası baxımından genişlənir. Hətta vəziyyət o həddə çatıb ki, Paşinyan hökumət binasına gedən zaman etirazçılar binanı ələ keçirmək planları qurmağa başlayıblar.

Müxalifət tərəfdarları şəhərin bir çox körpü və yollarını betonqarışdıran maşınlarla bağlayıblar. Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub. Etirazçılar "Nikolsuz Hayastan" şüarı səsləndirirlər. Polislə etirazçılar arasında  toqquşma baş verir.

"Hraparak" nəşri yazıb ki, hakim Vətəndaş Müqaviləsi Partiyası nümayişlərin bir neçə günə yatırılacağına şübhə etmir, çünki Nikol Paşinyan daxili işlər naziri Vahe Qazaryana ən sərt vasitələrlə ictimai üsyanları yatırtmaq üçün ciddi göstəriş verib. Müəllif vurğulayıb ki, dünən də, ötən günlərdə də insanlar polisin vəhşiliklərinin şahidi olublar: "Bir neçə gündür ki, hakimiyyətin təhriki ilə Rusiya səfirliyi yaxınlığında aksiyaların keçirilməsi də hökumət mətbuatında dayanmadan işıqlandırılır".

O da qeyd olunur ki, polislərin, xüsusən də qırmızı-qara beretlilərin dinc etirazçılara qarşı göstərdiyi qeyri-insani, heyvani vəhşiliyi görməmək mümkün deyil. Polisin nümayəndələri İrəvanda revanşistlərə qarşı qeyri-insani davranırlar:  "Silahsız, dinc etiraz və itaətsizlik aksiyası keçirən erməni xalqına, qadın və qızlara, gənclərə, qocalara qarşı belə vəhşiliyi heç cür əsaslandırmaq olmaz. Yəqin ki, Nikol Paşinyan polislərə ikiqat və ya üçqat bonus vəd edib. Başqa səbəblər də mümkündür".

Vurğulanır  ki, müxalifətin başlatdığı etiraz aksiyaları bir aya kimi davam edərsə, bu, Paşinyan üçün ciddi problemlər yarada bilər. Diqqət ona yönəlir  ki, məhz baş nazirin son 5 il ərzində hakimiyyəti təkcə Qarabağ müharibəsindəki  məğlubiyyətlə bitmir, o, Hayastan üçün həm iqtisadi, həm enerji, həm də nəqliyyat  baxımından təhdid vəziyyəti yaradıb. Digər tərəfdən, Hayastandan əhalinin köç prosesi yeni mərhələyə daxil olub. Qeyd edilir ki, vaxtilə Hayastandan  əhali ədədi silsilə ilə baş götürüb qaçırdısa, indi artıq həndəsi silsilə ilə ölkəni tərk edirlər. 

Bütün bunlara baxmayaraq, görünən odur ki, yaranmış vəziyyətdə Paşinyan hakimiyyətdə yerini daha da möhkəmlətmək üçün bütün addımları atır. Əslində, bu da ölkənin tənəzzülünü sürətləndirir.  Bu, Hayastanın durumunu daha da ağırlaşdıracaq. Elə ictimaiyyət də məhz bundan narazıdır. Belə vəziyyətdə ölkədə hakimiyyətlə xalq arasında uçurumun daha da dərinləşməsi gözlənilir. Beləliklə, Hayastan növbəti vətəndaş qarşıdurmasına sürüklənir.

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!