22 Oktyabr 2021 00:19
4049
Oxucu məktubları
A- A+
“Haqqınız ödənilib, yaxşı yol sizə!”

“Haqqınız ödənilib, yaxşı yol sizə!”

 

Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks-əməliyyatlara başlamasına səbəb oldu. 44 gün davam edən və tariximizə Vətən müharibəsi kimi həkk olunan bu savaş Azərbaycan ictimaiyyətinin torpaqlarımızın azad olunması ilə bağlı gözləntilərini reallığa çevirdi.

Cəbhənin elə bir istiqaməti olmadı ki, qoşunlarımız hücumda ləngisinlər. Elə bir cəbhə xətti olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın. Noyabrın 10-da rəsmiləşən tariximizin şanlı zəfərini Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq, bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar. Onlar döyüş meydanlarında böyük rəşadət və şücaət, misilsiz qəhrəmanlıq göstərdilər. Eyni zamanda Vətən müharibəsi göstərdi ki, xalqımız onu ümdə arzularına qovuşduran rəhbərinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu.

 Dövlət-Ordu-Xalq birliyi savaşda qələbəmizin təmin edilməsində, itirilmiş torpaqlarımızın işğaldan azad olunmasında həlledici rol oynadı. Vətən müharibəsinin başlandığı ilk günlərdən xalqımız, ayrı-ayrı vətəndaşlarımız, xeyirxah insanlar ordumuza, zabit və əsgərlərimizə dəstəklərini nümayiş etdirməklə, onlardan maddi kömək və qayğılarını əsirgəmədilər. Belə xeyirxah insanlardan biri də Hacıqabul şəhər sakini hacı İltifat Bəşirovdur. Çalışdığı “Qədir Xum” iaşə müəssisəsinin müdiri olaraq Hacı İltifat Bəşirov Vətən müharibəsinin başlandığı ilk günlərdən etibarən ordumuzun əsgərlərinə, zabitlərinə maddi və mənəvi kömək göstərməyə başlayıb. Hacıqabul şəhər sakinləri onun xeyirxahlığından, xüsusən 44 günlük Vətən müharibəsi zamanı hərbçilərimizə, əsgər oğullarımıza etdiyi köməkliklər, xeyriyyəçilik əməlləri haqqında ağızdolusu danışır, onun bir nümunə olduğunu qeyd edirlər. Xalqımız üçün həyəcanlı və qürurverici olan Ali Baş Komandanımızın əmri və rəhbərliyi ilə aparılan Ordumuzun əks-hücum əməliyyatları, şiddətli döyüşlər zamanı Hacı İltifat Bəşirov işçilərinə tapşırıb ki, hərbi formada kimsə qapıdan içəri girsə, məbləğindən asılı olmayaraq - paltar, ayaqqabı, siqaret  və s. nə istəsələr verin, özünüz də bildirin: “Haqqınız ödənilib, yaxşı yol sizə!” Çox sevindirici və həqiqətən örnək göstəriləcək bir haldır ki, bu cür insanlar var. Vətənin dar günündə bu cür səxavətli və xeyriyyəçi oğulların heç də az olmadığının şahidi olduq və buna yüzlərlə misal göstərmək olar. Atalar yaxşı deyiblər ki, dünya yaxşıların çiyinlərində fırlanır. 

 

Nazim ZEYNALOV,

“Hacıqabul” qəzetinin müxbiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!