02 İyul 2026 09:00
589
Səhiyyə
A- A+
Günəş, toz, hovuz və ekranlar gözümüzün işığını alır

Günəş, toz, hovuz və ekranlar gözümüzün işığını alır


Elə isə xüsusən yayda gözlərimizi necə qoruyaq?


Yay mövsümü insanların ən çox açıq havada vaxt keçirdiyi, dəniz və hovuzlardan istifadə etdiyi, səyahətə çıxdığı dövrdür. Günəşli hava və isti günlər sağlamlıq baxımından bir çox üstünlük təqdim etsə də, bu fəsil göz sağlamlığı üçün müəyyən risklər yaradır. Güclü ultrabənövşəyi (UV) şüalar, yüksək temperatur, külək, toz, kondisionerlərin intensiv istifadəsi, hovuz və dəniz suları, eləcə də tətil dövründə telefon və planşet qarşısında keçirilən uzun saatlar gözlərdə müxtəlif problemlərin yaranmasına səbəb ola bilər. Sadə profilaktik tədbirlərə əməl etməklə bu risklərin böyük hissəsinin qarşısını almaq mümkündür.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-oftalmoloq Günay Hüseynlinin sözlərinə görə, yay aylarında həkimlərə müraciət edənlər arasında müəyyən göz xəstəlikləri olanlar daha çox üstünlük təşkil edir. Bunların sırasında ilk yerdə allergik konyunktivit dayanır. Yaz və yay aylarında havada bitki tozcuqları, polenlər və digər allergenlərin miqdarı artır. Bu maddələr gözlə təmas etdikdə allergik reaksiyalar yaranır. Nəticədə xəstələrdə gözlərdə qaşınma, sulanma, qızartı, bəzən isə göz qapaqlarında şişkinlik müşahidə edilir. Allergiyaya meyilli insanlarda bu əlamətlər daha kəskin şəkildə özünü göstərir və gündəlik həyat keyfiyyətinə mənfi təsir edir.

"Yay mövsümündə ikinci ən geniş yayılan problem quru göz sindromudur. İsti hava, külək, kondisionerlərin uzun müddət işləməsi və insanların açıq havada daha çox vaxt keçirmələri göz yaşının daha tez buxarlanmasına səbəb olur. Bu isə göz səthinin kifayət qədər nəmlənməməsi ilə nəticələnir. Quru göz sindromundan əziyyət çəkən şəxslər adətən gözlərdə yanma, göynəmə, qızartı, sanki gözün içində qum varmış kimi hiss, narahatlıq və yorğunluqdan şikayət edirlər. Xüsusilə ofis şəraitində işləyən, gün ərzində kondisionerli otaqlarda qalan və ya uzun müddət avtomobil idarə edən insanlarda bu problemə daha çox rast gəlinir", - deyə mütəxəssis qeyd edib.

Bu mövsümdə ultrabənövşəyi şüaların intensivliyi də göz sağlamlığı üçün ciddi təhlükə yaradır. Həkim bildirib ki, uzun müddət günəş altında qalmaq buynuz qişada zədələnmələrə səbəb ola bilər. Bundan başqa, uzun müddət günəşin altında qalmaq yaşlı insanlarda kataraktın inkişaf riskini artırır, tor qişanın zədələnməsi ehtimalını yüksəldir və bəzən fotokeratit adlanan günəş yanığı tipli göz zədələnməsi ilə nəticələnə bilir. Fotokeratit zamanı gözlərdə güclü ağrı, işığa qarşı həssaslıq, sulanma və görmənin müvəqqəti zəifləməsi müşahidə oluna bilər. Bu səbəbdən günəşli havalarda gözlərin qorunması yalnız rahatlıq deyil, həm də uzunmüddətli görmə sağlamlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Yay mövsümündə tez-tez rast gəlinən digər problem isə göz infeksiyalarıdır. Xüsusilə hovuz və dənizdən istifadə edən insanlarda gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif bakterial və virus mənşəli infeksiyalar inkişaf edə bilər. Belə hallarda gözlərdə irinli ifrazat, qızartı, ağrı, göynəmə və işığa qarşı həssaslıq yaranır. Oftalmoloq vurğulayıb ki, bu əlamətlər müşahidə olunduqda özbaşına dərman istifadəsinə yol vermək düzgün deyil və mütləq həkimə müraciət edilməlidir: "Bəzi insanlar yayda göz problemlərinə daha həssas hesab olunur. Bunlara ilk növbədə yaşlı insanlar daxildir. Çünki yaş artdıqca həm quru göz sindromunun, həm də kataraktın yaranma ehtimalı yüksəlir. Uşaqlar da risk qrupuna daxildirlər. Onlar gün ərzində daha çox açıq havada oynadıqları üçün ultrabənövşəyi şüalara daha uzun müddət məruz qalırlar. Bundan əlavə, göz əməliyyatı keçirmiş şəxslər, açıq havada və tozlu mühitdə çalışan insanlar, eləcə də allergiyası olan şəxslər də yay aylarında gözlərini xüsusi diqqətlə qorumalıdırlar. Kondisionerlərin intensiv istifadəsi də göz sağlamlığına təsirsiz ötüşmür. Onun yaratdığı hava axını göz yaşının daha sürətlə buxarlanmasına səbəb olur və nəticədə quruluq hissi yaranır. Süni göz yaşı damcılarından istifadə etmək, gün ərzində kifayət qədər su içmək gözlərin nəmliyinin qorunmasına kömək edir".

Gözləri günəşin zərərli təsirlərindən qorumağın ən effektiv yollarından biri düzgün gün eynəyindən istifadə etməkdir. Gün eynəyi seçərkən yalnız görünüşə deyil, keyfiyyətə də diqqət yetirilməlidir. Həkim xəbərdarlıq edib ki, tünd rəngli hər bir eynək gözü ultrabənövşəyi şüalardan qorumur. Keyfiyyətli gün eynəyinin üzərində mütləq UV400 və ya "100 faiz UVA/UVB qoruma" qeydinin olması vacibdir. Bu göstərici eynəyin zərərli ultrabənövşəyi şüaları filtrasiya etdiyini göstərir. Əks halda, sadəcə, tünd şüşəli, lakin UV filtrsiz eynəklər göz bəbəyinin genişlənməsinə səbəb olur və daha çox zərərli şüanın göz daxilinə keçməsinə şərait yaradır. Bu isə göz sağlamlığı üçün daha təhlükəli hesab olunur. Uşaqlar üçün də UV qoruyuculu gün eynəyi taxmaq vacibdir. Hətta azyaşlıların göz toxumaları ultrabənövşəyi şüalara daha həssas olduğu üçün onların qorunması xüsusi əhəmiyyət daşıyır.

Yay mövsümündə kontakt linza istifadəçiləri də xüsusilə diqqətli olmalıdırlar. Günay Hüseynlinin sözlərinə görə, hovuzda və ya dənizdə kontakt linza ilə üzmək düzgün deyil və bu, ciddi fəsadlara səbəb ola bilər. Belə ki, hovuz suyunda olan xlor göz səthini qıcıqlandırır, suda olan bakteriyalar və digər mikroorqanizmlər linzanın səthinə yapışaraq infeksiya yarada bilir. Buna görə də hovuz və ya dənizə girməzdən öncə linzaların çıxarılması, mümkün olmadıqda isə üzgüçülük eynəklərindən istifadə tövsiyə edilir. Kontakt linzaları istehsalçının tövsiyə etdiyi müddətdə dəyişmək vacibdir.

"Tətil dövründə uşaqların telefon və planşet qarşısında keçirdiyi vaxtın artması da göz sağlamlığına mənfi təsir göstərən amillərdəndir. Uzun müddət yaxın məsafəyə baxmaq göz əzələlərinin gərginləşməsinə və akkomodasiya spazmına səbəb olur. Bunun nəticəsində gözlərdə yorğunluq, qaşüstü nahiyədə ağırlıq hissi və müvəqqəti bulanıq görmə yarana bilər. Ekran qarşısında diqqətin uzun müddət bir nöqtəyə yönəlməsi gözqırpma sayını azaldır. Bu isə göz yaşının daha tez buxarlanmasına və quru göz sindromunun inkişafına şərait yaradır. Bu problemlərin qarşısını almaq üçün 

"20-20-20" qaydası tövsiyə edilir. Bu qaydaya əsasən, hər 20 dəqiqədənbir 20 saniyə ərzində təxminən 20 fut məsafədə yerləşən obyektə baxmaq lazımdır. Bu üsul göz əzələlərinin rahatlamasına və yorğunluğun azalmasına kömək edir. Bundan əlavə, gözləri tez-tez yumub-açmaq, sağa, sola, yuxarı və aşağı istiqamətdə hərəkət etdirmək, gözlə havada səkkiz rəqəmi çəkmək, həmçinin yaxın və uzaq nöqtələr arasında baxışı növbələşdirmək kimi sadə göz gimnastikası məşqləri də faydalıdır. Bu məşqlər göz əzələlərinin gərginliyini azaldır, fokuslanma qabiliyyətini yaxşılaşdırır və uzunmüddətli ekran istifadəsinin yaratdığı yorğunluğu minimuma endirir", - deyə oftalmoloq qeyd edib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Argentina millisi Kabo Verdeni məğlub edərək 1/8 finala vəsiqə qazanıb  

09:32
04 İyul

Dünya çempionatı: Misir millisi 1/8 finala vəsiqə qazanıb

09:31
04 İyul

Azərbaycanın rəqəmsal transformasiya mərhələsinin strateji yol xəritəsi  

09:29
04 İyul

Bilmək istəyirəm

08:55
04 İyul

Yayın sevimli ləzzəti nə vaxt təhlükəyə çevrilir

08:50
04 İyul

Uşaqlar və yeniyetmələr sosial şəbəkələrin təhlükəsindən kənarda qalmalıdırlar

08:45
04 İyul

UNEC Zaqatala filialı: 10 il regionun inkişafına xidmət edən ali təhsil ocağı  

08:40
04 İyul

Orta dəhlizə yalnız iqtisadi dividend gətirən deyil, həm də siyasi zəmanət qazandıran layihə kimi yanaşmaq lazımdır

08:35
04 İyul

BTC-nin tarixində növbəti mühüm hadisə

08:30
04 İyul

NATO-nun Ankara sammitindən nələr gözlənilir

08:25
04 İyul

"Avropa Komissiyası emosiyalar və saxta siyasi stereotiplərə deyil, strateji maraqlara üstünlük verir"

08:20
04 İyul

Dövləti gücləndirən, həyatı asanlaşdıran rəqəmsal idarəetmə modeli

08:15
04 İyul

Tarixi xidmətlərə və gələcəyə yönəlmiş aydın baxış

08:10
04 İyul

"Türk Dünyası Həftəsi"nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

08:05
04 İyul

ALTERNATİVSİZ LİDER

08:00
04 İyul

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:05
04 İyul

"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:04
04 İyul

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:03
04 İyul

Azercell abunəçilərinin nəzərinə

01:02
04 İyul

Çempionlar Liqası: “Sabah” iştirak ərizəsini UEFA-ya təqdim edib

22:36
03 İyul

Dünya Bankı Azərbaycanın yol sektorunda institusional islahatlara dəstəyə hazırdır

20:56
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!