14 Noyabr 2026 08:05
740
İQTİSADİYYAT
A- A+
Görülən tədbirlər "Azəri-Çıraq-Günəşli"nin ömrünü uzadır

Görülən tədbirlər "Azəri-Çıraq-Günəşli"nin ömrünü uzadır


SOCAR-ın və BP-nin birgə keçirdiyi sessiya "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasilat məsələlərinə həsr olunmuşdu. Tədbir belə adlanırdı: "AÇG-dən maksimum neftverməyə  dəstək - yeni yanaşmalar  və  texnologiya".

Tədbirdə  SOCAR-ın vitse-prezidenti Babək Hüseynov  və BP-nin geologiya və kəşfiyyat  üzrə vitse-prezidenti  Dən  Sparks   çıxış etdilər. Bildirildi ki, nəhəng "Azəri-Çıraq-Günəşli"nin  yetkin işlənmə mərhələsinə keçdiyi bir vaxtda hasilatın uzunmüddətli davamlılığının təmin edilməsində innovativ yanaşmaların və yeni texnologiyaların rolu daha da artır. 

Əvvəla qeyd edək ki, ölkədə neft hasilatının azalmasının səbəblərini araşdırmaq və vəziyyəti aradan qaldırmaq üçün tədbirlər görmək Prezident  İlham Əliyevin  tapşırığı və tələbidir. Dövlətimizin başçısı bunu  çıxışlarında və müsahibələrində bildirib. 

SOCAR-la BP-nin  keçirdiyi həmin birgə tədbirdə bildirildi ki, hazırda AÇG-də əsas məqsəd hasilatın təbii azalma tempini idarə etmək və blokdan maksimum neftverməyə nail olmaqdır. AÇG-nin işlənməsi layihəsinin operatoru olaraq BP bu istiqamətdə SOCAR-la sıx əməkdaşlıq edir. Birgə səylər  nəticəsində AÇG-də hasilatın illik azalma tempini 2023-cü ildəki təxminən 12 faizdən  hazırda təxminən 3 faizə  endirməyə nail olunub. Bu da sənaye üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır. Bu nəticə yetkin mərhələdə olan AÇG-dən hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən  tədbirlərin effektivliyini göstərir.

Tədbirlər dörd əsas istiqamət üzrə həyata keçirilir: Bunlar əməliyyat etibarlılığı, qazma qurğularının məhsuldarlığının artırılması, layların "canlandırılması", texnologiya və innovasiyanın strateji tətbiqidir.

Xatırladaq  ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi  (HPBS) ilkin olaraq 1994-cü il sentyabrın 20-də imzalanıb. O vaxtdan bəri AÇG yataqlarının işlənməsinə təxminən 47 milyard dollar investisiya qoyulub.

İlk neft "Çıraq" yatağından 1997-ci il  noyabrın 7-də əldə edilib. 2017-ci il sentyabrın  14-də AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş HPBS imzalanıb və bununla   ilkin sazişin  müddəti 2049-cu ilə qədər uzadılıb.

Bu günədək AÇG-dən təxminən 4,7 milyard barel  neft hasil edilib. Yeni texnologiyalara iri sərmayələr və laylardan neftvermənin maksimuma çatdırılması istiqamətində digər səylər nəticəsində bu dünya səviyyəli yataqlar blokundan hasilatın gələcək  onilliklər ərzində də davam  etməsi  gözlənilir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:05
15 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:54
15 Noyabr

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə  

19:39
15 Noyabr

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

17:09
15 Noyabr

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

16:47
15 Noyabr

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

15:51
15 Noyabr

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

15:36
15 Noyabr

Sabah Bakıda və rayonlarda yağış yağacaq

13:55
15 Noyabr

Azərbaycan strateji hədəfinə doğru inamla irəliləyir

13:53
15 Noyabr

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

13:23
15 Noyabr

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

12:07
15 Noyabr

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

11:06
15 Noyabr

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

10:57
15 Noyabr

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

10:03
15 Noyabr

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

09:31
15 Noyabr

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

09:04
15 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

23:49
14 Noyabr

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

23:27
14 Noyabr

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!