29 Sentyabr 2022 00:48
978
Mədəniyyət
A- A+
Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr olunmuş müsabiqələr elan edilib

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr olunmuş müsabiqələr elan edilib

 

İçərişəhərdə yerləşən "Ədibin Evi"ndə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, alim və pedaqoq Mir Cəlalın anım gününə həsr edilmiş tədbir keçirilib. 
AZƏRTAC xəbər verir ki, tədbirdə ədibin ailə üzvləri, Mir Cəlalın sonradan həmkarlarına çevrilən tələbələri, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurasının nümayəndələri və ədəbiyyatsevərlər iştirak edərək "kiçik hekayənin böyük ustası"nın irsinin davam etdirilməsi məqsədilə bir sıra birgə layihələr üzərində çalışacaqları barədə müzakirə aparıblar.
Tədbir iştirakçıları vurğulayıblar ki, Mir Cəlalın bədii sözlə maraqlı süjet, hadisə və obrazları yığcam və lakonik üslubda yaratmaq bacarığı bugünkü qədər aktual olmayıb. Belə ki, informasiya texnologiyaları təkamülünün gətirdiyi yeni platformalar hamını qısa məzmunla daha çox fikir çatdırmaq məcburiyyəti qarşısında qoyur. Bununla yanaşı, satira ilə güldürüb düşündürən, ədəbiyyatımızın qızıl fonduna düşmüş Mir Cəlalın əsərləri ictimai müzakirələrdə cəmiyyətimizin tərəqqisinə səsləyən fəaliyyət istiqamətlərinə də təkan verərdi.
"Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva anım tədbirinin  yekununda Mir Cəlalın xatirəsinə həsr edilmiş iki müsabiqəni elan etdi.
Onlardan birincisi "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun Medianın İnkişafı Agentliyi  və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil etdiyi və görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilmiş "6 Sözlük Əhvalat" adlı müsabiqədir.
Bu müsabiqənin qalibləri Bakı Dövlət Universitetinin professoru, ədəbiyyatşünas Təhsin Mütəllimovun sədrliyi ilə peşəkar yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və bu ilin dekabrında mükafatlandırılacaqlar.
Müsabiqə dövründə iştirakçılara yaradıcı prosesdə dəstək məqsədilə iki vebinar keçiriləcək.
Medianın İnkişafı Agentliyinin rəsmi veb-saytında yer alan səhifəyə (https://bit.ly/MEDİA) daxil olaraq müsabiqə şərtləri barədə daha ətraflı məlumat almaq, həmçinin müsabiqəyə müraciət etmək mümkündür.
Müsabiqələrin ikincisi "Ədibin Evi"nin təşkil etdiyi Mir Cəlal adına III hekayə müsabiqəsidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə [email protected] ünvanına 2023-cü il 1 yanvar tarixinədək göndərilməlidir. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.
Final mərhələsinə yüksələn 10 (on) hekayə "TEAS Press Nəşriyyat Evi" tərəfindən toplu şəklində nəşr ediləcək. Qaliblər Xalq yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və  ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2023-cü ilin aprel ayında mükafatlandırılacaqlar. Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə (iki mükafat) 2 000, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, "Ədibin Evi" Mir Cəlalın 1929-1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. O, burada onu məşhur edən "Bir gəncin manifesti", "Dirilən adam" romanlarını, bir çox satirik hekayələrini qələmə alıb.
Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Əndəbil kəndində 1908-ci ildə anadan olan Mir Cəlal 70 yaşında Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub. Onun 100 illik yubileyi  2008-ci ildə UNESCO-nun Parisdəki baş qərargahında qeyd edilmişdir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!