Görəsən ictimai nəqliyyatdakı problemlər nə vaxt həll olunacaq
Marşrut avtobuslarının qıtlığı və bu qıtlığın sərnişinlərə yaratdığı problemlər bitmir. Hətta bəzən iş o yerə çatır ki, "ağzınacan" dolu olan həmin nəqliyyat vasitələri bir çox dayanacaqda saxlamırlar. Uşaqlı anaların, yaşlı qadınların, zavallı qocaların yanlarından şütüyüb keçən avtobusların arxasınca necə kədərlə baxdıqlarını görəndə adamın ürəyi üzülür.
Düzdür, hamı bilir ki, bunun səbəbi avtobus qıtlığıdır. Üstəlik, avtobusların çoxu köhnədir, istismara yaramır. Ancaq hər gün şahidi olduğumuz bir mənzərə də var: marşrutda işləyən avtobuslar sonuncu dayanacaqlarda bir-birinin ardınca dayanaraq sərnişin sıxlığı yarananadək xəttə çıxmırlar. Onlara etiraz edəndə də deyirlər ki, "biz qrafiklə işləyirik, vaxtımıza hələ çox var".
Sualımız Bakı Nəqliyyat Agentliyinədir: "Görəsən bu vaxt və qrafik nəyə xidmət edir - sərnişinlərin rahat və təhlükəsiz daşınmasına, yoxsa marşrut sahiblərinin daha çox qazanmasına?"
İman İMANQULİYEV,
Bakı şəhəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var
22 Sentyabr
Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir
22 Sentyabr
Co Bayden süni zəka ilə bağlı çağırış edib
22 Sentyabr
Ukrayna və ABŞ birgə silah hazırlayır
22 Sentyabr
NATO-dan ABŞ-a ÇAĞIRIŞ
22 Sentyabr
Yerevanın mərkəzində kütləvi aksiyalar davam edir
22 Sentyabr
“Azərbaycan ikinci böyük qələbəsinə imza atdı”
22 Sentyabr
Qazaxda aqrar sığorta ilə bağlı regional tədbir keçirilib
22 Sentyabr
Ağstafa balının fərqli dadı və rəngi var
22 Sentyabr
Şəhər təsərrüfatındakı vəziyyət və infrastruktur layihələrin icrası müzakirə olunub
22 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

Şərtləri diktə edən İlham Əliyevdir02 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!