25 İyun 2022 02:49
1048
İQTİSADİYYAT
A- A+
Goranboyda selin fəsadları aradan qaldırılır

Goranboyda selin fəsadları aradan qaldırılır

 

Xəbər verildiyi kimi, iyunun 22-də axşam saatlarında başlanan güclü leysan yağışları nəticəsində Goranboy rayonunun dağ kəndlərində çaylarda suyun səviyyəsi yüksəlmiş, sel suları daşaraq Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində  fərdi yaşayış evlərinə və təsərrüfatlara, əhalinin  mal-qarasına, nəqliyyat vasitələrinə, iaşə və digər sosial  obyektlərə ziyan vurmuşdur.

Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının üzvləri dərhal selin fəsad törətdiyi  ərazidə olmuşlar. Xocalı Rayon İcra Hakimiyyətinin Aşağı Ağcakənd qəsəbəsində yerləşən inzibati binasında operativ qərargah yaradılmışdır. Goranboy RİH-in başçısı Məhərrəm Quliyev və  rayonun digər rəhbər şəxsləri komissiya üzvləri ilə birgə zərərçəkmiş sakinlərlə görüşmüş, fərdi yaşayış evlərinə baş çəkmişlər.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Fövqəladə Hallar Nazirliyinin və "Azərsu" ASC-nin məsul əməkdaşları, eləcə də aidiyyəti xidmət sahələrinin rəhbərləri Aşağı və Yuxarı Ağcakənd qəsəbələrində olmuş, zərərçəkmiş yaşayış evlərinə baxış keçirmiş, vətəndaşların problemləri ilə maraqlanmışlar. Seldən zərərçəkmiş çay və kanalların təmizlənməsi, mövcud fəsadların aradan qaldırılması və gələcəkdə kollektor-drenaj şəbəkələrinin qurulması ilə bağlı müzakirələr aparılmış, aidiyyəti üzrə məsul şəxslərə tapşırıq və tövsiyələr verilmişdir. 

Hazırda ərazidə komissiya tərəfindən  dəymiş ziyanın miqyasının  müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı operativ iş aparılır.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!