08 İyul 2026 17:50
267
SİYASƏT
A- A+
General: Prezident İlham Əliyevə yüksək ictimai etimad ardıcıl dövlət siyasətinin məntiqi göstəricisidir

General: Prezident İlham Əliyevə yüksək ictimai etimad ardıcıl dövlət siyasətinin məntiqi göstəricisidir


Prezident İlham Əliyevə Azərbaycan cəmiyyətində göstərilən yüksək ictimai etimad yalnız ictimai rəy sorğularının nəticəsi kimi deyil, uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin və əldə olunan konkret strateji nəticələrin cəmiyyətdə yaratdığı etimadın ifadəsi kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O bildirib ki, bu yüksək etimadın formalaşmasında əsas amil Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. Vətən müharibəsində qazanılan tarixi Zəfər, daha sonra isə ölkənin bütün ərazisində suverenliyin tam təmin edilməsi Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin liderliyinə cəmiyyətdə olan yüksək etimadı qiymətləndirərkən hərbi Qələbəni, güclü dövlət quruculuğunu, daxili sabitliyi, iqtisadi inkişafı və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsini vahid strateji proses kimi nəzərdən keçirmək lazımdır. Bu prosesdə Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin xüsusi və tarixi rolu var.

“Bir millət, iki dövlət” anlayışı artıq yalnız qardaşlıq hisslərini ifadə edən bir şüar deyil. Bu anlayış müdafiədən energetikaya, nəqliyyatdan diplomatiyaya, təhsildən müdafiə sənayesinə qədər geniş sahələri əhatə edən institusional və strateji əməkdaşlıq modelinə çevrilib. Şuşa Bəyannaməsi bu tarixi transformasiyanın siyasi və hüquqi əsasını təşkil edir. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi Azərbaycan cəmiyyətində güclü strateji təhlükəsizlik və etimad hissinin formalaşmasına mühüm töhfə verib. Azərbaycan xalqı ölkənin ən kritik tarixi mərhələsində Türkiyənin siyasi və mənəvi dəstəyini açıq şəkildə gördü. Eyni zamanda, Türkiyə cəmiyyəti Azərbaycanın Qələbəsini öz Qələbəsi, sevincini isə öz sevinci kimi qəbul etdi. Hesab edirəm ki, bu qarşılıqlı həmrəylik Prezident İlham Əliyevə cəmiyyətdə olan yüksək etimadın möhkəmlənməsində mühüm amillərdən biridir", – deyə Y.Karauz vurğulayıb.

O bildirib ki, bu gün Bakı-Ankara xətti yalnız iki dövlət arasındakı münasibətlər sistemi deyil, eyni zamanda, Cənubi Qafqazdan Mərkəzi Asiyaya, oradan isə Anadolu vasitəsilə Avropaya uzanan geniş geosiyasi və geoiqtisadi arxitekturanın əsas dayaqlarından birinə çevrilir. General mövcud geosiyasi şəraitdə bunun üç əsas strateji nəticəsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.


“Bir millət, iki dövlət” fəlsəfəsi real strateji güc amilinə çevrilib


“Birincisi, regional təhlükəsizlik baxımından Türkiyə-Azərbaycan müttəfiqliyi sabitlik və çəkindirmə oxu formalaşdırır. İki ölkə arasında hərbi təhsil, birgə təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və silahlı qüvvələr arasında yüksək səviyyəli koordinasiya yalnız Azərbaycan və Türkiyənin müdafiə qabiliyyətini artırmır, eyni zamanda, regionda daha sabit və proqnozlaşdırılabilən təhlükəsizlik mühitinin formalaşmasına töhfə verir.

İkinci mühüm istiqamət Türk dünyasının inteqrasiyasıdır. Bakı-Ankara əməkdaşlığı Türk Dövlətləri Təşkilatının inkişafında lokomotiv rolunu oynayır. Türk Dövlətləri Təşkilatının getdikcə daha görünən və təsirli beynəlxalq aktora çevrilməsində Azərbaycan və Türkiyə arasındakı strateji koordinasiya mühüm əhəmiyyət daşıyır. Gələcək mərhələdə Türk dünyasında enerji, nəqliyyat, ticarət, müdafiə sənayesi, rəqəmsal kommunikasiya, süni intellekt və ortaq diplomatik təşəbbüslər sahəsində inteqrasiyanın daha da dərinləşəcəyini düşünürəm.

Üçüncü mühüm istiqamət nəqliyyat və geoiqtisadiyyat məsələləri ilə bağlıdır. Orta Dəhliz və Zəngəzur bağlantısı yalnız dəmir yolu və avtomobil yolu layihələri kimi qiymətləndirilməməlidir. Bunlar Asiya ilə Avropa arasındakı ticarət marşrutlarının şaxələndirilməsinə, Türk dünyasının coğrafi və iqtisadi əlaqələrinin gücləndirilməsinə, eləcə də Cənubi Qafqazın münaqişə məkanından əməkdaşlıq və rifah məkanına çevrilməsinə xidmət edə biləcək strateji layihələrdir. Azərbaycan-Türkiyə müttəfiqliyi hər hansı üçüncü dövlətə qarşı yönəlmiş ittifaq deyil. Əksinə, bu strateji tərəfdaşlıq regionda sülh, qarşılıqlı iqtisadi asılılıq və uzunmüddətli sabitlik yarada biləcək əməkdaşlıq modeli təqdim edir. Azərbaycanın irəli sürdüyü regional əməkdaşlıq yanaşması Cənubi Qafqazda keçmişin qarşıdurma geosiyasətini bağlantılar, ticarət və ortaq maraqlar üzərində qurulan yeni əməkdaşlıq modeli ilə əvəz edə bilər”, - deyə Y.Karauz bildirib.

General hesab edir ki, Prezident İlham Əliyevə göstərilən yüksək ictimai etimadın əsasında tarixi Zəfər, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi, dövlətin güclənməsi, daxili sabitliyin qorunması və ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi dayanır.

“Türkiyə ilə qurulan strateji müttəfiqlik isə bu uğurların mühüm xarici siyasət sütunlarından biridir. Bu gün “Bir millət, iki dövlət” fəlsəfəsi emosional qardaşlıq ifadəsindən real strateji güc amilinə çevrilib. Bakı və Ankara birlikdə hərəkət etdikcə yalnız iki qardaş dövlətin milli maraqlarını müdafiə etməyəcək, eyni zamanda, Türk dünyasının inteqrasiyasına, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin edilməsinə, Avrasiyada yeni nəqliyyat, enerji və təhlükəsizlik arxitekturasının formalaşmasına daha böyük töhfələr verəcək. Qarşıdakı dövrdə Bakı–Ankara xəttinin əsas strateji missiyası hərbi və siyasi müttəfiqliyi daha dərin iqtisadi inteqrasiya, ortaq texnologiya istehsalı, müdafiə sənayesi layihələri, enerji təhlükəsizliyi və fasiləsiz nəqliyyat-kommunikasiya şəbəkələri ilə tamamlamaqdır. Bu məqsədlərə nail olunduğu təqdirdə, Azərbaycan–Türkiyə modeli yalnız iki qardaş dövlət arasındakı unikal münasibətlərin deyil, eyni zamanda, Türk dünyasının XXI əsrdə yüksəlişinin əsas strateji modellərindən biri olacaq", - deyə ehtiyatda olan general əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Balakəndə Katex çayda batan şəxsin meyiti tapılıb  

22:19
08 İyul

Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycan nümayəndə heyətini qəbul edib  

22:16
08 İyul

Rəqəmsal islahatlara həsr olunmuş ictimai dinləmə keçirilib

20:37
08 İyul

NATO-nun Ankarada keçirilən 36-cı Sammitinin yekun Bəyannaməsi açıqlanıb 

20:15
08 İyul

Qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib  

20:09
08 İyul

Salah Argentina ilə oyundan sonra Messi haqqında danışıb: "Bunu etiraf etməliyəm" 

19:45
08 İyul

Fransadakı qondarma "Artsax nümayəndəliyi"nin fəaliyyəti Azərbaycan-Ermənistan sülh prosesinə kölgə salır

19:40
08 İyul

Tüklə voleybol liqası başa çatdı

19:36
08 İyul

“Sabah” UEFA Çempionlar Liqasında tarixi qələbə qazanıb 

19:31
08 İyul

Paraqvaylı senator Mbappeni yenidən həbslə hədələyib

19:25
08 İyul

Donald Tramp Putinlə danışacağını bildirib

18:45
08 İyul

Ersin Güzel: Türk dünyasının ortaq rəqəmsal platformasının yaradılması zərurətə çevrilib

18:40
08 İyul

Cari ilin 6 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə vətəndaşlıq məsələləri ilə bağlı 209 müraciət daxil olub  

18:35
08 İyul

“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var

18:25
08 İyul

Ankarada Trampla Zelenski arasında görüş keçirilir

18:20
08 İyul

İslandiya klubunun baş məşqçisi: Püşkatmada “Qarabağ”ın adı çıxanda çox həyəcanlandıq

18:05
08 İyul

Azərbaycan və Özbəkistan dini sahədə əlaqələri genişləndirir

18:00
08 İyul

ABŞ Prezidenti bu gecə İrana qarşı yeni hücum dalğasının baş verəcəyini açıqlayıb

17:55
08 İyul

General: Prezident İlham Əliyevə yüksək ictimai etimad ardıcıl dövlət siyasətinin məntiqi göstəricisidir

17:50
08 İyul

Türkiyə zərərvericilərlə mübarizə məqsədilə Azərbaycana 20 min arı göndərib

17:45
08 İyul

Daşqınlar Balakənə ziyan vurub, 1 nəfəri sel aparıb

17:40
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!