08 İyul 2026 15:25
267
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında Azərbaycanın milli maraqları dayanır

Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında Azərbaycanın milli maraqları dayanır


Prezident İlham Əliyevə ictimai etimadın yüksək səviyyədə olması ilə bağlı açıqlanan son sorğu nəticələri göstərir ki, cəmiyyətdə dövlətimizin başçısının fəaliyyəti geniş dəstək qazanır. Sorğuda Prezident İlham Əliyevə etimad səviyyəsinin 87,7 faiz, fəaliyyətinin müsbət qiymətləndirilməsinin 93,6 faiz, onun alternativsiz siyasi lider kimi qəbul edilməsinin isə 81,9 faiz olması bir sıra amillərlə əlaqələndirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O bildirib ki, ilk növbədə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetini Azərbaycanın milli maraqlarının qorunması təşkil edir. Dövlətimizin başçısının prinsipial mövqeyi, ölkənin milli mənafelərini beynəlxalq müstəvidə ardıcıl müdafiə etməsi, strateji qərarlar qəbul edərkən Azərbaycanın uzunmüddətli inkişafını əsas götürməsi onun fəaliyyətinə verilən yüksək qiymətin başlıca səbəblərindən biri kimi göstərilir.

İctimai etimadın formalaşmasında Prezident İlham Əliyevin xalqla birbaşa ünsiyyətə, vətəndaşların sosial rifahının yüksəldilməsinə və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş siyasət də mühüm rol oynayır.

"Cəmiyyətdə geniş yayılmış fikrə görə, dövlətimizin başçısı fəaliyyətində xalqın maraqlarını əsas götürür və həyata keçirilən islahatlar ölkənin inkişafına xidmət edir.

Prezident İlham Əliyevin liderlik keyfiyyətləri də ictimai rəydə xüsusi yer tutur. Qətiyyətli idarəçilik, mürəkkəb geosiyasi şəraitdə çevik qərarlar qəbul etmək bacarığı, beynəlxalq platformalarda Azərbaycanın mövqeyini ardıcıl müdafiə etməsi onun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanınan siyasi lider kimi qəbul edilməsinə təsir göstərən amillər sırasında qeyd olunur", - deyə N.Həsənov vurğulayıb.

Deputatın sözlərinə görə, son illərdə Azərbaycanın iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, qeyri-neft sektorunun genişləndirilməsi, enerji, nəqliyyat və logistika layihələrinin reallaşdırılması, sosial proqramların həyata keçirilməsi də ölkənin inkişaf dinamikasını müəyyən edən istiqamətlərdəndir. Güclü iqtisadiyyatın və müdafiə potensialının formalaşdırılması isə dövlətin dayanıqlığını artıran mühüm faktorlardır.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsi, müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsi, regional və qlobal layihələrdə fəal iştirakı da ictimai dəstəyin əsas səbəbləri sırasında göstərilir. Bu siyasətin nəticəsində Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi mövqeyini möhkəmləndirib və beynəlxalq nüfuzunu yüksəldib.

Yüksək etimad göstəricilərinin mühüm səbəblərindən biri kimi 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunan hərbi qələbə və sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasıdır. Bu hadisələr ölkənin müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir və dövlət rəhbərliyinin fəaliyyəti ilə əlaqələndirilir.

"Dünyada və regionda müxtəlif münaqişələrin və geosiyasi gərginliklərin artdığı bir dövrdə Azərbaycanda sabitliyin, ictimai təhlükəsizliyin və daxili asayişin qorunması da vətəndaşların mühüm qiymətləndirmə meyarlarından biridir. Sabitlik və təhlükəsizlik iqtisadi inkişafın, sosial rifahın və dövlətin davamlı tərəqqisinin əsas şərtlərindən hesab edilir.

Ona görə də sorğu nəticələri cəmiyyətdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə yüksək ictimai dəstəyin mövcud olduğunu göstərir. Respondentlərin qiymətləndirmələri siyasi sabitliyin qorunması, iqtisadi inkişafın təmin edilməsi, milli maraqların müdafiəsi və dövlətin beynəlxalq mövqeyinin gücləndirilməsi kimi amillərin ictimai rəydə mühüm əhəmiyyət kəsb etdiyini ortaya qoyur", - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Balakəndə Katex çayda batan şəxsin meyiti tapılıb  

22:19
08 İyul

Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycan nümayəndə heyətini qəbul edib  

22:16
08 İyul

Rəqəmsal islahatlara həsr olunmuş ictimai dinləmə keçirilib

20:37
08 İyul

NATO-nun Ankarada keçirilən 36-cı Sammitinin yekun Bəyannaməsi açıqlanıb 

20:15
08 İyul

Qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib  

20:09
08 İyul

Salah Argentina ilə oyundan sonra Messi haqqında danışıb: "Bunu etiraf etməliyəm" 

19:45
08 İyul

Fransadakı qondarma "Artsax nümayəndəliyi"nin fəaliyyəti Azərbaycan-Ermənistan sülh prosesinə kölgə salır

19:40
08 İyul

Tüklə voleybol liqası başa çatdı

19:36
08 İyul

“Sabah” UEFA Çempionlar Liqasında tarixi qələbə qazanıb 

19:31
08 İyul

Paraqvaylı senator Mbappeni yenidən həbslə hədələyib

19:25
08 İyul

Donald Tramp Putinlə danışacağını bildirib

18:45
08 İyul

Ersin Güzel: Türk dünyasının ortaq rəqəmsal platformasının yaradılması zərurətə çevrilib

18:40
08 İyul

Cari ilin 6 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə vətəndaşlıq məsələləri ilə bağlı 209 müraciət daxil olub  

18:35
08 İyul

“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var

18:25
08 İyul

Ankarada Trampla Zelenski arasında görüş keçirilir

18:20
08 İyul

İslandiya klubunun baş məşqçisi: Püşkatmada “Qarabağ”ın adı çıxanda çox həyəcanlandıq

18:05
08 İyul

Azərbaycan və Özbəkistan dini sahədə əlaqələri genişləndirir

18:00
08 İyul

ABŞ Prezidenti bu gecə İrana qarşı yeni hücum dalğasının baş verəcəyini açıqlayıb

17:55
08 İyul

General: Prezident İlham Əliyevə yüksək ictimai etimad ardıcıl dövlət siyasətinin məntiqi göstəricisidir

17:50
08 İyul

Türkiyə zərərvericilərlə mübarizə məqsədilə Azərbaycana 20 min arı göndərib

17:45
08 İyul

Daşqınlar Balakənə ziyan vurub, 1 nəfəri sel aparıb

17:40
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!