15 İyun 2025 09:30
1082
CƏMİYYƏT
A- A+
Gəncə III MDB Oyunları ərəfəsində

Gəncə III MDB Oyunları ərəfəsində


Vaxt yaxınlaşdıqca hazırlıq işləri sürətlənir


Məlum olduğu kimi, III MDB Oyunlarının keçirilməsi üçün ölkə üzrə bir neçə şəhər seçilsə də, əsas yarışların ünvanı Gəncə olacaq. Odur ki, xeyli vaxtdır şəhərdə genişmiqyaslı təmir-tikinti və abadlıq işləri görülür.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gəncənin daxili avtomobil yollarında təmir-tikinti işləri həyata keçirilir. Bununla yanaşı, şəhərin daxili imkanları hesabına bir sıra prospekt və küçələrdə, eləcə də məhəllədaxili yollarda asfalt örtüyü yenilənir. Paralel olaraq zəruri olan yerlərdə piyada səkiləri təmir edilir, yeniləri salınır. Eyni zamanda şəhərin bir sıra meydanlarında, park və xiyabanlarında da təmir-bərpa işləri görülür. Hazırda Heydər Əliyev adına Mərkəzi və Gəncəçay Park-Bulvar Kompleksində yerləşən Bayraq meydanlarında bu cür işlər aparılır. "Xan bağı" istirahət parkı, Fikrət Əmirov adına park, Nizami Kinoteatrının qarşısındakı istirahət parkı da təmir edilərək yenidən qurulur. Həmin ərazidəki fərdi və çoxmənzilli yaşayış binalarının fasadlarının təmiri də unudulmur. Bu cür işlər Heydər Əliyev, Atatürk və Şah İsmayıl Xətai prospektlərini, həmçinin bir sıra ara küçələri də əhatə edir. Onu da bildirək ki, fasadları yenilənən çoxmənzilli yaşayış binalarının üzərində yeni fasad işıqlandırıcıları da quraşdırılır. 

Təbii ki, bu sadalananlar görülən işlərin bir hissəsidir. Yaxın günlər şəhərdaxili ictimai nəqliyyatın yenilənməsi, bir sıra tarixi binaların bərpası nəzərdə tutulur. Şəhərdəki idman qurğularının əsaslı şəkildə yenidən qurulması və yenilərinin inşasına isə artıq başlanılıb. 

Bu sırada III MDB Oyunlarının mərkəzi arenası olacaq stadionun inşası  sürətlə aparılır. Prezidentin sərəncamına əsasən inşa edilən bu möhtəşən idman qurğusunda artıq son tamamlama işləri görülür. Ərazisi 10 hektar olan və UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVİP, VİP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, həkimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr olacaq. Eyni zamanda layihəyə əsasən, stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılır. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunur. Bir sözlə, stadionda istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsi üçün hərtərəfli şərait yaradılır. 

Onu da qeyd edək ki, III MDB Oyunlarının həm açılışı, həm də bağlanışı bu stadionda keçiriləcək.


Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!