06 Dekabr 2023 10:30
256
Mədəniyyət
A- A+

Gəncə Dövlət Dram Teatrı beynəlxalq festivalda uğurla çıxış edib

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Dram Teatrının İstanbulda V Maltəpə Beynəlxalq Teatr Festivalında  iştirak edən yaradıcı heyəti ilə görüşüb.
N.Bayramov festivalda uğurla çıxış edən yaradıcı heyəti təbrik edərək onlara daha böyük nailiyyətlər  arzulamışdır. Qazanılan bu uğuru  Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə, eləcə də Gəncə mədəniyyətinə göstərdikləri diqqətin nəticəsi kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, Gəncə Dövlət Dram Teatrının yeni inşa edilmiş binası bu diqqətin bariz nümunəsidir. 
Teatrın direktoru Aqil Bəhramlı səmimi görüş üçün kollektiv adından dərin təşəkkürünü bildirmiş və demişdir ki,  Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı və Maltəpə Bələdiyyəsinin dəstəyi ilə V Maltəpə Beynəlxalq Teatr Festivalında Gəncə Dövlət Dram Teatrı rejissor Tural Mustafayevin quruluşunda E.İoneskonun "Kral ölür" tamaşası ilə çıxış etmişdir. Kral Beranje rolunu oynayan Əməkdar artist Elxan Abbasov festivalın yekununda "Ən yaxşı kişi aktyoru" nominasiyasında mükafata layiq görülmüşdür. Bununla yanaşı, yaradıcı kollektiv  "Kral ölür" tamaşası ilə Türkiyənin Trabzon, Ankara, Amasya və Gürcüstanın Ozurqeti şəhərlərində də qastrol səfərlərində olmuş və müxtəlif mükafatlar almışdır.
Görüşdə Gəncə Dövlət Dram Teatrının uğurlarından, gələcək fəaliyyətindən də danışılmış və teatrın beynəlxalq festivallarda iştirakının davamlı olacağı qeyd olunmuşdur.

Sabir ƏLİYEV,
 "Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video