11 May 2025 09:00
894
Mədəniyyət
A- A+
Gecikmiş bəraət

Gecikmiş bəraət


1937-ci ilin repressiyası Azərbaycan xalqının ədəbiyyatına, mədəniyyətinə, tarixinə böyük zərbələr vurdu. Həmin tuthatut illərində neçə-neçə görkəmli ziyalımız, işıqlı insanımız uydurulmuş bəhanələrlə, qurama məhkəmələrlə heç bir günahı olmadan ən ağır cəzaya - güllələnməyə məhkum edildi. Neçəsi soyuq Sibir çöllərinə sürgün olundu və onlar bir daha geri dönmədilər. 

Ötən əsrin 20-ci illərindən başlayan, 1937-ci ildə fəlakət həddinə çatan və bütün ölkəni çənginə alan repressiyanın ağrı-acıları bu gün də qəlbləri göynədir.  Ürək ağrıdan odur ki, günahsızcasına güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arasında min bir işgəncə ilə qətlə yetirilənlərin arasında Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və tarixinin böyük zəka sahibləri az deyil. Ölümlərindən bir müddət sonra onlara bəraət verilsə də, ağrılara dərman olmadı. 

1937-ci ilin repressiya qurbanlarından biri də 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, dövrünün görkəmli nasiri Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli idi. O,  22 mart 1895-ci ildə Şamaxıda dünyaya göz açmışdı. Azərbaycanın görkəmli şairi M.Ə.Sabirin "Ümid" məktəbini bitirmiş, 1930-1933-cü illərdə Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdı. 

Hacıbaba Nəzərli o dövr mətbuat sahəsində də çalışmışdı. Bakıda nəşr edilən "Qızıl əsgər" qəzetinin redaktoru olmuşdu. Ədəbi fəaliyyətə 1925-ci ildən başlamış H.Nəzərli bir-birindən maraqlı publisist yazıları, oçerk və hekayələri ilə oxucuların diqqətini cəlb etmişdi. Geniş ədəbi fəaliyyətinə görə 1929-cu ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi seçilmişdi. Oçerk və hekayələri ilə yanaşı, Hacıbaba Nəzərli dram janrında da qələmini sınaqdan keçirmişdi. Müxtəlif illərdə "Yollar", "Yanğın" (şərikli), "Sabir" pyeslərini yazmışdı. Bir-birindən maraqlı pyeslər yazmaqla yanaşı, Hacıbaba Nəzərli tərcümə işi ilə də məşğul olmuş, V.Şekspirin "Maqbet", M.Qorkinin "Yeqor Bulıçov və başqaları" əsərlərini Azərbaycan dilinə çevirmişdir. 

1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmiş Hacıbaba Nəzərlinin yeni cəmiyyət uğrunda mübarizə, köhnəliyin tənqidi mövzularında qələmə aldığı dörd kitabı - "Casusun yardımçısı", "Qışlaqan kəndə", "Laçın", "Satqın", "Ölülər rəqs edərkən" işıq üzü görmüşdür. Görkəmli nasir həm də dövrünün ictimai xadimlərindən biri olmuşdu. 1935-ci ildə Azərbaycan KP XII qurultayında MK üzvlüyünə namizəd, VII Zaqafqaziya Sovetlər qurultayında isə ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

Təəssüflər olsun ki, başının üstünü almış repressiyanın qara buludları onun həm nasir, həm də ictimai xadim kimi fəaliyyət göstərməsinə imkan vermədi. 1937-ci ilin repressiya dalğası Azərbaycanın başqa görkəmli ziyalıları kimi, Hacıbaba Nəzərlinin də ömür və yaradıcılıq yollarını qəflətən kəsdi. Təhlükəsizlik İdarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tarixli arayışına əsasən, "burjua-millətçi təşkilatının fəal üzvü" kimi həbs olundu. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının fəallarından biri olan Hacıbaba Nəzərli elə həmin rejimin də qurbanı oldu. O, 28 yanvar 1938-ci ildə - 43 yaşında "xalq düşməni" kimi soyuq bir qış günündə güllələndi. Beləliklə, daha bir Azərbaycan ziyalısının ömrünə son qoyuldu, bir evin çırağı söndürüldü. 

Hacıbabanın ömür-gün yoldaşını da rahat buraxmadılar.  Zivər Nəzərli "vətən xaininin həyat yoldaşı" kimi 10701 istintaq işi ilə 22 noyabr 1937-ci il tarixdən hesablanmaqla 9 aprel 1938-ci ildən cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum olundu. 

Hacıbala Nəzərlinin ölüm hökmünə qərar verən SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 17 il sonra - 6 oktyabr 1956-cı ildə ona bəraət verdi. Bəraət isə yalnız onun yaxınlarına təsəlli idi. Çünki çıxarılan bəraət hökmü zamanı qaytarmaq gücündə deyildi.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!