08 Fevral 2025 08:25
481
SİYASƏT
A- A+
Garo Paylan kimilərin revanşist niyyətləri Ermənistanı məhvə aparacaq

Garo Paylan kimilərin revanşist niyyətləri Ermənistanı məhvə aparacaq


"Ermənilər harada yaşamasından asılı olmayaraq, onların içində gəzdirdikləri  türkofob və azərbaycanofob baxışları dəyişilmir. Ona görə də onlar hər zaman fürsət axtarışındadırlar və yenidən özlərinin çirkin niyyətlərini reallaşdırmaq arzuları arxasınca getməkdə davam edirlər".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, amma arzuları ürəklərində qalacaq və ermənilərin uydurduqları miflər onları  içindən çürütməklə məhvə aparacaq. Çünki xainləri heç kim sevmir. Belə ki, Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı Garo Paylan da yaşadığı və  ermənilərin hətta dövlətdə və parlamentdə təmsilçiliyinə şərait yaradığı Türkiyəyə qarşı  içində nifrət gəzdirən erməni ünsürlərindəndir. Hansı ki, Türkiyə ərazisində yaşayan ermənilərə qucaq açıb onların yaşaması üçün hər cür şərait yaradıb. Belə ki, kilsələrin, icmaların, məktəblərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur və erməni  toplumun inkişafı üçün bütün imkanlar yaradıb. "Amma ermənilər onlara qarşı heç bir təzyiq olmasa da, Türkiyəyə də öz nifrətlərini ifadə etməkdə davam edirlər. Garo Paylan keçən il sosial şəbəkələrdə saxta erməni soyqırımının 109-cu ildönümü olduğunu qeyd edərək paylaşım etmişdi. Ermənistanın baş naziri Paşinyan isə  bu yaxınlarda heç bir genosidin olmadığını və bunun Rusiyanın Türkiyəyə təzyiq göstərilməsi üçün 50-ci illərdə ortaya atdığı absurd bir ideya olduğunu bildirmişdi. Garo Paylan təkcə Türkiyəyə deyil, həm də Azərbaycana qarşı da öz çirkin fikirlərini ifadə etməkdən çəkinməyib. Belə ki, ekoaktivistlərin Laçın yolunda etiraz aksiyaları zamanı Garo Paylan Qarabağdakı separatçı xuntanı dəstəkləyərək dünya ictimaiyyətinə Azərbaycana təzyiq göstərilməsi üçün çağırış etmişdi", - deyə o əlavə edib.

Deputat bildirib ki, İrəvana səfər edən Garo Paylan revanşist açıqlamalarından yenə geri qalmayıb. O, Ermənistanın indi Azərbaycana hücum etmək üçün gücünün olmadığını və 3-5 il ərzində güc yığaraq ABŞ və  Fransa ilə öz arzularına çatacağını bildirib. Əslində bu, təkcə Garo Paylanın fikirləri deyil, həm də Paşinyanın ürəyindən keçən arzusudur. Məhz ona görə də Paşinyan beynəlxalq platformalarda sülhdən danışaraq sülh prosesini manipulyasiya edir və dünya ictimaiyyətinə özünü sülhün carçısı kimi nümayiş etdirərək ermənilərin çirkin niyyətlərinə çatması üçün zaman qazanmağa çalışır. Revanşizm və azərbaycanofob siyasət yürüdən Paşinyan ondan əvvəl Ermənistana rəhbərlik etmiş Ter-Petrosyan, Koçaryan və Sarkisyandan heç nə ilə fərqlənmir. Vaxtilə onlar da öz hakimiyyətləri dövrün azərbaycanlılara divan tutaraq deportasiyalar və soyqırımları törədiblər. 

A.Badamov vurğulayıb ki, Ermənistan bu gün gücsüz olduğuna görə, Paşinyan  cildini dəyişib və hiyləgərcəsinə silahlanmanı davam etdirir: "Amma onu da qeyd etməliyik ki, Paşinyan yavaş-yavaş tərəfdaşlarını itirməkdədir. ABŞ-də Bayden hakimiyyətinin dəyişməsi və Trampın hakimiyyətə gəlməsi ermənilərin heç də ürəyindən olmadı. Tramp USAID-ın bağlanması ilə bağlı qərar verdi. Bu təsisat ötən il inkişafa dəstək adı altında Ermənistana 250 milyon dollar yardım göndərməyi planlamışdı. Təbii ki, ABŞ-də hakimiyyətin dəyişməsi və dövlət səviyyəsində bütün yardım proqramlarının dayandırılmasının elan olunması Paşinyanın və ya Paylanın niyyətlərinə uyğun olmadı. Amma Paşinyan 5-ci Beynəlxalq Din Sammitində iştirak etmək adı altında Vaşinqtona səfər etdi və Trampla heç olmasa bir şəkil çəkdirməyə çalışdı. Amma onun arzuları yenə də ürəyində qaldı".

ABŞ-nin Ermənistana hərbi dəstəyinin dayandırılacağını düşünən deputat deyib ki, Fransa Prezidenti Makron isə Paşinyana bacılıq etməkdə davam edir. Bu baxımdan Fransanın hələ ki, Ermənistana hərbi dəstək göstərməkdə davam edəcəyi gözləniləndir.  Hətta Makronun Azərbaycana qarşı beynəlxalq platformalarda təzyiq göstərməkdə davam edəcəyi də. Amma Makronun dayaqları da itməkdədir və yaxın gələcəkdə Fransanın özündə də hakimiyyət dəyişikliyinin baş verəcəyi gözlənilir. Çünki Makronun yarıtmaz hakimiyyəti Fransanı hörmətdən salıb və ölkədaxili problemləri daha da kəskinləşdirib.  

A.Badamov qeyd edib ki, Ermənistan dilənçiliklə silahlanmaqla Azərbaycandan heç vaxt üstün ola bilməz. Azərbaycanın Müzəffər Ordusu 44 günlük Vətən müharibəsində öz gücünü döyüş meydanında göstərib. 2023-cü ilin 20 sentyabrında keçirilmiş  lokal xarakterli antiterror tədbirlərində də ordumuz "dəmir yumruğ"un daha da gücləndiyini bir daha nümayiş etdirdi. Ermənistanın silahlanması ölkəmizə potensial təhlükə mənbəyinə çevrilərsə, təbii ki, onlar yerindəcə məhv ediləcək. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan üçün potensial təhlükə mənbəyi onun harada yerləşməsindən asılı olmayaraq, məhv edilməsi üçün legitim hədəf sayılacaq. Bu baxımdan Garo Paylan, Nikol Paşinyan və digər ermənilərin revanşist niyyətləri Ermənistanı ancaq məhvə aparır. Təbii ki, erməninin qanını və ya genini dəyişmək mümkün deyil. Təəssüf ki, onlar tarixdən dərs götürmürlər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:05
09 Noyabr

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
09 Noyabr

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı paylaşım edib VİDEO  

01:18
09 Noyabr

Bakıda keçirilən Hərbi parad dünyanın bir sıra ölkələrinin nüfuzlu media qurumlarında geniş işıqlandırılıb 

01:15
09 Noyabr

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - YENİLƏNİB  

01:13
09 Noyabr

Hilmi Daşdemir: 8 Noyabr Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür  

01:11
09 Noyabr

Laçında konsert: “Zəfərin Səsi" 

23:09
08 Noyabr

Şuşada möhtəşəm atəşfəşanlıq olub

22:40
08 Noyabr

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub, daha 3 cüdoçumuz medal qazanıb

22:02
08 Noyabr

Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

21:50
08 Noyabr

Xankəndidə Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub

21:36
08 Noyabr

Naxçıvanda Zəfər Gününün 5 illiyi münasibətilə möhtəşəm atəşfəşanlıq olub  

21:35
08 Noyabr

Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  

20:54
08 Noyabr

Professor Renyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır  

20:36
08 Noyabr

Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıblar  

20:31
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib YENİLƏNİB - 4

20:14
08 Noyabr

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib 

20:06
08 Noyabr

Xankəndidə Zəfərimizin 5 illiyi möhtəşəm bayram coşqusu ilə qeyd olunub  

20:03
08 Noyabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən  

19:49
08 Noyabr

İslamiada: Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar  

19:36
08 Noyabr

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

19:24
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!