23 Noyabr 2023 09:20
3014
Təhsil
A- A+
Əsas hədəf inkişaf edən Azərbaycan üçün keyfiyyətli insan kapitalının formalaşdırılmasına töhfə verməkdir

Əsas hədəf inkişaf edən Azərbaycan üçün keyfiyyətli insan kapitalının formalaşdırılmasına töhfə verməkdir

 

Müsahibimiz Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovdur.
- Eşqi müəllim, məktəbəqədər təhsil müəssisələri yenidən Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu dəyişiklikdən sonra ictimaiyyət nazirliyin işə nədən başlayacağını, hansı islahatları aparacağını çox diqqətlə izləməyə başladı. Bu sahənin idarə edilməsində ayrıca agentliyin yaradılmasına, sizcə, ehtiyac var idimi? 
- İcra qurumu və siyasəti müəyyən edən qurum arasında fərq vardır. Agentliyin yaranmasında məqsəd daha çevik və səmərəli icra və nəzarəti təmin etməkdir. Müasir dövrdə hər şey çox sürətlə dəyişir. Məqsədə, hədəf auditoriyasına daha tez, daha kəsə və daha effektli yollarla çatmaq indi prioritetə çevrilib. Bunun üçün alətlər də təkmilləşib, imkanlar da genişlənib. Texnoloji yeniliklər sayəsində bütün münasibətlər, həmçinin idarəetmə mexanizmi də yeni müstəviyə keçib. Bu sahədə idarəetmə sisteminin səmərəliliyinin təmin edilməsinə nail olmaq üçün bu addım atılıb.
- Fəaliyyətinizdə hansı vacib istiqamətləri önə çıxarmısınız? 
- Əlbəttə ki, bu istiqamətdə atacağımız bütün addımlar, ilk növbədə, birmənalı şəkildə inkişaf edən Azərbaycan üçün gələcəkdə keyfiyyətli insan kapitalının formalaşdırılmasına töhfə verməkdir. Cəmiyyət üçün keyfiyyətli, faydalı şəxsin formalaşmasının təməli məhz məktəbəqədər təhsil müəssisəsindən başlayır. Təməlin düzgün qoyulması bu günümüz üçün çox aktual məsələdir. Təbii ki, paralel olaraq, hədəfimiz ölkəmizdə olan bütün məktəbəqədər və ümumtəhsil sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək, əlaqələndirmək və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirməkdir. 
- Əməli fəaliyyətə nə vaxt başlanılacaq? Bunun üçün lazım olan mexanizm qurulubmu?
- Elm və təhsil nazirinin əmri ilə struktur artıq təsdiq edilib və tam fəaliyyətə başladığımızı deyə bilərik. Müvafiq sahələrdə işlərin funksional istiqamətdə qurulması və təkmilləşdirilməsi aparılır ki, bunlar da yaxın zamanda tamamlanacaq. 
- Bundan sonra bağça və məktəblərlə bağlı bütün işlərə məsul məhz agentlik olacaq, yoxsa bu işlər hansısa şəkildə Elm və Təhsil Nazirliyi ilə bölüşdürüləcək? 
- Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müvafiq sahələrdə Elm və Təhsil Nazirliyinin əsas icra strukturu kimi fəaliyyət göstərəcək. Nazirliyin bir sıra icra funksiyaları əks-mərkəzləşdirmə prinsipinə uyğun olaraq, bəlli qaydada agentliyə ötürüləcək. Məsələn, məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələri, Uşaq Gənclər İnkişaf mərkəzləri, internat tipli müəssisələrin əlaqələndirilməsi, idarə olunması və təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarəti agentlik olaraq biz həyata keçirəcəyik. Vətəndaş müraciətlərinin araşdırılması və baxılması da agentliyin işidir. Həmçinin uşaqların və şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarəti bizim vəzifəmizdir. Bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin - direktorların və müəllimlərin qəbulu və yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyası da bundan sonra agentliyin fəaliyyət dairəsinə daxildir. 
- Sadaladığınız vəzifələr ictimaiyyətin həmişə müzakirə etdiyi, diqqətdə saxladığı sahələrdir. Hədəfə çatmaq üçün agentlik yəqin ki, öz strategiyasını da müəyyənləşdirib. 
- Əvvəldə qeyd etdiyim kimi, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu layiqli vətəndaşa çevirir. Bizim üçün əsas hədəflərdən biri və başlıcası budur. Bunu reallaşdırmaq üçün biz də "Azərbaycan 2030: sosial - iqtisadi inkişafa dair milli prioritetlər"ə və Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına söykənərək yaxın və uzaq hədəflərimizi müəyyənləşdirmişik. Bunun əsasında da agentliyin növbəti il üçün fəaliyyət planı olacaq. 
Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, təhsilverənlərin peşəkar inkişafı, vətəndaş məmnuniyyətinin artırılması, həm məktəbəqədər, həm də ümumi təhsil üzrə göstərilən xidmətlərdə əlçatanlığın təmin olunması, təhsil müəssisələrinə nəzarətin təmin edilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin tətbiqi başlıca hədəflərimizdir. 
- Məktəblərdə islahatların aparılması, yeni yanaşmaların tətbiqi öz yerində, bəs vətəndaş məmnunluğu agentliyin nə dərəcədə marağında olan məsələdir?
- Qeyd etdiyim kimi, atacağımız addımların hər biri həm də vətəndaş məmnunluğunun təmin olunmasına hesablanıb. Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi də əsas hədəflərimiz içərisindədir. Biz icma-məktəb münasibətlərinin tənzimlənməsinə, valideyn-məktəb münasibətlərinin daha düzgün şəkildə formalaşmasına nail olmaq istəyirik. Bu istiqamətlərin hər biri 2024-cü il üçün də fəaliyyət planımızda əsas strateji məqsədlər içərisində nəzərdə tutulub. 
- Buna nail olmaq üçün hansı üsul və metodlara üstünlük verəcəksiniz? 
- Buna ilk növbədə, vətəndaş üçün əlçatan olmaq, çevik və operativ qərarlar verməklə nail olacağımızı düşünürük. Ən vacib məsələlərdən biri olan təhsilalanların sağlam psixoloji inkişafı və təlim-tərbiyəsinə, təhsilverənlər arasında etik davranış qaydalarına nəzarət etmək və onların peşəkar inkişafına dəstək verməklə. Bundan da vacibi, bütün bu mexanizmdə, proseslərdə təhsilverənlərin və valideynlərin rolunu artırmaqla bu işi həyata keçirə biləcəyimizə inanıram.
Müsahibəni apardı: 

Yasəmən MUSAYEVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!