16 Mart 2021 01:33
576
SİYASƏT
A- A+
Erməni fermer: “Türkiyə və Azərbaycan ilə sərhədlər bağlıdır...”

Erməni fermer: “Türkiyə və Azərbaycan ilə sərhədlər bağlıdır...”

 

Məhsulu alıcıya çatdırana qədər ya turşuyur, ya da qızıl qiymətinə başa gəlir

 

Biz Rusiyaya şaftalı, üzüm, yaxud qaysı göndəririk, amma bu çox çətindir. Türkiyə və Azərbaycan ilə sərhədlər bağlı olduğuna görə Gürcüstandan keçməli oluruq, amma Gürcüstan da sizinlə dalaşıb, MDB-dən çıxıb. Bir sözlə, məhsulu alıcıya çatdırana qədər o, ya turşuyur, ya da qızıl qiymətinə başa gəlir.

AZƏRTAC xəbər verir ki, erməni fermer Sergey Ovanesyan bu sözləri rusiyalı jurnalist, Rusiyada çıxan “Arqumentı ı faktı” qəzetinin müxbiri Georgi Zotov ilə söhbət zamanı söyləyib.

G.Zotov Ermənistandan hazırladığı reportajların nəşrini davam etdirir. Onun qonşu ölkədən hazırladığı növbəti material “Dəhşət filminin komediyası. Ermənistan SSRİ dağılandan sonra 30 il necə yaşayıb” sərlövhəsi ilə təqdim edilib.

Jurnalist yazır ki, Sovet İttifaqı dağılandan sonra Ermənistanda sənaye bərbad günə düşüb, müəssisələrin 80 faizi müflisləşib. Rusiya Federasiyası Ermənistandan 800 milyon dollarlıq, yəni ona satdığından iki dəfə az məhsul alır.

Statistik məlumata görə, bunlar, əsasən, qida məhsullarıdır. Məqalə müəllifinin fikrincə, orada əsasən konyakdan söhbət gedir.

İnformasiya texnologiyaları firmasının əməkdaşı Riçi Qriqoryan G.Zotov ilə söhbət zamanı qeyd edib ki, Ermənistanda istər özü üçün, istərsə də ailəsi üçün xoş gələcək görmür. Qriqoryan qəmli-qəmli deyib: “Həyat yoldaşım peşəkar jurnalistdir. Mən onunla bərabər Yerevandan Moskvaya köçüb getməyə hazırlaşıram. Ermənistanı çox sevirəm, amma burada istər özüm üçün, istərsə də uşaqlarım üçün xoş gələcək görmürəm. Hətta rus pulu ilə hesablayanda 100 min rubl həddində yüksək əməkhaqqı alan tanışlarım da bu respublikanı tərk etməyə hazırlaşırlar. Belə əhvalda olanlar çoxdur”.

Jurnalist yazır: “Təqribi hesablamalara görə, 1991-ci ildən bəri bu ölkədən 1 milyona yaxın erməni mühacirət edib (bəziləri isə belələrinin 1,5 milyon olmasından danışır). Bu, ölkə əhalisinin üçdəbiri deməkdir. Biznesmen Armen Martirosyan deyir: “Mənim bir qardaşım ABŞ-da mağaza sahibidir, o biri qardaşım Rusiyada bar açıb. Uşaqlarım Moskvada oxuyurlar, arvadımın atası Fransada yaşayır”. “Bəs Ermənistanda kim qaldı?”, - deyə maraqla soruşuram. “Babam. Onun xasiyyəti çox tünddür, arvadımın atası ilə danışmır”. - “Nə üçün?” - ona görə ki, babamı özü ilə bərabər Fransaya aparmayıb”.

“AiF” nəşrinin müxbiri xatırladıb ki, Azərbaycanla müharibə illərində Ermənistan blokada vəziyyətinə düşüb. Elektrik stansiyalarında mazut və qaz yoxdur, ərzaq məhsulları tədarükü dayandırılıb, benzin yoxa çıxıb. 1992-ci ilin noyabr ayından bəri evlərə sutkada 1 saat elektrik işığı verilib. Şamlar hədsiz bahalaşıb, ermənilər bazarlarda qədim kerosin lampaları alırlar. Bəzən bir evin bütün sakinləri pul yığıb benzinlə işləyən generator alırlar ki, bir qədər işıq olsun. Hökumət binalarından gizli yolla kabel çəkirlər. Yalnız mənzildə kimsə öldüyü hallarda elektrik işığı verirdilər. O dövrdə ermənilər arasında belə bir zarafat yaranmışdı: “İşıq olmasını istəyirəm, bəlkə sizin rəhmətliyi bir günlük mənə borc verəsiniz?” Biznesmen Vladimir Mirzoyan deyir: “Elə təsəvvür yaranmışdı ki, ermənilər dəhşət filmindədir, amma biz oraya bir qədər komediya elementi əlavə etmişik”.

 

Ömrün vaqonda keçmiş 32 ili

           

G.Zotov Yerevanın mərkəzində Gümrüdən gəlmiş bir qrup qəzəbli qadınla söhbət edir. Bu qadınlar Yerevanda hökumət binalarının qarşısında piket keçirməyə gəliblər, yaşayış yeri verilməsini tələb edirlər. 1988-ci il dekabrın 7-də Gümrünü və Kirovakanı yerləyeksan etmiş dəhşətli zəlzələdən sonra 32 il keçib.

Materialda deyilir: “Təsəvvür edin ki, Leninakanda (Gümrü) evlərini itirmiş 5000 nəfər hələ də şifer və faner parçalarından düzəldilmiş kiçik vaqonlarda yaşayır. Əvvəllər belə vaqonlarda inşaatçılar qalırdı. Məmurlar  deyirlər ki, pul yoxdur. Özlərinin boş yerə xərcləməyə pulları var, amma insanları tövlələrdən normal mənzillərə köçürmək üçün pul tapmırlar. Ermənistanın bütün prezidentləri, bütün baş nazirləri dövründə eyni cəfəng sözləri eşidirəm, onlara tüpürmək istəyirəm!”

Jurnalist yazır ki, 1989-cu ildə Ermənistanda 51.500 rus yaşayırdı, indi isə onların sayı təqribən 11.900 nəfərdir. Zəlzələdən sonra çox adam köçüb Rusiyaya gedib. İqtisadiyyatda və məişətdə yaranmış dəhşətli vəziyyət insanları qaçmağa məcbur edir.

Rusiyalı jurnalist yazır: “Böyük Vətən müharibəsində 300 min erməni həlak olub, respublikanın 84 sakini Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda Yerevanda şəxsən mənim üçün çox xoşagəlməz bir yer var - 2016-cı ildə ovaxtkı prezident Serj Sarkisyanın “rusiyapərəst” hakimiyyət orqanları tərəfindən orada Qaregin Njdeyə tunc heykəl qoyulub. Bu adam Hitlerə cani-dildən xidmət edib, Vermaxtın erməni legionunu yaradıb, sovet hərbi əsirlərini nasist Almaniya tərəfində vuruşmağa təşviq edib. 1944-cü ildə Njde qızıl əsgərlər tərəfindən Bolqarıstanda həbs edilib, 1955-ci ildə Vladimir şəhərindəki məşhur mərkəzi həbsxanada ölüb.

69 yaşlı pensiyaçı Aşot Baqdasaryan bu heykəlin sahibinə haqq qazandırmağa çalışaraq deyir: “Njde Ermənistanı çox sevirdi, onun yolunda canından keçib, sadəcə, səhvə yol verib, düzgün yol tutmayıb”.

“Məncə o, Hitleri daha çox sevirdi, - deyə müsahibinin sözünü kəsirəm. Bilirsinizmi, ola bilsin, ataman Krasnov və ya general Vlasov da Rusiyaya çox səmimi hisslərlə yaşayıblar. Amma milyonlarla insanın qatili ilə qucaqlaşandan sonra bu hisslərin əhəmiyyəti yoxdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!