08 Fevral 2025 08:30
420
SİYASƏT
A- A+
Erməni diasporu Paşinyana qarşı çıxdı

Erməni diasporu Paşinyana qarşı çıxdı


Ermənistanın bir dövlət olaraq ayaq üstə qalmasında mühüm rol oynayan diaspor və lobbi qüvvələri ilə İrəvan arasında münasibətlərin kifayət qədər pisləşməsi müşahidə olunmaqdadır.

İrəvanın region dövlətlərlə düşmənçilik siyasətinin həyata keçirilməsində diasporun da rolunun olduğu heç kimə sirr deyil. Ancaq indi görünür ki, Paşinyan hakimiyyəti diasporun təsir dairəsindən uzaq olmağa çalışır.

Bu günlərdə ABŞ-də səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın məqsədlərindən biri də erməni diasporu ilə əlaqə yaratmaq olub. Lakin görünən odur ki, o buna nail olmayıb. Belə ki, erməni diasporunun nümayəndələri Paşinyanı Vaşinqtonda etirazla qarşılayıblar.

Daha əvvəl isə Amerika Erməni Milli Komitəsi Paşinyanın Azərbaycanla sülhə nail olmaq üçün beynəlxalq məhkəmələrə müraciət etmək məsələsindən əl çəkməklə bağlı açıqlamasını kəskin tənqid edib. Əslində, Paşinyanla diaspor arasında münasibətlər pisləşməyə 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti fonunda başlayıb. Çünki diaspor məğlubiyyətin günahkarı qismində məhz Paşinyanı görür.

Erməni ictimai xadim Manvel Livanosyan deyib ki, 2020-ci il müharibəsi böyük bir birləşmək siqnalı idi. Diasporun Ermənistana kömək etməsi, sonra əl-qolunu çəkməsi onun üçün yolverilməzdir: "Biz eyforiya ilə yaşayırdıq, bu müddət ərzində isə rəqib silahlandı. 2020-ci ilə qədər eyforiya var idi, indi məyusluq var. Hakimiyyətdən asılı olaraq Ermənistanı sevmək və ya sevməmək olmaz".

Xatırladaq ki, üç il öncə Ermənistanın milli təhlükəsizlik xidməti "Vətəndaşlıq haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini ictimai müzakirəyə təqdim etmişdi. Layihədə "diaspor erməniləri"nin Ermənistan vətəndaşlığı almaları üçün prosedurların sərtləşdirilməsi nəzərdə tutulurdu. Xaricdə yaşayan ermənilər üçün vətəndaşlıq almaq prosedurunun sərtləşdirilməsinin əsas səbəbləri bölgədəki vəziyyət, Ermənistan vətəndaşlığı alan şəxslərin sonradan ölkəyə gəlməmələri və erməniliyin xeyrinə fəaliyyət göstərməmələridir.

Ümumiyyətlə isə, xaricdə yaşayan ermənilərin siyasi düşüncəsi yoxdur. Onların Ermənistan, millət, erməni məsələsi və dövlətə münasibətdə ideyaları həddindən artıq abstraktdır.

Hayastanda iqtisadi durum da getdikcə ağırlaşır. Bunu keçirilən sosioloji sorğular da təsdiqləyir. Belə ki, bu günlərdə rəyi soruşulan insanların 38,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 35,6 faizinin fikrincə, Ermənistan iqtisadiyyatı çox pis vəziyyətdədir. Əhalinin yalnız 0,6 faizi iqtisadi vəziyyətin çox yaxşı olduğunu bildirib. 

Ermənistanın ümumi dövlət borcunun 13 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır ki, siyasi dilemmaların fonunda gözlənilən defolt bu ölkənin xarici borc öhdəlikləri sahəsində ciddi çətinliklər meydana çıxaracaq. Çünki defolt o deməkdir ki, dövlət borc öhdəliklərini vaxtında yerinə yetirə bilmir.

Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəmiyyətində pessimizm baş alıb gedir. İqtidar  problemlərin həllində çıxılmaz vəziyyətə düşüb, müxalifət isə istədiklərinə nail ola bilmir. Bu vəziyyət bütövlükdə ölkədə idarəçiliyi iflic vəziyyətinə salıb.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!