19 Mart 2023 02:48
987
İQTİSADİYYAT
A- A+
Ənənəvi enerji arxa plana keçmir

Ənənəvi enerji arxa plana keçmir

 

Hədəf Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerjinin payını 2025-ci ildə 24, 2030-cu ildə 30 faizə çatdırmaqdır. Ölkəmizin bu sahədəki potensialı  mühüm layihələrin həyata keçirilməsinə imkan verir.  Bununla belə, indikindən daha çox elektrik enerjisinin  istehsal edilməsinə  tələbat var.  Çünki əhali getdikcə artır, sosial-iqtisadi infrastruktur genişlənir. Üstəlik, işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazimizi  yenidən tikib-qurmalıyıq. Bütün bunlar  üçün  isə əlavə elektrik təchizatı lazımdır.
Azərbaycan bu sahədə də  xeyli vaxtdır  dünyanın  tanınmış  şirkətləri ilə əməkdaşlıq edir. O cümlədən ölkəmizdə Almaniyanın elektrik enerjisi istehsalı ilə məşğul olan aparıcı şirkətləri ilə bir sıra uğurlu layihələr həyata keçirilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin  cari il martın 13-də Berlində həmin ölkənin tanınmış  şirkətlərinin rəhbərləri ilə görüşü zamanı "dəyirmi masa" müzakirəsində bu, aparıcı mövzulardan olub.  Şirkətlərin nümayəndələri  Azərbaycanda indiyədək gördükləri işlərdən,  planlarından, yeni  layihələrindən  məmnuniyyətlə danışıblar.
Həmin şirkətlərdən biri "Siemens Energy"dir.  Şirkətin 90 ölkədə 19 min əməkdaşı var. Azərbaycan həmin ölkələrdən biridir. Şirkətin təmsilçisi Kristian Vays deyib: "Biz, həmçinin Azərbaycanda işləyirik. Orada quraşdırılmış enerji güc avadanlıqlarına xidmət göstəririk. Məmnunluqla qeyd etdim ki, iqtisadiyyatınız güclü dərəcədə artır və Siz alman və digər xarici şirkətlərlə əməkdaşlığı təşviq edirsiniz. Konkret layihələrdən danışsaq, biz artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstəririk. Sumqayıtdakı 500 meqavatlıq enerji stansiyası layihəsində iştirakımızdan fərəhlənirik". 
Prezident İlham Əliyev "Sumqayıt" Elektrik Stansiyasının açılışında iştirak etdiyini xatırlayaraq demişdir: "Məncə, o, 2009-cu ildə idi. 525 meqavat gücündə stansiya Azərbaycanda müasir texnologiya əsasında tikilmiş ilk elektrik enerjisi stansiyası idi. Həmin vaxtdan etibarən elektrik enerjisi stansiyası tam gücü ilə işləyir. Həmin layihəni başladığımız zaman düşündük ki, 525 meqavat həddindən artıq çoxdur. Lakin indi anlayırıq ki, bu, vaxtında icra edilmiş layihə oldu, çünki Azərbaycanın tələbatı artıb və bu, sənaye və əhali artımı ilə bağlıdır. Əfsuslar olsun ki, bəzi iqlim dəyişiklikləri səbəbindən Xəzər dənizinin səviyyəsi aşağı düşüb, su dayazlaşıb. Biz dənizdə estakada tikməli idik ki, daha çox suyu toplayıb götürə bilək. Bununla belə, elektrik stansiyası tam gücü ilə işləyir və biz bundan tamamilə məmnunuq".
Hazırda "Siemens Energy" ölkəmizdə  elektrik şəbəkəsinin və elektrik enerjisinin ötürülməsi üçün yarımstansiyaların istismarı, xüsusən də işğaldan azad edilmiş ərazilərdə potensialın qiymətləndirilməsi sahəsində  yerli mütəxəssislərlə birgə səylər göstərir.  İndi Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin ötürülməsinə imkanlar yarana biləcəyi də diqqətə çatdırılıb. Daha bir məsələ isə  tərəfdaşı olan bp ilə birgə Səngəçalda elektrikləşdirmə layihəsinin icrası ilə bağlı öhdəliyi öz üzərinə götürməyə və dəstək verməyə hazır olduğunu bəyan etməsidir. Bir sözlə,  Azərbaycanda iş təcrübəsi olan,  ölkəmizin uğurlarını görən   "Siemens Energy"  burada  daha çox işlər həyata keçirəcəyinə inanır.
"Uniper" şirkəti  isə 2006-cı ildən SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə tərəfdaşlıq qurub.  Şirkətin təmsilçisi Peter Hohausun bildirdiyinə görə, "Uniper"  iki istiqamət üzrə işləyir. Bunlar istehlakçılar üçün təchizatın təhlükəsizliyi və enerji sisteminin dekarbonlaşdırılmasıdır. 
"Artıq enerji səmərəliliyi sahəsində SOCAR ilə birgə işlər görmüşük. Birinci layihə Sumqayıtda SOCAR-ın "Azərikimya" kompleksində həyata keçirilib. Orada biz Azərbaycanda tam inteqrasiya edilmiş ilk istilik enerji stansiyasını tikib təhvil verdik. Bu layihənin daha da genişləndirilməsi üçün əlavə imkan var, çünki "Uniper" şirkəti dekarbonlaşdırmaya 2035-ci ildə kömürdən tamamilə imtina edərək enerjinin istehsalına tam sadiqdir", -deyə şirkətin nümayəndəsi bildirib.
Hazırda həyata keçirilən  və ya icrası planlaşdırılan layihələrə gəldikdə, xüsusilə "Yaşma" Elektrik Stansiyası qeyd edilməlidir. Bu layihədə tender proseduru gedir, proses açıq və şəffafdır.
Sözügedən tədbirdə dövlət başçısı ənənəvi elektrik enerjisinin arxa plana keçmədiyini bir daha qeyd edərək demişdir: "Məlumat üçün bildirmək istərdim ki, biz bu yaxınlarda Mingəçevirdə 1280 meqavat gücündə yeni elektrik stansiyasının təməlqoyma mərasimini keçirdik. Bərpaolunan enerji planlarımıza baxmayaraq, biz hələ də anlayırıq ki, sənaye və əhali artımı səbəbindən daha çox elektrik enerjisi istehsal etməli olacağıq. Bizim bərpa ediləsi 10 min kvadratkilometrlik torpaqlarımız var. Buna görə bizə əlavə təchizat lazım olacaq. Naxçıvan Elektrik Stansiyasına gəldikdə, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da "yaşıl enerji zonası"na çevirmək planlarımız var. Naxçıvanda su-elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Həmçinin bu yaxınlarda orada ekspertiza aparılıb və ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş-elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var".
Beləliklə, Azərbaycanda yeni elektrik stansiyalarının sayı artmaqdadır. Xatırladaq ki, son 20 ildə ölkədə 34 yeni elektrik stansiyası tikilib və onların generasiya gücü təqribən 3400 meqavata çatdırılıb. Mövcud ümumi generasiya gücümüz isə 7200 meqavat təşkil edir.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!