24 Noyabr 2023 16:55
2864
Təhsil
A- A+
Elm və təhsil naziri Naxçıvanda məktəblərdə olub

Elm və təhsil naziri Naxçıvanda məktəblərdə olub

 

Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfəri çərçivəsində Babək rayonu Yarımca kənd tam orta məktəbində olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müəssisədə yaradılmış şəraitlə tanış olan elm və təhsil naziri tədris prosesi ilə maraqlanıb, şagird və müəllimlərlə söhbət aparıb.

Məlumat verilib ki, məktəb 2004-cü ildə istifadəyə verilib. 2016-cı ildə isə əsaslı təmir olunub. 342 yerlik məktəb binasında hazırda 300-dən çox şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur.

Təhsil ocağında 4-ü elektron lövhəli olmaqla 19 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinet, kompüter, müəllimlər, STEAM və şahmat otaqları, kitabxana, idman zalı yerləşir. Məktəb kitabxanasında 6 mindən çox ədəbiyyat və dərslik mövcuddur.

Məktəbin kompüter otağında 19 kompüter quraşdırılıb. Elektron lövhəli siniflərdə distant dərslərin keçirilməsi üçün lazımi şərait yaradılıb, həmçinin məktəb elektron dərsliklərlə təmin edilib.

Emin Əmrullayev səfər çərçivəsində Naxçıvan Qarnizonu tam orta məktəbində də olub.

Məktəbdə yaradılmış şəraitlə tanış olan nazirə məlumat verilib ki, təhsil müəssisəsi 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan şəhərində yerləşən hərbi hissələrdə xidmət edənlərin övladlarının təhsil alması məqsədilə yaradılıb.

Fəaliyyəti dövründə davamlı uğurları olan məktəbin şagirdlərinin son 5 ildə ali təhsil müəssisələrinə qəbul nəticələri 100 faiz olub.

Hazırda məktəbdə 36 sinif komplektində 634 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqres işə başlayıb - YENİLƏNİB 

15:49
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!