16 Noyabr 2023 18:29
1390
Elm və texnika
A- A+
“Əhməd Ağaoğlu və Türk dünyası” - beynəlxalq elmi konfrans

“Əhməd Ağaoğlu və Türk dünyası” - beynəlxalq elmi konfrans

 

Noyabrın 16-da AMEA-da Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2022-ci ildə Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunduğunu xatırladıb. O, “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli Sərəncamına müvafiq olaraq AMEA-da tədbir planının hazırladığını və bu istiqamətdə müvafiq işlərin görüldüyünü bildirib. Qeyd edib ki, bugünkü konfrans da həmin tədbirlər planı çərçivəsində keçirilir.

İsa Həbibbəyli XIX əsrin sonu, XX əsrin əvvəlində yaşayıb-yaratmış görkəmli ictimai-siyasi xadim, mətbuat xadimi, böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun Azərbaycanın və Türk dünyasının dəyərli şəxsiyyətlərindən biri olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Əhməd bəy Ağaoğlunun həm Azərbaycandakı, həm də Türkiyədəki çoxcəhətli fəaliyyəti Azərbaycan xalqının onun timsalında dahi bir mütəfəkkir yetişdirmək potensialının olduğunu ortaya qoyur.

AMEA rəhbəri deyib ki, Əhməd bəy Ağaoğlu Türkiyədə olduğu müddətdə Mustafa Kamal Atatürkün ideallarına sədaqətini nümayiş etdirib, onun silahdaşlarından birinə çevrilib. Türkiyədə XX əsrin əvvəllərində türkçülüyü yaradan simalardan biri kimi qəbul olunmuş Əhməd bəy Ağaoğluğu “İttihad və Tərəqqi” partiyasındakı keşməkeşli fəaliyyətində, keçdiyi mürəkkəb yolda nümayiş etdirdiyi bütövlüyü, dözümlülüyü hər zaman qoruyub saxlayıb.

Akademik Azərbaycanın və Türkiyənin dövlət başçılarının sarsılmaz birliyinin, möhkəm təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən atılan Azərbaycan-Türkiyə qardaşlığının dünya ölkələri üçün nümunəvi dövlətçilik modeli olduğuna diqqət çəkərək vurğulayıb ki, bugünkü konfransın öz suverenliyini, müstəqilliyini tam bərpa etmiş Azərbaycanda təşkili həm də görkəmli mütəfəkkirin arzularının həyata keçməsi deməkdir.

AMEA prezidenti İsa Həbibbəyli Əhməd bəy Ağaoğlunun yaradıcılığının, ideyası bu gün üçün də aktual olan bədii-sənədli əsərlərinin geniş kütləyə çatdırılmasında konfransın əhəmiyyətindən danışıb.

Sonra tarix elmləri doktoru professor Dilarə Seyidzadə çıxış edərək böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətindən, türk birliyi və müstəqilliyinin müdafiəsi ilə bağlı gördüyü işlərdən danışıb. Dilarə Seyidzadə öz elmi fəaliyyətində 1905-ci il Azərbaycan tarixinə dair tədqiqatlara geniş yer ayırdığını söyləyək, tədqiqatlar zamanı bir sıra şəxsiyyətlərin, o cümlədən Əhməd bəy Ağaoğlunun yaradıcılığı ilə daha yaxından tanış olduğunu bildirib. Diqqətə çatdırıb ki, görkəmli ictimai-siyasi xadim Azərbaycanın və Türkiyənin tarixi və bu günü üçün misilsiz xidmətlər göstərib, “Difai” təşkilatının yaradılmasında böyük işlər görüb. Dilarə Seyidzadə Əhməd bəy Ağaoğlu irsini daha mütəşəkkil şəkildə araşdırmaq və gələcək nəsillərə daha dərindən tanıtmaq baxımından tədbirin önəmini qeyd edib.

Konfransda “Əhməd bəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova, “London İqtisadiyyat Məktəbindən” qonaq müəllim, professor Yasemin Giritli İnceoğlu, Türkiyə Milli Təhsil Nazirliyinin sabiq müşaviri Ömər Özcan və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Nikpur Cabbarlı çıxış edərək böyük fikir adamı Əhməd bəy Ağaoğlunun türk düşüncəsinin formalaşması sahəsində mühüm xidmətlər göstərdiyini, Azərbaycanın, eləcə də Türkiyənin elm və mədəniyyət tarixində özünəməxsus yer tutduğunu bildiriblər.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlunun “Əhməd Ağaoğlunun epistolyar irsi tarixi-mədəni, ictimai-siyasi aspektlər kontekstində” mövzusunda məruzəsi dinlənilib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!